From Wikipedia, the free encyclopedia
Erməni milli hərəkatı — 1780-cı ildə Zeytun üsyanı ilə başlamışdır. Hərəkatın əsas məqsədi, silah və terror gücü ilə dənizdən-dənizə Böyük Ermənistan adlı dövlət yaratmaq olmuşdur. Qara dənizi, Aralıq dənizi və Xəzər dənizinə çıxış əldə edilməyənə qədər, mübarizənin hər bir yolundan istifadə olunmağının zərüri olduğunu nəzərə çatdırmışdılar. Erməni milli hərəkatı boyu bir siyasi və dörd terror təşkilatının fəaliyyəti daha geniş olmuşdur. Armenakan siyasi yolla, Hnçak, Daşnaksütun və ASALA isə terror yolu ilə Böyük Ermənistan adlı xəyali dövləti yaratmağı özlərinə məqsəd olaraq, seçmişdilər.
Erməni milli hərəkatının başlanması 1780-cı ildən hesablanır. Bu ilə qədərdə, hərəkatın başlanması üçün radikal fikirlər formalaşmağa başlayırdı. Hərəkatın başlanmasının səbəbi kimi iki mühüm ünsür göstərilmişdir. Bunlardan biri erməni din xadilmləri tərəfindən yaradılan Mexitarist Ordeni digəri isə XIX əsrdə Fransada inqilabının başlamasıdır. Erməni din xadimləri erməni dilinin tədris olunması və bu dildə əsasən dini məzmunlu kitabların hazılanıb, nəşr edilməsi istiqamətində mühüm işlər görürdülər. Tiflis şəhərində fəaliyyət göstərən Nersesian Kolleci, Lazarian Kolleci və 1816-cı ildən fəaliyyət başlayan Moskva-Lazarevski Unistutunda erməni tarixi, dili və mədəniyyəti haqqında daha çox dərslər keçirilirdi. Milli hərəkatın ilk illərində erməni ədiblərdən Haçadur Abovyan və Stepan Zarayan millətçi fəaliyyəti ilə tanınmışdır.[2]
XIX əsrdə Osmanlı imperiyasında yaşayan xalqların milli hərəkatı başlamışdır. Erməni milli hərəkatına ilk vaxtlar ali təhsil almış ermənilər, ziyalılar və ədiblər rəhbərlik edirdi. Bu şəxslərin əsas məqsədi ermənilərə dövlət yaratmağın və toplum kimi özlərini cəmiyyətdə tanıtmağın əhəmiyyətini catdırmaqdan ibarət olmuşdur. Erməni dilində müxtəlif məzmunlu kitablar çap edilərək, insanlara paylanır, ictimai yerlərdə söhbətlər aparılırdı. Oktyabr inqilabından sonra Erməni milli hərəkatında sosialist meyilləri formalaşmağa başladı. Leninizm və Marksizm idealarını əsas götürən ermənilər, təşkilatlanmaq yolu ilə silahlı mübarizə aparmaq qərarına gəldilər.[3]
Erməni milli hərəkatı boyu üç siyasi təşkilatın rolu daha böyük olmuşdur. Hnçak, Armenakan və Daşnaksütun siyasi təşkilatlarının hər birinin ayrı-ayrı nizamnamələri olsa da, hər üçü Böyük Ermənistan yaratmaq üçün mübarizə aparırdı. Xəritə üzərində Böyük Ermənistanın üç dənizə çıxışı olması nəzərdə tutulurdu. Ancaq bunlardan, Aralıq dənizi və xəzər dəniziləri daha böyük önəmə sahib idi. Böyük Ermənistan muasir Ermənistan ərazilərindən başqa, daha 3 dövlətin ərazilərini əhatə edirdi. Türkiyə, Gürcüstan və Azərbaycan torpaqları hesabına yaradılması planlaşdırılan dövlətin yaradılması üçün ilk öncə Armenakan təşkilatı fəaliyyətə başlamışdır. Armenakan təşkilatı 1885-ci ildə Osmanlı imperiyasında müəllim işləyən Mıxtariç Portukalyan tərəfindən yaradılmışdır. Təşkilatın qəbul olunan bəyannaməsində Qan tökmədən müstəqillik əldə etmək mümkün deyil şuarı yazılmışdır. Bununla da təşkilat siyasi danışıqlar vasitəsi ilə dövlət yaratmağın mümkün olmadığını bəyan etmişdir.[4]
Armenakan təşkilatının fəaliyyət göstərdiyi müddət ərzində, daha iki təşkilat yaranmışdır. 1887-ci ildə yaranan Hnçak və 1890-cı ildə yarana Daşnaksütun təşkilatları Armenakanını apardığı idea mübarizəsini davam etdirmişdilər. Zamanla Armenakan təşkilatının fəal üzvüləri digər iki təşkilata keçmiş, bununla da Armenakanın Erməni milli hərəkatındakı rolu zəifləmişdir. Sosial-Demokrat idea əsasında hərəkət edən Hnçak təşkilatı 1887-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılmışdır. Təşkilatın yaradıçısı Avedis Nazerbeg adlı erməni tələbə idi. O, təşkilatın bəyanaməsini Karl Marksın manifesti əsasında hazırlamışdır. Fəaliyyət sahəsi kimi Şərqi Anadolu bölgəsi seçilmişdir. Hnçakın birinci mərkəzi Cenevrə şəhəri olmuşdur. Sonradan mərkəz London şəhərinə köçürülmüşdür. Təşkilatın işində əsasən Rusiya erməniləri çalışırdı. Hnçak təşkilatının məqsədi Şərqi Anadolu bölgəsini Osmanlı imperiyasından qoparmaq və digər ərazilər hesabında Böyük Ermənistan yaratmaqdan ibarət idi.
Bu dövrlərdə bəzi ermənilər ailələrindən ayrılaraq, paritzan mübarizəsinə başlamışdılar. Kamovor adlanan silahlı ermənilər, ilk əvvəl Osmanlı imperiyasında mövcud olan erməni kəndləri qorumaq məqsədi ilə mübarizə aparırdılar. Saylarının artması səbəbindən bir çoxu Daşnaksütun təşkilatına qoşulmuşdur. Daşnaksütun təşkilatı kamovorlardan Erməni milli hərəkatı əsnasında məharətlə yararlanmışdır. Türklərin yaşadığı ərazilərə basqınların həyata keçirilməsi, Nemezis əməliyyatı, Van ilinin ətrafında kütləvi qırğınların icra edilməsi, Daşnaksütun təşkilatının rəhbərliyi altında baş verirdi. Kamovorlar II Əbdülhəmidin hakimyyəti dövründə kürd qəbilə başcılarına və həmdiyə adlı birliklərə qarşı mübarizə aparmışdılar. Kamovrlar bir qayda olaraq, Osmanlı imperiyasının bütün ərazilərində mövcud idi. Ancaq etnik ermənilərin üstünlük təşkil etdikləri ərazilərdə mübarizə aparırdlar. Məşhur kamovorlardan Andranik Ozanyan, Drastamat Kanayan, Murad Sebastatsi və Armen Qaronu misal göstərmək olar. Murad Sebastatsi Bakı döyüşündə iştirak etmişdir. 1918-ci ilin 4 avqust tarixində Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri tərəfindən öldürülmüşdür. Kamovorların dəqiq sayı haqqında məlumat yoxdur. Ancaq 1919-cu ilin yanvar ayında Paris Sülh Konfransına Boquş Nubar adlı erməni tərəfindən göndərilən məktubda, onların sayı 50 min olaraq göstərilir.[5] Kamovrlar tərəfindən yayımlanan sənədlərin birində, mübarizələrinin erməni milli kimliyinin yaşadılması və Böyük Ermənistanın qurulması olduğu bildirilmişdir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.