From Wikipedia, the free encyclopedia
Ennio Morrikone (it. Ennio Morricone; 10 noyabr 1928[1][2][…], Roma, İtaliya krallığı[3] – 6 iyul 2020[4][5][…], Roma, İtaliya[6]) — dünya şöhrətli italyan bəstəkarı, aranjimançı və dirijor. Kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşmışdır. "İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir. Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007 və 2016-cı ilin "Oskar mükafatı" laureatı olmuşdur. Bundan başqa bəstəkar 1 dəfə Qremmi mükafatı, 6 dəfə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası mükafatı (BAFTA), 3 dəfə də "Qızıl qlobus mükafatı" almışdır. Film üçün ən yaxşı musiqi "David di Donatello" İtaliya milli kinopremiyasının səkkizqat laureatı olmuşdur. Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərinə yaratdığı musiqiyə görə Ennio bütün dünyada məşhurlaşdı.
Ennio Morrikone | |
---|---|
it. Ennio Morricone | |
Ümumi məlumatlar | |
Ləqəbləri | Dan Savio, Leo Nichols |
Doğum tarixi | 10 noyabr 1928[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyul 2020[4][5][…] (91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Bud sümüyünün sınıqları[7] |
Uşaqları | 4 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, pianoçu, film bəstəkarı, aranjimançı[d], bəstəkar, truba ifaçısı[d], musiqi prodüseri |
Fəaliyyət illəri | 1946–2020 |
Janr | film musiqisi[d] |
Musiqi alətləri | piano, truba[8] |
Albom şirkəti | Virgin Records |
Təhsili |
|
Mükafatları |
|
enniomorricone.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Ennio Morrikone 10 noyabr 1928-ci ildə Romada, peşəkar caz trubaçalan Mario Morrikone və evdar xanim Libera Ridolfinin ailəsində anadan olmuşdur. Ailədə 5 uşaqdan böyüyü o idi. Morrikone 9 yaşı olduqda, Romada Müqəddəs Çeçiliya konservatoriyasına daxil olmuşdur. Bu konservatoriyada o ümumilikdə 11 il təhsil almış və 3 diploma yiyələnmişdir — 1946-cı ildə truba sinfi üzrə,1952-ci ildə orkestr(fanfar) sinfi üzrə və 1953-cü ildə isə kompozisiya sinfi üzrə. Morrikonenin 16 yaşı olduqda, o, əvvəl atasının ifa etdiyi, Alberto Flamininin ansamblında ikinci turba yerini aldı. Ennio ansambl ilə birlikdə pul qazanmaq üçün Romanın gecə klublarında və otellərində ifa edirdi. Bir il sonra Morrikone teatra düzəlir. Burada o, bir il musiqiçi kimi, daha sonra üç il bəstəkar kimi fəaliyyət göstərir. 1950-ci ildə o, radio üçün tanınmış bəstəkarların mahnılarını aranjıman etməyə başladı. Radio və konsertlər üçün musiqi düzəlişləri ilə Morrikone 1960-cı ilə qədər məşğul olur, lakin 1960-cı ildə teleşoular üçün musiqi aranjıman etməyə başlayır.
Filmlərə musiqi yazmağa Morrikone 1961-ci ildən, yəni 33 yaşı olanda başlayır. Daha çox tanınması keçmiş sinif yoldaşı, rejissor Sercio Leonun filmləri üzərində işlərindən sonra başladı. Rejissor və bəstəkarın Leon — Morrikone iş birliyini çox vaxt Eyzenşteyn-Prokofyev, Xiçkok-Xerrmann, Miyadzaki-Dzyo Xisaisi və Fellini-Rota kimi tanınmış duetlərlə müqayisə edirlər. Sonralar Morrikone musiqisini Bernardo Bertoluççi, Pyer Paolo Pazolini, Dario Ardcento və bir çoxları öz filmleri üçün sifariş etməyi arzuladılar. 1964-cü ildən Morrikone "RSA" səsyazma kompaniyasında işlədi. Burada o Canni Morandi, Mario Lanza, Miranda Martino kimi məşhur musiqiçilər üçün yüzlərlə mahnı aranjıman etdi.
Avropada məşhurlaşan Morrikone hollivud kinematoqrafiyasına işə dəvət olundu. ABŞ-də Morrikone tanınmış rejissorlar Con Burmen, Volfqanq Petersen, Barri Levinson, Terrens Malik, Roman Polanski, Oliver Stoun, Brayan De Palma, Mayk Nikols, Con Karpenter və başqalarının filmlərinə musiqi yazdı.
Ennio Morrikone ailəlidir dörd övladı var:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.