From Wikipedia, the free encyclopedia
Ekran vaxtı — smartfon, kompüter, televiziya və ya videooyun konsolu kimi ekranı olan cihazdlaran istifadəyə sərf olunan vaxt.[1] Konsepsiya rəqəmsal mediadan istifadə və əqli sağlamlıqla bağlı əlaqəli anlayışlarla birlikdə əhəmiyyətli araşdırma altındadır. Ekran vaxtı uşağın inkişafındakı zehni və fiziki zərərlə əlaqələndirilir.[2] Ekran vaxtının sağlamlığa müsbət və ya mənfi təsirləri məruz qalma səviyyələrindən və məzmunundan təsirlənir. Ekran vaxtının zərərli təsirinin qarşısını almaq üçün bəzi hökumətlər onun istifadəsi ilə bağlı qaydalar tətbiq etmişlər.[3]
İlk elektron ekran 1897-ci ildə icad edilmiş və 1922-ci ildə kommersiyalaşdırılan elektron-şüa borusu (CRT) olmuşdur. Elektron-şüa boruları 2000-ci illərin əvvəllərində maye kristal monitorların (LCD) yüksəlişinə qədər ekranlar üçün ən populyar seçim idi.[4] Ekranlar indi əyləncə, reklam və informasiya texnologiyalarının vacib hissəsidir.
2007-ci ildə populyarlaşdıqdan sonra smartfonlar gündəlik həyatda geniş yayılmışdır. 2023-cü ildə ABŞ-dən olan yetkin şəxslərin 85%-i smartfon sahibi olduğunu bildirmişdir.[5] 2016-cı ildə ABŞ-də aparılan bir sorğuda 30 günlük müddət ərzində hər saat üçün 3,7 dəqiqəlik ekran vaxtı müəyyən etmişdir.[6]
Ekranların bütün formaları uşaqlar və yeniyetmələr tərəfindən tez-tez istifadə olunur. Birləşmiş Ştatlarda uşaq və yeniyetmələrin milli nümayəndə məlumatları göstərir ki, yaş artdıqca gündəlik orta ekran vaxtı artır.[7][8] Televiziya və videooyunlar bir vaxtlar uşaqların ekran vaxtına ən böyük töhfə verən vasitələr idi, lakin son on ildə smartfonlar və planşetlərə doğru keçid müşahidə edilmişdir.[9] Xüsusilə, ABŞ-də 2011-ci ildə doğulandan 8 yaşa qədər olan uşaqların valideynləri arasında aparılan milli nümayəndəli sorğu göstərmişdir ki, televizor uşaqların gündəlik ekran vaxtının 51%-ni, mobil cihazlar isə yalnız 4%-ni təşkil edir.[10] Bununla belə, 2017-ci ildə uşaqların ümumi gündəlik ekran vaxtında TV-nin payı 42%-ə, mobil media cihazlarının payı isə 35%-ə qədər azalmışdır.[7]
2020-ci ildə COVID-19 pandemiyası zamanı insanlar evdə qaldıqları üçün ekran vaxtı artmış və həddindən artıq ekran vaxtının təsirləri ilə bağlı narahatlıqlar yaranmışdır. Mütəxəssislər ekran vaxtını məhdudlaşdırmağa və daha aktiv həyat tərzi keçirməyə çağırış etmişdilər.[13][14]
Daha çox ekran vaxtı ümumiyyətlə təbiətdə daha az vaxt keçirməyə[15] və buna görə də onunla əlaqənin zəifləməsinə səbəb olur.[16] Aparılan araşdırmalar maddi cəhətdən sabitləşmiş ölkələrdəki gənclər üçün təbiətdən ilhamlanan fəaliyyətlərin eyni vaxtda azaldığını, əqli sağlamlıq problemlərinin artdığını və bunun daha yüksək ekran vaxtı səviyyələri ilə bağlı olduğunu göstərir. Bununla belə, açıq havada həyata keçirilən fəaliyyətlərin sayı nə qədər çox olarsa, yeniyetmələr arasında əqli sağlamlıq baxımından müsbət nəticələr verir.[17]
Rəqəmsal texnologiyalar 2019-cu ildə dünya istixana qazı emissiyalarının təxminən 4%-ni buraxıb və bu rəqəmin 2025-ci ilə qədər iki dəfə çox olması proqnozlaşdırılır.[18]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.