Edmon Rostan
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Edmon Rostan (fr. Edmond Eugène Alexis Rostand; 1 aprel 1868[1][2][…], Marsel, İkinci Fransa İmperiyası[3][4] – 2 dekabr 1918[3][5][…], Paris[3][4]) — Fransa şairi və dramaturqu. Daha çox teatr tamaşaları üçün yazdığı əsərləri ilə tanınmışdır. Neo-romantizm cərəyanına bağlı olmuşdur. Ən tanınmış pyesi "Sirano de Berjerak"dır. Rostanın XIX əsrdəki romantizm teatr baxışı naturalist teatrdan xeyli fərqlənirdi.
Edmon Rostan | |
---|---|
Edmond Eugène Alexis Rostand | |
| |
Doğum adı | Edmond Eugène Alexis Rostand |
Doğum tarixi | |
Doğum yeri | Marsel, Fransa |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vəfat səbəbi | ispan qripi |
Dəfn yeri |
|
Həyat yoldaşı | Rozemond Jerar |
Uşaqları |
Jan Rostan Moris Rostan |
Fəaliyyəti | dramaturgiya, lirika |
Əsərlərinin dili | fransız |
İstiqamət | katalan dili |
Janr | pyes |
Üzvlüyü |
|
Mükafatları | |
Edmon Rostan Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Edmon Rostan 1868-ci ildə Fransanın Marsel şəhərində provanslı bir ailənin oğlu kimi anadan oldu. Atası həm iqtisadçı, həm də Marsel Fransa İncəsənət Akademiyası və İnstitutunun üzvü olan şair idi. Rostan ədəbiyyatı, tarixi və fəlsəfəni Paris şəhərindəki Paris Stanislas Kollecində öyrəndi.
İlk pyesi olan "Les romanesques" 21 may 1894-cü ildə Fransa teatrında göstərildi. İlk pyeslərindən biri olan "La Princesse Lointaine"də ozan Rudel ilə tripolili bir qadının hekayəsindən bəhs edirdi. Bu pyes isə İntibah teatrında nümayiş olundu. Pyesdə Melissand rolu, sonradan Rostanın samariyalı qadın haqda İncildəki rəvayətə əsaslanan "La Samaritaine" (İntibah teatrı, 14 aprel 1897) pyesində Fotini rolunu da oynayan, Sara Bernar tərəfindən canlandırıldı.
Ən məşhur pyesi "Sirano de Berjerak"ın (28 dekabr 1897, Sent Martin teatrı) nümayişi böyük uğur qazandı. Hüqonun "Hernani" pyesindən bəri heç bir tamaşa belə uğur qazanmamışdı. Pyes tezliklə ingilis, rus, alman və digər Avropa dillərinə tərcümə olundu. Əsərin qəhrəmanı XVII əsr Fransasını əks etdirirdi.
Rostan 1901-ci ildə Fransa Akademiyasına qəbul olunan ən gənc yazıçı oldu. Fevral 1910-cu ildə "Chantecler" pyesi çətinliklə də olsa, nümayiş olundu. Lüsyen Qurti baş rolda oynadı və Madmazel Simoneni canlandırdı. Quşlar və heyvanlar haqqında olan bu pyes kənd həyatından bəhs edirdi.
Edmon Rostan "Les Pipeaux" adlı şeirini 1890-cı ildə nəşr etdirən Rozemond Jerar ilə evli idi və onun Jan və Moris adında iki oğlu olmuşdu.
Rostan 1900-cü illərdə plevrit xəstəliyindən müalicə alarkən Fransanın şimalında bask Kambo-le-Bayns bölgəsindəki Arqana villasında yaşadı. Bu ev indi Bask incəsənəti, əl sənətləri muzeyi və Rostan muzeyidir. Rostan 1918-ci ildə ispan qripindən vəfat etdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.