EFootball PES 2020
2019-ci ilin video oyunu / From Wikipedia, the free encyclopedia
PES Pro Evolution Soccer 2020 və ya PES 2020 — Microsoft Windows, PlayStation Portable, PlayStation 3, PlayStation 4, Xbox one, Nintendo WII, Android və İOS platformaları istifadəçilərinə yönələn futbol və Konami tərəfindən istehsal edilən videooyunudur.[1] Tək-oyunçulu və multipleyer tiplərinə malikdir. Oyun Pro Evolution Soccer seriyasındakı 19-cu seriyadır və 10 Sentyabr 2019-cu ildə bütün dünyada satışa çıxarıldı və buna 12 Sentyabr 2019-cu ildə ilk dəfə Asiyada başlandı. Yeni oyun başlıqda simvolik olaraq "eFootball" əlavə edərək ad dəyişikliyini təqdim edir. eFootball Pro turnirlərinə diqqət yetirməklə onlayn oyun məkanında bir təkandır. Lionel Messi, Pro Evolution Soccer 2011 örtüyündəki son görünüşündən bəri nəhayət bu buraxılışın üz qabığında yer aldı, amma o tək deyil və digər 3 futbolçu səfirləriː Serj Qnabri, Miralem Pyaniç və Skott McTominay onunla birlikdə PES 2020-in üz qabığını bəzəyirlər.[2] Ronaldinyo isə "Əfsanələr Nəşri"nin üz qabığında yer alacaq.[3]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/az/thumb/6/6c/EFootball_PES_2020_on_Steam.jpg/320px-EFootball_PES_2020_on_Steam.jpg)