From Wikipedia, the free encyclopedia
Döş formalı təpə – formaca qadının döşünü xatırladan təpə. Bu cür antropomorfik coğrafi quruluşlar dünyanın müxtəlif yerlərində rast gəlinir. Bir çox mədəniyyətdə döş formalı təpələr ana tanrıları ilə əlaqələndirilir və onlara ana tanrıları ilə bağlı adlar verilib. Məsələn, İrlandiyada yerləşən Anunun döşləri xristianlıq öncəsi İrlandiyanın əhəmiyyətli qadın ilahəsi olan Anunun adını daşıyır.[1]
İngiltərənin Mançester şəhərinin adının Mamutsium qəsrinin adından gəldiyi güman olunur və fərziyyəyə görə bu söz kelt dilində "döş formalı təpə" mənasına gəlir. Çünki qəsrin yerləşdiyi yer döş formasını xatırladırmış. Bu ad daha sonra dəyişərək Mançester halını almışdır.[2][3]
Döş formalı təpələrin çoxu yerli məhsuldarlıq və çoxalma ilahları ilə əlaqələndirilir. Hətta bəzi arxeoloji qazıntı yerləri döş formalı təpələrin yaxınlığında yerləşir: Siciliyanın Samson adasının döş formalı Şimal təpəsi və Cənub təpəsində məzarlıqlar kəşf edilmişdir.[4][5] İspaniyanın Araqon bölgəsində yerləşən Burren və Burrera təpələrində Urnfild mədəniyyətinə aid arxeoloji qazıntı yerləri yerləşir.[6]
Döş formalı təpələr və ya dağlarla bağlı tarixdə müxtəlif əfsanələr və miflər qeydə alınmışdır. Məsələn, bir mifə görə Asiyanın naməlum bir regionunda Döş dağı adlı dağ yerləşir və buddist rahib Bodhidharma bu mağarada uzun illər meditasiya ilə məşğul olmuşdur.[7]
Koloniya dövrünün səyyahları və xəritəçiləri bu cür təpələrin adlarını tez-tez dəyişirdilər. Məsələn, Avstraliyada yerli xalq tərəfindən "qadın döşü" mənasına gələn Didthul sözü ilə adlandırılan bir dağ 1770-ci ildə Ceyms Kuk tərəfindən Göyərçin evi dağı olaraq yenidən adlandırılmışdır.
Fransız dilində döş formalı təpəcikləri bildirmək üçün "mamelon" sözündən istifadə olunur.[8] "Mamelon" fransız dilindən tərcümədə "döş giləsi" deməkdir. Mamelon qəsri ruslar tərəfindən tikilmiş və Krım müharibəsi zamanı Sevastopol mühasirəsində fransızlar tərəfindən ələ keçirilmiş qəsr olmuşdur. "Mamelon" sözü vulkanologiyada vulkan mənşəli bir qaya növünü bildirmək üçün də istifadə olunur. Termin ilk dəfə fransız səyyah və təbiətşünas Jan-Batist Bor de Sen-Vensan tərəfindən işlədilmişdir.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.