From Wikipedia, the free encyclopedia
Ceyms Kuk (27 oktyabr 1728[1][2] – 14 fevral 1779[3][4][…]) — ingilis dəniz səyyahı. Bütün materiklərə ayaq basmış ilk insan.
Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir.
Ceyms Kukun birinci ekspedisiyasının (1768–1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq idi. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza C. Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qvineya adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi.
İkinci ekspedisiya (1772–1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini keçmişdir. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun Cənub torpaqlarının olmadığı qənaətinə gəlir. Bu ekspedisiya zamanı Cənub yarımkürəsinin mülayim enliklərində böyük quru sahəsinin olmadığını sübuta yetirmiş və Sakit okeanda bir sıra adanı öyrənmişdir. Həmin ilin yayında Cənub materikini tapmağa daha iki dəfə cəhd etmiş, 71º10' c.e.-nə çatmışdır.
Kukun 1776-cı ildə təşkil olunan üçüncü ekspedisiyasının məqsədi Atlantik okeanından Sakit okeanına gedən yolun axtarışı olmuşdur. Bu axtarış zamanı onun gəmiləri Şimali Amerikanın Alyaska sahillərini tədqiq edir, burada tapdıqları buruna Prins Uelsin adını verirlər, lakin keçilməz buzlar onları dəniz yolu axtarışı fikrində daşınmağa məcbur edir və geri dönürlər. 1779-cu ildə geriyə dönən Kuk yolüstü Havay adalarını kəşf edir və baş verən münaqişə zamanı yerli sakinlər tərəfindən həmin ilin 22 fevralında öldürülür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.