Dövlətşah Xatun və ya Sultan Xatun (1365, Kütahya1414, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Gərmiyanoğlu Süleyman bəyin qızı.[1]

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Dövlətşah Xatun
Şəxsi məlumatlar
Doğum tarixi 1365
Doğum yeri Kütahya, Gərmiyanoğulları bəyliyi
Vəfat tarixi 1414
Vəfat yeri
Dəfn yeri Yaşıl türbə, Bursa
Fəaliyyəti əsilzadə
Atası Gərmiyanoğlu Süleyman bəy
Anası Mutahhara Xatun (Sultan Vələdin qızı)
Həyat yoldaşı İldırım Bəyazid
Uşaqları İsa Çələbi
Böyük Musa Çələbi, Kiçik Musa Çələbi
Dini islam
Bağla

Həyatı

1365-ci ildə Kütahyada dünyaya gəldiyi ehtimal olunur. Atası Gərmiyanoğlu Süleyman bəy, anası isə Mövlana Cəlaləddin Ruminin oğlu Sultan Vələdin qızı Mutahhara Xatundur. Osmanlı mənbələrində zadəgan əsilli olan sultan xanımlarının adları hörmət əlaməti olaraq Dövlət Xatun, Dövlətşah Xatun və ya Sultan Xatun olaraq qeyd olunmuş, bu səbəblə bir çoxunun əsl adı bilinməmişdir. Bunlardan biri olan Dövlətşah Xatunun da əsl adının nə olduğu bilinmir.

1378-ci ildə baş tutan mərasimlə Osmanlı sultanı Murad Hüdavəndigarın oğlu Şahzadə Bəyazidlə evləndirildi. Eyni mərasimlə sultanın qızlarından Nəfisə Xatun da Qaramanoğlu Əli bəylə nigahlanmışdır. Digər Anadolu bəylərinin də dəvət olunduğu bu toy mərasimində Osmanlı dövlətiylə bir çox sülh bağlandı. Gərmiyanoğlu Süleyman bəy qızının cehizi olaraq Kütahya, Tavşanlı, Əyrigöz və Simav qalalarını Osmanlılara verdi.

Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi: İsa Çələbi və Böyük Musa Çələbi. Fetrət dönəmində taxt mübarizəsinə girişən Kiçik Musa Çələbi isə onun oğlu deyil. Bəzi mənbələrdə Çələbi Mehmedin də anasının Dövlətşah Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, Çələbi Mehmed İldırım Bəyazidin sonradan müsəlman olan Dövlət Xatun adlı kənizindən dünyaya gəlmişdir. Ankara döyüşündən (1402) sonra İldırım Bəyazidin məğlub olaraq əsir düşməsinin ardından Dövlətşah Xatun da sultanın digər xanımları kimi Bursaya göndərildi. Burada oğlu İsa Çələbinin qısa səltənətində yaşadı və onun taxt mübarizəsində məğlub olaraq edam olunmasından sonra qalan ömrünü Bursada keçirdi. 1414-cü ildə Bursada vəfat etdi və cənazəsi Yaşıl türbə ətrafına dəfn olundu.

Mənbə

  • Sakaoğlu, Necdet, Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler, Oğlak Yayıncılık. (2008) ISBN 978-9-753-29623-6
  • Bahadıroğlu, Yavuz, Resimli Osmanlı Tarihi, Nesil Yayınları, 15. Baskı, 2009, ISBN 978-975-269-299-2

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.