From Wikipedia, the free encyclopedia
Dekorativ bitki və ya bəzək bitkisi – bəzək və dekorasiya məqsədilə yetişdirilən bitki növü. Dekorativ bitkilərinin əksəriyyəti tropik ölkələrin nümayəndələri olduğundan öz yaşadığı şəraitə uyğun olaraq qulluq edilir.
Bitkilərin dekorativ məqsədlərlə yetişdirilməsi qədim sivilizasiyalarda ilk dəfə e.ə. 2000-ci ildə başlayıb. Qədim Misirdə Amon fironları dekorativ bitkilərin yetişdirilməsi üçün böyük ərazilər ayırırdılar.[1]
Dekorativ bitkilərə bəzən otaq bitkisi də deyilir. Belə bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bu bitkilər dərman kimi də istifadə olunur. Dekorativ bitkilərin 2 növü var: çöldə istifadə olunan və evdə istifadə olunan dekorativ bitki. Çöl dekorativ bitkiləri daha dözümlü olur. Buna görə də çöldə istifadə olunan dekorativ bitkilər daha fərqli xüsusiyyətlərə malikdir.[2] Evdə istifadə olunan dekorativ bitkilərə sansevyera, kaktus, diffenbaxiya, sülh zanbağı, anturium, əsl əzvay, puansettiya, kinkan kimi bitki növləri daxildir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.