Dağlılar Respublikası
From Wikipedia, the free encyclopedia
Dağlılar Respublikası (Millətlər Birliyi arxivlərinə görə rəsmi Fransız adı: République de l'Union des peuples montagnards du Caucase[1];tərcümə: Dağlıq Qafqaz Xalqları Birliyinin Respublikası) — 1917–1922-ci illərdə Şimali Qafqazda mövcud olmuş müstəqil dövlət (konfederasiya). Dağlılar Respublikasının ərazilərinə müasir dövrdə Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar respublikaları və Qaraçay-Çerkesiya muxtar vilayətləri daxil idi. 16 aprel 1919-cu il tarixində respublikanın rəhbəri Pşemaxo Kosyev Dağıstanın Azərbaycan Demokratik Respublikasının tərkibinə keçməsi barədə qərar qəbul etdi. Amma ki, 18 mayda Dağıstan general Denikinin ordusu tərəfindən tutuldu[2], bundan sonra Dağlılar Respublikası rəhbərliyi özü özünü buraxdığını və yenidən Tiflisə köçdüyünü elan etdi.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tanınmayan dövlət | |||||
Dağlılar Respublikası | |||||
---|---|---|---|---|---|
Горская республика | |||||
|
|||||
|
|||||
Paytaxt | Buynaksk, Vladiqafqaz, Batumi, Levaşi | ||||
Dilləri | Abxaz dili, Avar dili, Dargin dili[d], İnquş dili, Kabardin-çərkəz dili, Qaraçay-balkar dili, Qumuq dili, Lak dili, Ləzgi dili, Osetin dili, rus dili, Rutul dili, Çeçen dili | ||||
Rəsmi dilləri | |||||
İdarəetmə forması | parlamentli respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dağlılar Respublikasının ərazisi 407,000 min kvadrat kilometr, əhalisi isə təxminən 11 milyon nəfər olmuşdur. Temirxan-Şura dövlətin əsas şəhəri və paytaxtı olmuşdur. Dağlılar Respublikasının 115 min ordusu vardır.