From Wikipedia, the free encyclopedia
Cozef Stiqlits (ing. Joseph Eugene Stiglitz) (9 fevral 1943[1][2][…], Geri, İndiana, ABŞ) — amerikalı iqtisadçı. 1979-cu ildə Con Beyts Klark medalına, 2001-ci ildə isə Corc Akerlof və Maykl Spenslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Bill Klintonun prezidentliyi dövründə İqtisadi Məsləhət Şurasının rəhbərliyini etməklə məşhurlaşmışdı. Daha sonra Dünya Bankında rəhbər köməkçisi və baş iqtisadçı olaraq işləmişdi. Qloballaşma, bazar mühafizəkarlığı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı haqqında kritik baxış bucağı ilə tanınır. Cozef Stiqlits 2001-ci ildən Kolumbiya Universitetində işləyir və 2003-cü ildən oranın professorudur. Bundan başqa Cozef Stiqlits Mançester Universitetinin Dünya Yoxsulluq həddi qurumunun (ing. Brooks World Poverty Institute) rəhbəri və Papaya aid Sosial Elmlər Akademiyasının üzvüdür.
Cozef Stiqlits | |
---|---|
ing. Joseph Stiglitz | |
Doğum adı | Joseph Eugene Stiglitz |
Doğum tarixi | 9 fevral 1943[1][2][…] (81 yaş) |
Doğum yeri | |
Elm sahələri | iqtisadiyyat |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri | Robert Solou |
Tanınmış yetirməsi | Canet Yellen |
Tanınır | Asimmetrik informasiya |
Üzvlüyü |
|
Mükafatları | |
josephstiglitz.com business.columbia.edu/st… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Cozef Stiqlits Geridə doğulub, yəhudi bir ailənin övladıdır. 1960-cı ildən 1963-ə qədər debat klubunun və tələbə məclisinin aktiv bir üzvü olduğu Amherst Kollecində oxumuşdur. Təhsilinin 4-cü ilində daha sonra məzunu olacağı Massaçusets Texnologiya İnstitutuna daxil olmuşdur. 1965-ci ildən 1966-cı ilə qədər Çikaqo Universitetində Hirofumi Uzavanın nəzarəti altında araşdırma aparmışdır. Daha sonra Massaçusets Texnologiya İnstitutunda doktoranturada təhsil almış və eyni zamanda universitetdə çalışmağa başlamışdır. 1969–1970-ci illərdə Kembric Universitetidə Fulbric təqaüdü qazanmışdır. Sonrakı illərdə Yel, Dyuk, Stanford, Oksford və Prinston universitetlərində professor olaraq çalışmışdır. Cozef Stiqlits hal-hazırda Kolumbiya Universitetində professor olaraq çalışmağa davam edir. Eyni zamanda İqtisadiyyatın səsi (ing. The Economists Voice) jurnalının redaktorlarından biridir. Cozef Stiqlits daha çox Neo-Keynsçi bir iqtisadçı kimi tanınır.
Cozef Stiqlits mikroiqtisadiyyat nəzəriyyəsinə saysız xidmətlər etməklə yanaşı bir çox siyasi vəzifələrdə də çalışmışdır. Bill Klinton hökumətində 1995 və 1997-ci illər arasında İqtisadi Müşavirlər Şurasının başçısı, 1997–2000-ci illərdə Dünya Bankının prezidentinin köməkçisi və baş iqtisadçısı kimi vəzifələrdə çalışmışdır.
Cozef Stiqlitsin ən məşhur araşdırması özəl bir informasiyanın başqasından alınması üçün iqtisadçılar tərəfindən istifadə edilən bir üsul olan gözdən keçirmə prosesi (lat. Screening) barədə olmuşdur. Bu nəzəriyyə ona İqtisadiyyat üzrə Nobel mükafatı da qazandırmışdır.[8]
Ənənəvi neoklassik iqtisadi düşüncəyə görə bazar bəzi limitli və yaxşı açıqlanmış bazar uğursuzluqlarından başqa hər zaman təsirlidir. Cozef Stiqlits və digərləri etdikləri araşdırmalarla bu düşüncəni tərsinə çevirdi: bazar sadəcə bəzi istisna olunan vəziyyətlərdə təsirlidir. Yəni, bazar bəzi məhdud vəziyyətdə deyil, bəzi istisna olunan vəziyyətlər olduqda təsirlidir. Cozef Stiqlits deyirdi "nə zaman ki, bir bazar tam deyilsə və informasiya da mükəmməl deyilsə (hansı ki, bu bütün iqtisadiyyatlar üçün keçərlidir) onun rəqabətli bazara həvalə olunması belə Pareto prinsipi sayılmaz".. Başqa cür desək, hər zaman hökumətin müdaxiləsi ilə Pareto prinsipi mövcuddur, digərlərinin vəziyyətini pisləşdirmədən belə.[9] Bu nəticələrə və açıqlanmış bazar uğursuzluqlarına baxmayaraq, dövlət müdaxiləsi ənənəvi "bazar uğursuzluğu" məktəbinin təklif etdiyi optimal dövlət müdaxiləsindən çox daha genişdir.[10] Cozef Stiqlitsə görə görünməz əl deyə bir şey yoxdur.[11]
"Aula Magna" mükafatını alışının səbəbləri Cozef Stiqlitsin dediyinə görə bunlardır: "Mən İnformasiya iqtisadiyyatında əhəmiyyətli, qabaqcıl dəyişikliklər göstərməyi ümid etdim. İnformasiya ilə əlaqədar problemlər sadəcə bazar iqtisadiyyatında deyil, eyni zamanda siyasi iqtisadiyyatda da mövcutdur və konfransın son bölümündə, siyasi inkişaf üçün mükəmməlliyin bəzi informasiya təsirlərini kəşf etdim.
Cozef Stiqlits eyni zamanda effektiv ödəniş üzərində də araşdırmalar aparmışdır və niyə işsizliyin olduğunu, niyə maaşların iş axtaranların nəzarətində olmadığını və neoklassik paradiqmanın könülsüz işsizliyə cavab verib-vermədiyini araşdırmışdır. Şarpiro-Stiqlits modelinin yaradılmasında iştirak etmişdir.[12] Bu sualların cavabı 1984-cü ildə Şarpiro və Stiqlits tərəfindən bir araya gətirilmişdir: "İşsizlik məşğulluğun bilgi quruluşu tərəfindən nəzarət edilir".[12] İki müşahidə bu analizi vurğulayır:
Cozef Stiqlits və digərlərinin nəzəriyyələrinin riyazi gerçəkliyi mövzusunda heç bir şübhə yox ikən, bu nəzəriyyələrin siyasi iqtisadiyyata və iqtisadi siyasətlərin real həyata tətbiqi məsələsində bir çox müzakirə və anlaşmazlıq vardır.[13] "Sosializm hara gedir?"[14] (ing. Whither Socialism?) adlı kitabında ilk olaraq müəyyənləşdirdiyi yeninin təkmilləşdirilməsində başa düşəcəyimiz qədəri ilə Stiqlitsin siyasi-iqtisadi baxışı davamlı olaraq uyğun gəlir.
Əskik və mükəmməl olmayan informasiya ortaya çıxdıqda, bazar sisteminin Çikaqo məktəbi tərəftarları gerçək dünyanın Pareto prinsipi iddialarını davam etdirə bilmədilər. Bu səbəbdən dolayı Stiqlits kapitalizmi rasional-gözlənti nəzəriyyəçilərinin izlədiyi kapitalizmin modelindən yayınıb sosializmə sürüşəcəyi paradoksundan daha gerçəkçi bir iddiada olaraq rasional-gözlənti müvazinətindən istifadə etdi.[15]
Stiqlitsin iqtisadiyyata təsiri Pol Samuelsonun təklifindən daha çox müdaxilə etməyə sövq etdi. Pol Samuelson bazar uğursuzluğunu təsirli bazarın bir istisnası olaraq görmüşdü, amma Qrinvald-Stiqlits nəzəriyyəsi bazar uğursuzluğunu bir norma olaraq görməkdədir.
Stiqlitsin təklifləri iqtisadçılar tərəfindən deyil, daha çox siyasi elm adamları və sosioloqlar tərəfindən mənimsənildi. Onun iqtisadi fikirləri çox vaxt doğru görünsə də, hələ də dövlətin qurumları nə qədər təkidçi olması və dövlət ilə sivil toplum arasında necə bir əlaqə olması mövzusunda sual işarələri saxlamaqdadır.[16]
Cozef Stiqlits iki dəfə evlənib və boşanıb. 2004-cü ildə isə Kolumbiya Universitetinin xalqla əlaqələr şöbəsində çalışan Anya Şiffrin ilə üçüncü evliliyini rəsmiləşdirmişdir.
Cozef Stiqlits üç yüzdən çox akademik məqalə ilə yanaşı patent haqlarından beynəlxalq iqtisadi münasibətlərə, iqtisadiyyatın idarə olunmasında iqtisadiyyatda müsbət təsirə qədər bir çox qarışıq mövzularda açıqlayıcı təkliflər irəli sürən bir neçə kitabın da müəllifidir.
Bu kitabında Cozef Stiqlits makroiqtisadi mübahisələrə, sərmayə bazarının sərbəstliyinə, inkişafa və alternativ siyasətlərlə inkişafa yer vermişdir. Kitab sabitlik siyasətinin uzun dövrdə iqtisadi böyüməyə əhəmiyyətli təsirlərindən bəhs edir. Kitabın ilk qismi bəzi açar sualları təqdim edir və iqtisadiyyata ənənəvi bir ölçüdən deyil, fərqli bir göz ilə baxır. İkinci qismi iqtisadi modellərin analizini təqdim edir və Keyns, heterodoks və mühafizəkar dünyagörüşü ilə sabitlik siyasəti kimi makroiqtisadi fundamental mövzuları işləyir. Üçüncü qismi bənzər şəkildə sərmayə bazarlarının sərbəstliyini analiz edir.
Bu kitab qloballaşmanın bərabərsizliyə və inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə olan həddindən artıq təsirinə diqqət çəkir. Cozef Stiqlits yüksək vergi dərəcələri, inkişaf etmiş ölkələrin öz faydalarına xidmət edən patent sistemlərinə, eyni zamanda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr zərərindən bəhs edir. Cozef Stiqlits kitabında iqtisadi cəhətdən zəif olan ölkələrdə demokratiya problemini qabardır. Kitab optimist tərzdə yazılmışdır və beynəlxalq iqtisadi münasibətlərin yaxşıya dğru irəliləyəcəyinə ümid olunduğu qeyd edilir. Cozef Stiqlitsin bu kitabı iki milyon nüsxədən çox satılmışdır.
Cozef Stiqlitsin bu kitabı 2002-ci ildə yayımlanmışdır. Cozef Stiqlits kitabında qloballaşmanı belə açıqlayır: "Qloballaşma, yəni sərbəst ticarətin önündəki maneələrin qaldırılması və milli iqtisadiyyatların daha çox inteqrasiyasıdır, yaxşı istiqamətdə istifadə ediləcək bir güc ola bilər; və dünyadakı hər kəsi xüsusilə kasıbları zənginləşdirəcək potensiala malikdir".
Kitab Cozef Stiqlitsin Dünya Bankı baş iqtisadçısı və Amerika Birləşmiş Ştatları İqtisadiyyat Müşaviri olarkən yaşadığı təcrübələrinə əsaslanır. Akademik bir araşdırmadan çox şahidlik etdiyi hadisələr anladır. Buna baxmayaraq kitab ümumi iqtisadiyyatı bilməyənlər üçün başa düşülməsi çətin ola bilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.