Corciya (ing. Georgia) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Atlanta şəhəridir. Sahəsi 152,6 min km2 -dir.
Corciya ing. Georgia | |||||
---|---|---|---|---|---|
Ştat | |||||
| |||||
Təxəllüsü: Şaftalı ştatı Cənubun İmperiya ştatı | |||||
Şüarı: Hikmət, ədalət, insaf | |||||
Rəsmi dil | İngilis dili | ||||
Danışılan dillər | İngilis dili İspan dili | ||||
Paytaxtı (və ən iri şəhəri) | Atlanta | ||||
Ən iri metropoliteni | Atlanta Metropoliten Ərazisi | ||||
Ərazisi | 24-cü (ABŞ üzrə) | ||||
• Ümumi | 59,425 mil² (153,909 km2) | ||||
• Eni | 230 mil (370 km) | ||||
• Uzunluğu | 298 mil (480 km) | ||||
• % su | 2.60 | ||||
• En dairəsi | 30° 356′ Ş - 34° 985′ Ş | ||||
• Uzunluq dairəsi | 80° 840′ Q - 85° 605′ Q | ||||
Əhalisi | 8-ci (ABŞ üzrə) | ||||
• Ümumi | 10,214,860 (2015) | ||||
• Sıxlıq | 165.0/mil² (65.4/km2) 18-ci (ABŞ üzrə) | ||||
• Təsərrüfatın Orta Gəliri | 50,861 $ (23-cü) | ||||
Yüksəklik | |||||
• Maksimal yüksəklik | Brastaun Bald 4,784 ft (1,458 m) | ||||
• Orta yüksəklik | 600 ft (180 m) | ||||
• Minimal yüksəklik | Atlantik okean Dəniz səviyyəsi | ||||
Ştatlıqdan Əvvəl | Corciya Əyaləti | ||||
İttifaqa qəbul | 2 yanvar, 1788 (4-cü) | ||||
Qubernator | Natan Dil (R) | ||||
Leytenant-qubernator | Keysi Keygl (R) | ||||
Qanunverici hakimiyyət | Ümumi Assambleya | ||||
• Yuxarı Palata | Senat | ||||
• Aşağı Palata | Nümayəndələr Palatası | ||||
ABŞ Senatorları | Conni Ayzakson (R) Devid Perdyu (R) | ||||
ABŞ Palata nümayəndələri | 10 Respublikaçı 4 Demokrat (siyahı) | ||||
Saat qurşağı | Şərq UTC -7/-6 | ||||
ISO 3166 | US-GA | ||||
Abbreviatura | GA | ||||
Rəsmi saytı | georgia.gov |
Əhalisi
Əhalisi 9,7 mln. (2010). İnzibati mərkəzi. Atlanta şəhəridir.
Coğrafiyası
Ərazisinin çox hissəsini alçaq dəniz yanı düzənlik tutur. Şimal və şimal qərbdə Appalaç dağlarının ətəkləri və qolları yerləşir. İqlimi rütubətli subtropikdir. Dağlarda, əsasən, palıd, şam və fıstıqdan ibarət meşə sahələrinə rast gəlinir. Yağıntının illik miqdarı 1300–1600 mm-dir.
Tarixi
16-cı əsrdə yerli əhalisi hindi tayfaları çiroki və kriklərdən ibarət olan Corciya ərazisini ispanlar (E. de Sotonun və, ehtimal ki, X. Ponse de Leonun ekspedisiyaları) mənimsəməyə başladılar. 1670-ci illərdə Corciya ispanlar ilə ingilislər arasında mübarizə meydanına çevrildi. 1704-cü ildə ingilislər yerli hindilərlə birlikdə ispanları sıxışdırıb çıxardılar, 1715–16-cı illərdə isə keçmiş müttəfiqləri olmuş hindilərə divan tutdular. 1719-cu ildə Corciya ingilislərin Karolina koloniyasının əyaləti elan edildi. 1732-ci ildən İngiltərə kralı II Georqun şərəfinə Corciya koloniyası adlandırıldı. Corciyanın ilk qubernatoru olmuş, hərbi xadim və filantrop C. Oqltorp Corciyanı İngiltərədə yaşayan yoxsulların sığınacağına çevirmək arzusunda idi. Koloniyada quldarlıq, spirtli içkilərin istifadəsi qadağan edildi.
1733-cü ildə Corciyaya İngiltərədən ilk mühacirlər gəldilər. Əhalinin burada məskunlaşması prosesi ləng gedirdi, Corciya uzun müddət İspaniya Floridası ilə sərhəddə hərbi dayaq məntəqəsi idi 1752-ci ildən etibarən koloniyanın idarəçiliyi bilavasitə Böyük Britaniya kralının səlahiyyətinə keçdi. 1776-cı ildə, Şimali Amerikada istiqlaliyyət müharibəsi (1775–83) gedişində Corciya İngiltərənin keçmiş 12 koloniyası ilə birlikdə ABŞ-ni yaratdılar.
1829-cu ildə Corciyanın şimalında qızıl yataqları aşkar edildi. "Qızıl həyəcanı" Corciyaya ağdərili əhalinin kütləvi axınına səbəb oldu. 1830-cu ildə Corciyada yaşayan hindilərin bir qismi rezervasiyalara (indiki Oklahoma ərazisinə) yerləşdirildi, onların kütləvi surətdə köçürülməsi 1838–39-cu illərdə də davam edirdi. 1861-ci ilin əvvəlində Corciya ABŞ-nin tərkibindən çıxaraq Amerika Konfederativ Ştatlarına (Corciyada doğulmuş A. Stivens Konfederasiyanın vitse-prezidenti seçildi) daxil oldu.
1864-cü ildə Corciya ərazisində Amerika Birləşmiş Ştatlarında Vətəndaş müharibəsinin (1861–65) həlledici döyüşləri baş verdi. 1865–70-ci illərdə Corciyada hərbi idarəçilik tətbiq edildi (federal qoşunlar burada 1877-ci ilədək qaldı). 1960-cı illərdə Corciya Vətəndaş hüquqları uğrunda hərəkatın mərkəzlərindən biri idi.
İqtisadiyyatı
Ştatın iqtisadiyyatı üçün xidmət sferası, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrin inkişafı səciyyəvidir. ÜDM-in həcmi 396 mlrd. dollar (2007), adambaşına 33,5 min dollar (ölkə üzrə 37-ci yer) təşkil etmişdir. Əlverişli coğrafi mövqeyi ştatı iri nəqliyyat, sənaye və rabitə mərkəzinə çevirmişdir. Nəqliyyat və elektrotexnika maşınqayırması, toxuculuq, tikiş, yeyinti, kimya və tütün sənayesi inkişaf etmişdir. Corciyada bir sıra iri korporasiyalar: AT&T Mobility (telekommunikasiya), The Home Depot və Oxford İndustries (pərakəndə ticarət), Delta Air Lines (aviadaşımalar), SunTrust Banks (maliyyə xidmətləri), United Parcel Service (poçt xidməti və logistika), The Coca-Cola Company (yeyinti sənayesi), Aflac (maliyyə xidməti), Southern Company (energetika), İntercon tinental Exchange (maliyyə xidməti), Genuine Parts (maşınqayırma), AGCO (maşınqayırma), Rock-Tenn (kağız və qab laşdırma sənayesi), Newell Rubbermaid (istehlak malları), Chick-fil-A və Waffle House (ictimai iaşə), NCR Corporation (elektronika) və s.; bəzi media- qrupların (Turner Broadcasting System və Cox Enterprises), telekanalların (CNN, TNT, Cartoon Network, Bumerang, TBS və The Weather Channel) mənzil-qərargahları yerləşir. Həm də bu ştat Coca Colanın vətəni hesab edilir. Coca Colanın gizli resepti heç kəsə bildirilmir, və resept sadəcə Atlantadadır.
Sənayesi
Lockheed Martin (Mariettada) və General Dynamics (Savannada) şirkətinin aviasiya zdları, Kia Motors şirkətinin zavodları (Vest- Poynt), İnternational Paper şirkətinin kağız fabrikləri (Savanna), SABMiller şirkətinin pivə zavodları (Olban) ştatın iri müəssisələrindəndir. Yüksək keyfiyyətli mərmər, kaolin gili, qum, çınqıl hasil edilir. Corciyada kənd təsərrüfatı yüksək inkişaf etmişdir. Tütün, pambıq, qarğıdalı, yerfındığı (istehsalın həcminə görə ABŞ ştatları arasında birinci yer), çiyələk, soya bitkiləri, müxtəlif tərəvəzlər və s.becərilir. Corciyada şaftalı çox yetişdirildiyinə görə, buranı "şaftalı ştatı" da adlandırırlar. Heyvandarlıq qaramal (əsasən, südlük cinslər), donuzçuluq və quşçuluq ilə təmsil olunmuşdur. Ştatın enerjisinin təqribən 25%-ini 2 AES istehsal edir.
Qalereya
Həmçinin bax
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.