Cizrə
From Wikipedia, the free encyclopedia
Cizrə (türk. Cizre, pronounced [ˈdʒizɾe]; ərəb. جَزِيْرَة ٱبْن عُمَر, Cəzirət ibn Ömər,[1] kürd. Cizîr,[2] Cizîra Botan[3] və ya Cizîre;[4] süry. ܓܙܪܬܐ ܕܒܪ ܥܘܡܪ, Qazarta[5]) — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda şəhər.[6] Dəclə çayı üzərində Suriya–Türkiyə sərhədində və İraq–Türkiyə sərhədinə yaxın yerləşir. Cizrəşəhəri Cəzirə tarixi regionunda və Türkiyə Kürdüstanı mədəni regionundadır.[7] 2021-ci ildə şəhərin əhalisi 130,916 nəfər idi.[8]
Cizrə | |
---|---|
37°17′ şm. e. 42°08′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 377 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 73000–73999 |
Nəqliyyat kodu | 35 |
Digər | |
cizre.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Dünya müharibəsindən sonra şəhər XX əsrin ikinci yarısında yenidənqurma yolu ilə bərpa olunmağa başlamışdır. Cizrə əhalisi 1984-cü ildən etibarən Türkiyə–PKK münaqişəsindən qaçanların çoxu sığınacaq yeri kimi böyük artım görmüşdür.[9] XX əsrin sonu və XXI əsrin əvvəllərində Cizrə PKK yaraqlıları ilə Türkiyə dövləti arasında döyüş meydanına çevrilmişdir, nəticədə şəhərdə əhəmiyyətli dağıntılar baş tutmuşdur.[10]