From Wikipedia, the free encyclopedia
Cimmi Vilson (ing. Jimmie Wilson; 7 fevral 1981, Detroyt, Miçiqan) — Amerikalı müğənni, bəstəkar və musiqili teatr aktyoru. O San-Marinolu müğənni Valentina Monetta ilə birlikdə San-Marinonu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Cimmi Vilson | |
---|---|
ing. Jimmie Wilson | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Cimmi Vilson ing. Jimmie Wilson |
Doğum tarixi | 7 fevral 1981 (43 yaş) |
Doğum yeri | Detroyt, Miçiqan, ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, aktyor |
Fəaliyyət illəri | 2009-cu ildən |
Janrlar | |
Əlaqəsi | Valentina Monetta |
jimmiewilson.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Cimmi Vilson Hollivudda aktyorluq təhsili almışdır. O eyni zamanda Maykl Ceksonun hazırladığı Sisterella tamaşasında rol almışdır. Daha sonra Cimmi Almaniyaya köçmüşdür. O Almaniyada Hope! – Das Obama Musical tamaşasında Barak Obamanı canlandırmışdır. 2012-ci ildə Cimmi Polşada keçirilən Must Be the Music musiqi yarışmasında iştirak etmişdir.
12 mart 2017-ci ildə San-Marinonun SMRTV telekanalı Cimmi Vilsonun San-Marinolu ifaçı Valentina Monetta ilə birlikdə ölkəni Avroviziyada təmsil edəcəyini açıqlamışdır. Beləliklə, Cimmi və Valentina duet şəklində ifa etdikləri "Spirit of the Night" mahnısı San-Marinonu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir[1]. Mübarizəyə 2-ci yarımfinal mərhələsindən qoşulan Cimmi və Valentina yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur. Bu San-Marinonun müsabiqə tarixindəki ən aşağı nəticəsi olmuşdur.
Avroviziyada iştirakından sonra Cimmi Vilsonun So Damn Beautiful adlı debüt albomu işıq üzü görmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.