Caya dağı
From Wikipedia, the free encyclopedia
Caya[2] (ind. Puncak Jaya) — Yeni Qvineya adasının qərbində, Maoke massivində dağ zirvəsi. İndoneziyaya aid olan bu zirvə ölkənin Papua vilayətində yerləşir. Caya - Okeaniyanın ən yüksək zirvəsi, eləcədə dünyda adada yerləşən ən hündür dağdır. Bəzi mənbələr dağın 5029 və ya 5030 metr hündürlyə malik olduğunu göstərir. Avropalılar ilk dəfə zirvəni 1623-cü ildə gürmüş. Holladiyalı tədqiqatçı Yan Karstens uzaqdan, açıq havada başı qarlı dağ görmüşdür. Məhs bu onun təəcüblənməsinə səbəb olmuş: düz ekvatorun mərkəzində buzlaq[3]
Caya | |
---|---|
ind. Puncak Jaya | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4884[1] |
İlk fəthi | 1962 |
Yerləşməsi | |
4°05′ c. e. 137°11′ ş. u. | |
Ölkə | İndoneziya |
Vikianbarda əlaqəli mediafayllar |
Dağ ilk öncə Yan Karstensin şərəfinə adlandırılmış, sonra 1965-ci ildə İndoneziya prezidentinin şərəfinə Sukarno adlandırmışlar.[2][4] 1969-cu ildən dağ Caya adlandırldı[2] İndoneziya dilində Caya qələbə deməkdir. Dağ zirvəsinin ilk fəthi 1962-ci ildə baş vermiş. Zirvəyə ilk dəfə olaraq dörd avstriya alpinisti qalxmış. Dəstəyə Henri Xarrer rəhbərlik edirdi(alm. Heinrich Harrer).
Dağın yaxınlığında dünyanın ən böyük karyeri- Qrasberq yerləşir. Karyerdə qızıl, gümüş və mis çıxarılır.