Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr )alman bəstəkarı Karl Orf tərəfindən 19351936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir.

Cəld faktlar Carmina Burana, Bəstəkar ...
Carmina Burana
lat. Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis
Thumb
"Carmina Burana" əsərinin Çərxi-fələk təsvirli afişası
Bəstəkar Karl Orf
Forma kantata
Premyera
Hissələr Fortuna Imperatrix Mundi
I – Primo vere
Uf dem Anger
II – In Taberna
III – Cour d'amours
Blanziflor et Helena
Fortuna Imperatrix Mundi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Məzmun

1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi.

Təqdim

Thumb
Carmina Burana əlyazmasından Çərxi-fələk təsviri olan səhifə

Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir. Premyeranın böyük və parlaq uğurundan sonra Orff əsərin yayımlayıcısı olan Skott Müzikə yazırdı: "Mənim yazdığım və sənin yayımladığın hər şey, təəssüf ki, məhv olacaq. Carmina Burana ilə mənim toplanmış əsərlərim başlayır."[1]

Premyeradan sonra, əsər, Almaniyanın müxtəlif bölgələrində dəfələrlə səhnələşdirilmişdir. Nasist rejimi əvvəlcə əsərdəki bəzi şeirlərin erotik məzmunlu olmasına mənfi reaksiya vermiş,[2] lakin sonradan əsərin səhnələşdirilməsinə icazə vermişdir. Əsər həmin dövrdə Almaniyada bəstələnmiş ən məşhur musiqi əsəri olmuşdur.[3] Əsərin məşhurluğu İkinci Dünya Müharibəsindən sonra daha da artmış, 1960 – cı illərdən Carmina Burana dünya klassik musiqi irsinin məşhur nümunəsi kimi təqdim edilməyə başlanmışdır.

Aleks Ross yazırdı ki, "musiqi özü üzərinə heç bir günah götürmədən məşhurlaşmışdı. Onun hissələri yüzlərlə filmlərdə və televiziya əsərlərində istifadə olunmuş və insanlar tərəfindən sevilərək qəbul edilmişdir. Bu isə onun şeytani məzmun daşımadığını sübut edir."[4]

Sonrakı dövrdə Orff əsərin yayımlayıcısına yazdığı məktubda fikirlərini aydın şəkildə izah edərək qeyd edir ki, əsərin "O Fortuna" hissəsinin pop mədəniyətdə istifadəsi və əsərin klassik musiqi konsertlərində səsləndirilməsi, səsyazmalarını nəzərə aldıqda heç bir əsəri bu qədər məşhurlaşmamışdır. ABŞ – da Carmina Burana XX əsr musiqisinin ən məşhur əsərlərindən biri kimi tanınmışdır.

Struktur

Thumb
Helmut Jürgünsin 1959-cu il səhnə tərtibatı, Münhen.
Thumb
2009-cu ildə Ulm səhnələşdirilməsi.
Thumb
2009-cu ildə Ulm səhnələşdirilməsi.
Thumb
2009-cu ildə Ulm səhnələşdirilməsi.

Carmina Burana ümumilikdə iyirmi beş kiçik hissədən ibarət beş böyük hissə şəklində düzənlənmişdir. Orff musiqi parçalarını bir – birinə bağlamaq üçün bütün səhnələrdə "attacca"dan istifadə etmişdir. Kompozisiyanın strukturunun əsasında Çərxi – Fələyin fırlanması ideyası dayanır.

Fortuna Imperatrix MundiFortune, Dünyanın hakimi
1. O FortunaLatınO Fortunexor
2. Fortune plango vulneraLatınFələyin açdığı yaralara görə ağlayıramxor
I – Primo vereYazda
3. Veris leta faciesLatınBaharın şən üzlərikiçik xor
4. Omnia sol temperatLatınHər şey Günəşə səbir edirbariton
5. Ecce gratumLatınO zaman xoş gəldinizxor
Uf dem AngerÇəmənlikdə
6. Tanz Rəqsinstrumental
7. Floret silvaLatın/Orta əsr almancasıMeşə güllərixor
8. Chramer, gip die varwe mirOrta əsr almancasıTacir, mənə əlvan boyalar verxor (kiçik və böyük)
9. a) Reie dairəvi rəqsinstrumental
9. b) Swaz hie gat umbeOrta əsr almancasıDairəvi rəqs oynayanlarxor
9. c) Chume, chum, geselle minOrta əsr almancasıGəl, gəl, mənim əziz yoldaşımkiçik xor
9. d) Swaz hie gat umbe (reprise)Orta əsr almancasıDairəvi rəqs oynamağa gedənlərxor
10. Were diu werlt alle minOrta əsr almancasıƏgər bütün dünya mənim olsaxor
II – In TabernaTavernada
11. Estuans interiusLatınCoşğun daxilbariton
12. Olim lacus colueramLatınBir dəfə göldə üzərkəntenor, xor (kişi)
13. Ego sum abbasLatınMən Şlaraffenlanın abbatıyambariton, xor (kişi)
14. In taberna quando sumusLatınBiz tavernada olarkənxor (kişi)
III – Cour d'amoursSevgi məhkəməsi
15. Amor volat undiqueLatınSevgi hər yerə uçursoprano, kişi xoru
16. Dies, nox et omniaLatın/ProvansalGündüz, gecə və hərşeybariton
17. Stetit puellaLatınOrada qız dayanmışdısoprano
18. Circa mea pectoraLatın/Orta əsr almancasıSinəmdəbariton, xor
19. Si puer cum puellulaLatınƏgər bir oğlan qızla3 tenor, bariton, 2 bass
20. Veni, veni, veniasLatınGəl, gəl, gəl dua etiki xor
21. In trutinaLatınTərəzidəsoprano
22. Tempus est iocundumLatınZarafat vaxtısoprano, bariton, kişi xoru
23. DulcissimeLatınŞirin oğlansoprano
Blanziflor et HelenaBlanşefluarYelena
24. Ave formosissimaLatınƏn sevimliyə doğruxor
Fortuna Imperatrix MundiFortune, Dünyanın hakimi
25. O Fortuna (reprise)LatınO Fortunexor

Çərxi – Fələyin təsviri "Burana Codex"in birinci səhifəsində meydana çıxır və bu zaman onun ətrafında dörd ifadə yazılır:

"Regnabo, Regno, Regnavi, Sum sine regno" (Mən hökmdar olacam, Mən hökmdaram, Mən hökmdar idim, Mən krallıqsızam).

Səhnələrin hər birində və bəzən də yalnız hansısa parçada Çərxi – Fələk fırlanır, əyləncə və şadlıq aclığa, ümid isə kədərə çevirilir. "O Fortuna" Şmellerin dəstində ilk şeirdir, Orffun kontatasında isə halqanı tamamlayan, mövzunu açan və bağlayan hissədir.

Səhnələşdirmə

Orff yaratdığı, musiqi, hərəkət və nitqin ayrılmaz şəkildə birləşdiyi dramatik məzmunu "Theatrum Mundi" adlandırmışdır. Bebkuk yazır ki, "Orffun artistik formulu hər səhnədə musiqi ilə sərhədlənir və hərəkətlərlə bağlanır. Carmina Burananın müasir səhnələşdirmələrində Orffun xüsusi planlamasından başqa digər hissələr qısaldılmışdır." Hər halda Carmina Burana konsert zallarında rəqs, xareoqrafiya, vizual dizayn və digər səhnə elementləri ilə birlikdə bir kontata kimi təqdim olunur.

Musiqi tərzi

Orffun tərzi nitqi yönləndirmək arzusunu göstərir. Carmina Buranada qısa və ya genişlənməyən klassik duyğu və ploifoniya diqqət çəkici bir şəkildə birləşdirilmişdir. Carmina Buranada "The New York Times"dan Enn Pauers kimi[5] bir çox musiqi tənqidçilərinin də qeyd etdiyi kimi harmonik qarışıqlıqdan kənar durmağa çalışılmışdır.

Orff bu əsəri yazarkən son İntibah və erkən Barokko dövrünün sənətkarları Uilyam BördKlaudio Monteverdidən təsirlənmişdir.[6] Lakin bir zamanlar Orffun Carmina Burananın musiqisini nevmatik melodiyalardan təsirlənərək yazması haqqında yanlış fikir yayılmışdır; halbuki "Carmina Codex"in melodiyalarının əksəri nevma ilə daha da zənginləşdirilmiş olsa da, demək olar ki, onlardan heç biri Orfun Carmina Burana əsərini yazması zamanı deşifrə edilməmişdi və Orff əsərinin melodik modelini düzənləyərkən onlardan istifadə etməmişdir.[7][8]

Orffun yaradıcılığındakı parlaq orkestrasiya Stravinski yaradıcılığı ilə fərqi göstərir. Lakin Orffun musiqisi Stravinskinin erkən yaradıcılıq nümunələrindən olan Les noces (Toy) əsərini xatırladır. Orffun istifadə etdiyi ritm, musiqidə tez – tez istifadə edilən elementlərdən biri olmaqla Stravinskinin istifadə etdiyi ritmlə üst-üstə düşür.

Bütünlükdə, Orffun əsəri açıq şəkildə daha sadə və ritmik səslənir, ölçü bir epizoddan digərinə keçərkən dəyişir. Bölümlərdə ritmik tezlik tam şəkildə olduğu halda, ölçü qəfildən beşdən yeddiyə və ya dördə dəyişir. Bu ritmik sabitlik ölçü dəyişikliyi ilə kombinasiyada yaddaqalan hiss – daha çox tez – tez itirilərn qarışıq ritmik hissə təəssüratı yaradır.

Əsərdəki ariyaların bəziləri çox zil səs üçün yazıldığından ifaçılar üçün çətinlik yaradır: məsələn solo tenor ariya, "Olim lacus colueram" personajın xarakterini aydın ifadə etmək üçün (burada, yanan qu quşu) yalnız tam falset səslə ifa edilə bilər. Bariton ariyalarda isə yüksək notlara o qədər də tez – tez toxunulmur, "Dies nox et omnia" ariyasının bir hissəsi isə falset səslə də ifa oluna bilir və bu baxımdan repertuardakı yeganə nümunədi. Eyni zamanda solo soprano aria "Dulcissime" həddən artıq yüksək notları ilə diqqət çəkir. Orff bu ariyanı lirik soprano səs üçün yazmışdır.

İnstrumentasiya

Carmina Burana geniş orkestr, xor və solistlərin ifası üçün yazılmışdır:

  • Taxta nəfəs alətləri: 3 fleyta (ikinci və üçüncü pikkolo ilə birgə), 3 qoboy (üçüncü ingilis rojoku ilə birgə), 3 klarnet B-flat və A (ikinci balaca klarnet, üçüncü bas klarnetlə birgə), 2 faqot, və kontrafaqot
  • Metal nəfəs alətləri: 4 valtorna F, 3 truba B-flat və C, 3 trombon (2 tenor, 1 bass) və tuba
  • Dilli musiqi alətləri: 2 pianinoçelesta
  • Zərb alətləri: litavra, 2 kiçik baraban, böyük baraban, üçbucaq, tava, ratçet, kastanetlər, dəf, zınqırovlar, qonq, boru zınqırovlar, 3 taxtalı zınqırovlar, ksilofon
  • Simli musiqi alətləri: I və II skripkalar, altlar, violonçelkontrabas
  • Səslər: Xorlarla birgə (kiçik və böyük) SATB, kişi xoru, solo soprano, solo tenor, solo bariton, 2 bass

1956 – cı ildə Orffun düzənləməsi Vilhelm Killmeyer tərəfindən qısaldılmış, qısaldılmış versiyada solistlərin ifası xorun, uşaq xoru, iki piano və altı percussion (timpani + 5) ilə sıxışdırılmış və bu qısaldılmaya Orff özü icazə vermişdi.

Nəfəs alətləri üçün ayarlanma ifaçıların və orkestrın işini yüngülləşdirmək istəyən Xuan Visente Mas Kuiles (d. 1921) tərəfindən həyata keçirilmişdir. Onun ayarlaması ilə əsər Yugen Korporonun rəhbərlik etdiyi Şimali Texas nəfəs alətləri orkestrının ifasında lentə alınmışdır. Bu ayarlamada orijinal xor, zərb alətləri və piano partiyaları saxlanmışdır.[9]

Con Krans tərəfindən konsert qrupunun ifası üçün hazırlanmış versiyada xorun ifası əsərdən çıxarılmışdır.

Seçilmiş səsyazmalar

  • Eugen Jochum, Deutsche Oper Berlin və Gundula Janowitz, Gerhard Stolze, və Dietrich Fischer-Dieskau ilə birgə 1967 – ci ildə Berlinin "Ufa-Studio"sunda əsəri lentə almış və 1968 – ci ildə əsər satışa çıxarılmışdır (Deutsche Grammophon). Bu səsyazma Karl Orffun özü tərəfindən bəyənilmiş, 1995 – ci ildə BBC Radio 3 tərəfindən incələnmişdir.
  • Filarmoniya Orkestrı və Xoru ilə birgə Rikkardo Muti, Arlin Oucer, Con van Kesteren və Conatan Samers tərəfindən əsər 1979 – cu ildə lentə alınmış (EMI) və bu səsyazma BBC Radio 3 tərəfindən top üçlüyə daxil edilmişdir.
  • Növbəti səsyazma Müqəddəs Luis Simfonik Orkestrı və xoru, Leonard Saltkinin ifası ilə həyata keçirilmiş, BBC Radio 3 – ün top üçlüyünə daxil edilmişdir. 1984 – cü ildə Ceyms Levinin rəhbərliyi Çikaqo Simfonik Orkestrı və xoru Cyun Anderson, Filipp Krek və Bern Ueykllə birgə növbəti səsyazma (Deutsche Grammophon) gerçəkləşdirilmişdir. Bu versiya 1987 – ci ildə Ən Yaxşı Xor İfası nominasiyasında Qremmi mükafatına layiq görülmüşdür.
  • Kristian Tayilmannın rəhbərliyi ilə Deutsche Oper Berlin və Knabenchor Berlin orkestrı və xorunun ifasında yazılmış növbəti versiya 2003 – cü ildə Deutsche Grammophon GmbH tərəfindən Hamburqda satışa çıxarılmışdır.
  • Çarlz Dutoitin rəhbərlik etdiyi Monreal Simfonik Orkestrı və Müqəddəs Lourens Xorunun ifasında əsər 1997 – ci ildə lentə alınmışdır.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.