From Wikipedia, the free encyclopedia
Candaroğulları bəyliyi — 1291-1461-ci illərdə mövcud olmuş bir Anadolu bəyliyi. Ən məşhur bəyi İsfəndiyar bəy olduğundan digər adı da İsfəndiyaroğulları bəyliyidir.[1][2]
Tarixi dövlət | |||
Candaroğulları bəyliyi | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt |
Əflani Kastamonu Sinop |
||
Dilləri | Qədim Anadolu türkcəsi | ||
Dövlət dini | sünni islam | ||
İdarəetmə forması | Monarxiya | ||
Bəy | |||
• 1291-1309 | Şəmsəddin Yaman Candar bəy | ||
• 1461 | Qızıl Əhməd bəy |
Çobanoğulları bəyliyinin yerini alan Candaroğullarının tarix səhnəsinə çıxışı, o dövrə aid tarixi mənbələrin yetərsizliyi səbəbilə tam olaraq bilinmir.[3] Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1291-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
Bir müddət Əflanidə qalan Süleyman bəy, Kastamonu və Safranbolu bölgələrini ələ keçirərək bəyliyi genişləndirdi və bəyliyin mərkəzini Kastamonuya daşıdı. Daha sonra Sinopu da ələ keçirərək bu bölgənin idarəsini oğlu İbrahim bəyə, Safranbolunun idarəsini isə digər oğlu Əli bəyə verdi. Bəyliyin hüdudlarını genişləndirməsinə baxmayaraq, Süleyman bəy ilk illərində Hülakilərin tabeliyində qalmış, onlara illik vergi verməyə davam etmişdir. Ancaq 1327-ci ildə Əmir Dəmirdaşın Anadolu canişinliyindən alınması və 1335-ci ildə Hülaki xanı Əbu Səid Bahadurın ölümü ilə yaranan siyasi boşluqdan istifadə edərək, Süleyman bəy öz müstəqilliyini elan etdi. Səltənətinin son 5 ilində kəsilən qızıl sikkələrdə istifadə edilən “əs-sultan-ül-əzəm” ünvanı bunun açıq isbatıdır.
Bu səbəblə Candaroğlu bəyliyinin əsas qurucusu olaraq qəbul edilən Süleyman bəy, qonşusu olan Bizans, Osmanlı və Tacəddinoğullarıyla sabit siyasi əlaqələr saxladı. Buna baxmayaraq onunla eyni dövrdə yaşayan Osmanlı bəyi Orxan Qaziylə bəzi vaxtlar anlaşmazlıq yaşadığı bilinir. Davam edən Osmanlı hücumlarına qarşı Bizansdan gələn sülh təklifini geri çevirən Süleyman bəy, Bizansa aid bəzi qalaları mühasirədə saxlamağa davam etdi. Onun səltənətində baş tutan ən mühüm məsələ isə Sinop qalasının ilhaq edilməsi və beləcə ələ keçirilən Qara dəniz ticarət yolu vasitəsilə Genuyanın şəhər-dövlətləriylə əlaqələrin qurulması oldu. Belə ki, Süleyman bəyin oğlu İbrahim bəyin Sinopdakı valiliyi dönəmində Sinop limanında Genuyaya məxsus təxminən 10 ticarət gəmisi ələ keçirilmişdi.
1331-1332-ci illərdə Safranbolu və Kastamonuya gələn səyyah İbn Bətutə, Süleyman bəyin güclü və heybətli bir hökmdar olduğunu, ətrafında mühüm din adamlarının olduğunu yazır. Bu ziyarət əsnasında Süleyman bəy tərəfindən də qəbul edilən İbn Bətutəyə cins at və yeni geyimlər hədiyyə edilmişdir. Yenə İbn Bətutənin yazdıqlarına görə, Süleyman bəy hər gün ikindi namazından sonra əhalinin dərdlərini dinləyir, hər cümə günü cümə salamlığına çıxarmış.[4] Məmlük tarixçisi Əl-Öməriyə görə, bu dönəmdə Kastamonuda 25 min atlı əsgər saxlanılırdı.[5] Süleyman bəyin 1341-ci ildə vəfatının ardından taxta oğlu İbrahim bəy keçdi.
Qiyasəddin ünvanıyla anılan İbrahim bəy, atasının səltənətində Sinop valisi idi. Taxtı ələ keçirmək üçün atasına qarşı mübarizə aparmışdır. Onun səltənətində baş tutan ən mühüm hadisə isə 1341-ci ildə Venesiya və Genuya ilə aparılan dəniz döyüşlərində qələbə qazanılması oldu. 1344-cü ildə Sinopda qeydə alınan bir vəqf sənədində “Əmir-ül-müəzzəm sahib-ül elm vəl-kələm vəs-seyf”ünvanlarıyla anılan İbrahim bəyin ölüm tarixi bilinməsə də, 1345-ci ildə bəyliyin başında əmisi Yaqub bəyin olduğu məlumdur.
İbrahim bəyin yerinə səltənəti ələ alan əmisi Yaqub bəyin qısa dövrünə aid hər hansı bir məlumat yoxdur. Ancaq cəmi 1 il sonra - 1346-cı ildə Yaqub bəyin oğlu Adil bəyin hakimiyyəti ələ aldığı bilinir. Ədalətli bir hökmdar kimi tanınan Adil bəyin səltənətinə dair məlumat az olsa da, Sinopdakı ilk Genuya və Venesiya ticarət koloniyalarının qurulmasına məhz onun dönəmində icazə verildiyi bilinir. Adil bəyin də ölüm tarixi dəqiq bilinmir.
Adil bəyin yerinə, Osmanlı mənbələrində “Kötürüm” (“Şikəst”) ləqəbiylə anılan oğlu Bəyazid bəy Qiyasəddin ünvanıyla səltənəti ələ aldı. Onun səltənəti dönəmində Qara dəniz ticarəti uğrunda Genuya və Venesiya ilə mübarizə aparılmış, Osmanlı dövlətiylə dost münasibətlər saxlanmışdır. Osmanlı sultanı I Muradın Balkanlardakı hərbi uğurları, eləcə də Gərmiyanoğullarına aid bəzi torpaqları ələ keçirməsi Bəyazid bəyi narahat etməkdə idi. Ancaq sülh tərəfdarı olan Sultan Muradın təbəəliyini qəbul etməkdən çəkinməmişdir. Bundan başqa, kürəkəni olan Amasya əmiri Əhmədlə birlikdə Osmanlılara qarşı bəzi vaxtlarda ittifaq qurmuş, Sivas hakimi Qazı Burhanəddinə qarşı kürəkəninə hərbi dəstək vermişdir.
Bəyazid bəyin səltənəti oğulları arasındakı taxt mübarizələrinə də şahidlik etmişdir. Belə ki, atasının, taxtı qardaşı İsgəndər bəyə təslim edəcəyini anlayan Süleyman bəy qardaşını öldürmüş, Bəyazid bəy isə buna cavab olaraq oğlunun övladlarını və bu işdə iştirak edən öz qızını edam etdirmişdir. Bütün ailəsi qətlə yetirilən Süleyman bəy Osmanlılara sığınmış, beləcə Candaroğulları ilə Osmanlılar arasındakı sülh dönəmi başa çatmışdır. Osmanlılara qarşı müttəfiq axtarışına başlayan Bəyazid bəy Qazi Burhanəddinlə münasibətlərini yaxşılaşdırdı. Sultan Murad isə Süleyman bəyi hərbi birliklə atasının üzərinə göndərdi. Kastamonu yaxınlığında baş tutan döyüşdə Bəyazid bəy məğlub oldu və Sinopa çəkildi. Kastamonunu ələ keçirən Süleyman bəy isə bəyliyini elan etdi və beləcə, Candaroğulları bəyliyi ikiyə ayrıldı. Ancaq Süleyman bəyin Kastamonudakı səltənəti qısa oldu. Belə ki, Sultan Murad çox keçmədən bölgəni ələ keçirdi və Süleyman bəy həbs edildi. Bəyliyin onun hakimiyyətində olan hissəsi Osmanlıların hakimiyyətinə keçdi. Ancaq yerli əhalinin Süleyman bəyin lehinə üsyan etməsinin ardından, Sultan Murad bu torpaqları Süleyman bəyin idarəsinə geri qaytardı. Bəyazid bəyin o əsnada Amasyada olan digər oğlu İsfəndiyar bəy isə dərhal atasının yanına gəldi və onunla birlikdə Kastamonuya hücum etdi. Osmanlıların dəstəyi ilə Kastamonudakı hakimiyyətini qoruyan Süleyman bəy bu əsnada Sultan Muradın qardaşı qızı Sultan Xatunla evləndirildi.
Bəyazid bəyin 1385-ci ildə ölməsinin ardından Sinop bəyliyinə oğlu İsfəndiyar bəy keçdi. Qardaşı Süleyman bəy isə Osmanlıların təbəəliyində Kastamonudakı hakimiyyətini davam etdirdi. Belə ki, Sultan Muradın 1386-cı ildə baş tutan Qaraman səfərində və I Kosova döyüşündə Osmanlılara hərbi dəstək verdi. Bu dost münasibətləri İldırım Bəyazid dönəminin ilk illərinə qədər davam etdi. Belə ki, Süleyman bəy İldırım Bəyazidə qarşı Anadolu bəyliklərinin ittifaqına qoşulmamış, əksinə, müttəfiq birliklərə qarşı Osmanlı sultanına kömək etmişdir. Ancaq İldırım Bəyazidin Anadolu bəyliklərini aradan qaldırmaq istəyini anlamış, çox keçmədən Osmanlıların əleyhində fəaliyyətə başlamışdır. İlk iş olaraq Qazı Burhanəddinlə sülh bağlayaraq 1391-ci ildə Osmanlılara qarşı Qaramanoğlu Ələddin bəyə hərbi dəstək yolladı. Buna baxmayaraq İldırım Bəyazid Qaramanoğullarını və ona dəstək verən birlikləri məğlub etdi. Ardından Kastamonuya hücum etmək istəsə də, Qazı Burhanəddinin müdaxiləsiylə bu fikrindən daşınmışdır. Ancaq ertəsi il bölgəyə gələn İldırım Bəyazid Süleyman bəyi məğlub etdi. Döyüş meydanında həlak olan Süleyman bəyin ölümüylə, Candaroğullarının Kastamonu qolu Osmanlıların hakimiyyəti altına girmiş oldu (1392).
Bəyliyin Sinop qoluna rəhbərlik edən İsfəndiyar bəy isə, bir tərəfdən hakimiyyətləri əlindən alınan Aydın, Sarıxan və Mentəşə bəylərini Sinopda himayə edir[6], digər tərəfdən də Valaxiya knyazı Mirkanı Osmanlılara qarşı ayaqlandırmağa çalışırdı. Ancaq qardaşı Süleymanın başına gələnlərdən sonra, Osmanlı sultanına məktub yazaraq bağışlanmasını sitədi və Sinopun hakimiyyəti altında qalması şərtilə Osmanlı tabeliyini qəbul edəcəyini bildirdi. O əsnada əsl hədəfi Sivas hökmdarı Qazı Burhanəddin olan İldırım Bəyazid isə bu təklifi qəbul etdi. Ancaq Osmanlı sultanının Qazı Burhanəddinə məğlub olması və İsfəndiyar bəyin Osmanlılara yenidən üz çevirməsinin ardından, İldırım Bəyazid Sinopu mühasirəyə aldı. Uzun müddət davam edən mühasirənin ardından, bəzi bölgələrin təslimi şərtilə sülh bağlayaraq geri çəkildi.
Əmir Teymurun Anadoluya gəlişindən sonra Osmanlılara üz çevirən bəylər arasında İsfəndiyar bəy də vardı. Ankara döyüşündə (1402) İldırım Bəyazidin məğlub olmasının ardından Kastamonu da daxil olmaqla, bəyliyin keçmiş torpaqlarını ələ keçirən İsfəndiyar bəy, Əmir Teymurla birlikdə Anadolu səfərinə davam etmiş, bu səbəblə Çanqırı və Kalecik qalaları da ona təslim edilmişdir. Beləcə Əmir Teymurun tabeliyində öz hakimiyyətini bərpa edən İsfəndiyar bəy, onun Səmərqəndə dönməsinin ardından şahzadələr arasında başlayan taxt mübarizəsində mühüm rol oynadı.[7] Güclü şahzadəyə qarşı zəif olanı dəstəkləyərək taxt mübarizəsinin uzanmasına səbəb olan İsfəndiyar bəy, Osmanlı mərkəzi hakimiyyətinə qarşı çıxan Düzməcə Mustafa və Şeyx Bədrəddin üsyanlarına dəstək verdi. Ancaq oğlu Qasım bəyin ayaqlanaraq Osmanlı sultanına sığınması və Kastamonu-Çanqırı bölgələrini tələb etməsi, Osmanlı sultanının isə onu dəstəkləməsi iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirdi. İsfəndiyar bəyin buna qarşı çıxmasının ardından Çələbi Mehmed Kastamonuya ordu yeritdi və Sinop qalasını mühasirəyə aldı. Qalada çarəsiz qalan İsfəndiyar bəy Osmanlı təbəəliyini qəbul etdi. Ilqaz dağı sərhəd qəbul edilərək Qasım bəyin Osmanlı tabeliyindəki hakimiyyəti qəbul edildi. Beləcə, Candaroğlu bəyliyi yenidən ikiyə bölündü. Ancaq Çələbi Mehmedin ölümündən sonra İsfəndiyar bəy dərhal oğlu Qasım bəyin hakimiyyətinə son qoydu və Çanqırı, Kalecik, Tosya bölgələrini ələ keçirdi. Yeni sultan II Muradın İsfəndiyar bəyə qarşı hərbi birlik göndərməsinin ardından isə Osmanlılarla sülh bağladı. Ancaq bağlanan sülhə baxmayaraq, Sultan Muradın üsyan edən kiçik qardaşı Şahzadə Mustafanı dəstəklədi və idarəsindəki hərbi birlikləri şahzadəyə yardıma yolladı. Buna baxmayaraq Şahzadə Mustafa ələ keçirilərək edam olundu və məğlub olan İsfəndiyar bəy Sinopa çəkilərək yenidən Osmanlı təbəəliyini qəbul etdi.
Ancaq onun budəfəki üzrxahlığı qəbul olunmadı və onları təqib edən Osmanlı birlikləri Kastamonu və ətrafını ələ keçirdi. İsfəndiyar bəy kiçik oğlu Murad bəyin rəhbərliyində bir heyət göndərərək sülh təklif etdi. Digər tərəfdən dövlət adamlarına yazdığı məktublar və göndərdiyi hədiyyələrlə sülh tərəfdarı olduğunu bildirdi. Bundan başqa sülhün təminatı olaraq nəvəsi Xədicə Sultanın da Osmanlı padşahıyla evlənməsini təklif etdi. Nəhayət, dövlət adamlarının da rəyi alınaraq Sultan Murad bu sülh təklifini qəbul etdi və Xədicə Sultanla evləndi. 1423-cü ildə bağlanan sülhə əsasən Qasım bəyə istədiyi yerlər geri veriləcək, Osmanlıların işğal etdiyi Kastamonu və ətraf bölgələri geri qaytarılacaqdı. Candaroğlu bəyi tələb olunduğu halda Osmanlılara hərbi dsətək yollayacaq, bundan başqa Kastamonu və ətraf bölgələrinin illik gəlirlərindən Osmanlı sultanına pay göndərəcəkdi.
İsfəndiyar bəy 1412-1429-cu illərdə Məmlüklərlə də dost münasibətlər saxlamış, vaxtaşırı Osmanlıar əleyhinə ittifaq qurmaqdan da çəkinməmişdir. Candaroğulları bəyliyinin bəzi mənbələrdə İsfəndiyaroğulları adıyla anılmasına, bu bəyin yarım əsrə yaxın davam edən hakimiyyəti səbəb olmuşdur.
İsfəndiyar bəyin vəfatının ardından (1439) yerinə oğlu İbrahim bəy keçdi. Tacəddin ünvanıyla taxta çıxan İbrahim bəyin səltənətində hər hansı mühüm hadisə baş verməmişdir. Sultan Muradın həm qaynı, həm də qaynatası olan İbrahim bəy 1443-cü ildə Sinopda vəfat etdi və yerinə böyük oğlu İsmayıl bəy keçdi. Kəmaləddin ünvanıyla anılan İsmayıl bəy dönəmində yenidən taxt mübarizəsi başladı. Belə ki, kiçik qardaşı Qızıl Əhməd bəy Osmanlılara sığınaraq dəstək istəmiş, buna baxmayaraq yalnız Bolu sancağını ala bilmişdir. Bu səbəblə İsmayıl bəy 1444-cü ildə Sultan Murada elçi və hədiyyələr göndərərək Osmanlılarla ittifaqını yenilədi. Ancaq II Mehmedin, həmin il baş tutan ilk cülusunun ardından bu sülh siyasətini dəstəkləmədiyi görüldü. Cəmi 2 il sonra Sultan Muradın hakimiyyəti ələ almasıyla Osmanlı-Candaroğlu münasibətləri yenidən yaxşılaşdı. 1450-ci ildə Dulqədiroğlu Süleyman bəyin qızıyla evlənən Mehmed Çələbinin toy mərasiminə qatılan İsmayıl bəy, beləcə gələcək sultanla münasibətləri yaxşılaşdırdı. Belə ki, onun ertəsi il taxta çıxmasının ardından bu dostluq münasibəti davam etdi. Hətta 1453-cü ildə baş tutan Konstantinopol mühasirəsinə hərbi dəstək göndərmiş, bəzi mənbələrə görə, döyüşdə şəxsən iştirak etmişdir.[8][9]
Ancaq Konstantinopolun fəthindən sonra Fateh Sultan Mehmedin Anadolu birliyini təmin etmə siyasətindən Candaroğulları da öz payını aldı. İsmayıl bəy müttəfiq axtarışına başladı və Trabzon imperatorunun vasitəçiliyi ilə Avropadakı xristian dövlətlərdən yardım tələb etdi. Belə ki, 1460-cı ildə Romaya göndərilən elçilər arasında İsmayıl bəyin də elçiləri yer alırdı. Digər tərəfdən Trabzon imperatoru, Ağqoyunlu sultanı Uzun Həsən və Qaramanoğullarıyla Osmanlılar əleyhinə yeni bir ittifaq qurmaq istəsə də, Fateh Sultan Mehmedin ertəsi il Kastamonunu, ardından Sinopu ələ keçirməsiylə bu ittifaq baş tutmadı. Ələ keçirilən İsmyaıl bəy bağışlandı və Bursa yaxınlığındakı Yeniş.əhər və Yarhisar mülklərini iqta olaraq aldı. Bundan başqa oğlu Həsən bəy də Bolu sancaqbəyliyinə təyin edildi. Qardaşı Qızıl Əhməd bəy isə Moreya sancaqbəyi təyin edildi. Ancaq qardaşının buna etiraz edərək Uzun Həsənə sığınması səbəbilə 2 qardaşın Anadoluda qalması münasib görülməmiş, bu bəhanə edilərək İsmayıl bəy Plovdivə göndərilmişdir. 1479-cu ildə burada vəfat edən İsmayıl bəydönəmində elm və incəsənət sahələrində mühüm irəliləyiş müşahidə olunmuşdur.
Qızıl Əhməd bəyin Uzun Həsənə sığınması Ağqoyunlu-Osmanlı münasibətlərinin kəskinləşməsinə səbəb oldu. Otluqbeli müharibəsinin əsas səbəbkarlarından olan Qızıl Əhməd bəy Sultan Bəyazid dönəmində bağışlanaraq Osmanlıların xidmətinə alınmışdır. Oğullarından Mirzə Mehmed Paşa Sultan Bəyazidin qızlarından Fatma Sultanla evlənmişdir.
Bəy | Hökmranlıq dövrü | |
---|---|---|
1 | Şəmsəddin Yaman Candar bəy | 1291-1309 |
2 | I Süleyman bəy | 1309-1341 |
3 | I İbrahim bəy | 1341-1345 |
4 | Yaqub bəy | 1345-1346 |
5 | Adil bəy | 1346-1362 |
6 | Bəyazid bəy | 1362-1385 |
7 | II Süleyman bəy | 1385-1392 |
8 | İsfəndiyar bəy | 1385-1440 |
9 | II İbrahim bəy | 1440-1443 |
10 | İsmayıl bəy | 1443-1461 |
11 | Qızıl Əhməd bəy | 1461 |
CANDAROĞLU BƏYİ |
(1) ŞƏMSƏDDİN YAMAN CANDAR BƏY (1291-1309) | |||||||||||||||||||||||||||||||||||||||
(4) YAQUB BƏY (1345-1346) | (2) I SÜLEYMAN BƏY (1309-1341) | ||||||||||||||||||||||||||||||||||||||
(5) ADİL BƏY (1346-1362) | (3) I İBRAHİM BƏY (1341-1345) | CANDAROĞLU ƏLİ BƏY | CANDAROĞLU ÇOBAN BƏY | ||||||||||||||||||||||||||||||||||||
(6) BƏYAZİD BƏY (1362-1385) | CANDAROĞLU MAHMUD BƏY | ||||||||||||||||||||||||||||||||||||||
... XATUN | CANDAROĞLU İSGƏNDƏR BƏY | (8) İSFƏNDİYAR BƏY (1385-1440) | (7) II SÜLEYMAN BƏY (1385-1392) | ||||||||||||||||||||||||||||||||||||
QARA YƏHYA BƏY | TURƏ XATUN | ||||||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU XIZIR BƏY | SEYDBƏXT XATUN | (9) II İBRAHİM BƏY (1440-1443) | CANDAROĞLU MURAD BƏY | (-) QASIM BƏY (1417-1464) | |||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU SULTANZADƏ QAYA BƏY | CANDAROĞLU İSKƏNDƏR BƏY | ||||||||||||||||||||||||||||||||||||||
XƏDİCƏ HƏLİMƏ XATUN | CANDAROĞLU YUSİF BƏY | (10) İSMAYIL BƏY (1443-1461) | (11) QIZIL ƏHMƏD BƏY (1461) | ||||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU ƏBDÜLCƏLİL BƏY | CANDAROĞLU YƏHYA BƏY | CANDAROĞLU HƏSƏN BƏY | MİRZƏ MEHMED PAŞA | MUSA PAŞA | |||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU SULTANZADƏ MEHMED PAŞA | CANDAROĞLU SULTANZADƏ MUSTAFA PAŞA | CANDAROĞLU SULTANZADƏ ƏHMƏD PAŞA | |||||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU BƏYİ | |
OSMANLI SULTANI |
ŞƏMSƏDDİN YAMAN CANDAR BƏY (1291-1309) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I SÜLEYMAN BƏY (1309-1341) | YAQUB BƏY (1345-1346) | OSMAN QAZİ (1299-1326) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
I İBRAHİM BƏY (1341-1345) | ADİL BƏY (1346-1362) | ORXAN QAZİ (1326-1362) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
BƏYAZİD BƏY (1362-1385) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
... XATUN | QAZİ SÜLEYMAN PAŞA | I MURAD HÜDAVƏNDİGAR (1362-1389) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
II SÜLEYMAN BƏY (1385-1392) | SULTAN XATUN | I İLDIRIM BƏYAZİD (1389-1402) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
İSFƏNDİYAR BƏY (1385-1440) | I MEHMED ÇƏLƏBİ (1413-1421) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II İBRAHİM BƏY (1440-1443) | SƏLCUQ XATUN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
QASIM BƏY (1417-1464) | SULTAN XATUN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
XƏDİCƏ HƏLİMƏ XATUN | II MURAD (1421-1444) (1446-1451) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU SULTANZADƏ QAYA BƏY | HAFSA SULTAN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İSMAYIL BƏY (1443-1461) | XƏDİCƏ SULTAN | FATEH SULTAN MEHMED (1444-1446) (1451-1481) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
QIZIL ƏHMƏD BƏY (1461) | CANDAROĞLU SULTANZADƏ HƏSƏN BƏY | AYŞƏ SULTAN | II BƏYAZİD (1481-1512) | ŞAHZADƏ MUSTAFA | |||||||||||||||||||||||||||||||||||||||||||||||
MİRZƏ MEHMED PAŞA | FATMA SULTAN | YAVUZ SULTAN SƏLİM (1512-1520) | FƏRAHŞAD SULTAN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
ŞAHNİSƏ SULTAN | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
CANDAROĞLU SULTANZADƏ MEHMED BƏY | GÖVHƏRXAN SULTAN | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.