Came məscidi (Toronto)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Came məscidi – Kanadanın Toronto şəhərində yerləşən məscid. Hay-Parkın şərqində yerləşir. Şəhərin ən qədim islam mərkəzidir və "bütün Toronto məscidlərinin anası" adlandırılır.[2][3]
İslam | |
Came məscidi | |
---|---|
Xeyir-duası | 1968[1] |
Yerləşməsi | |
Ölkə | |
Ştat | Ontario |
Şəhər | Toronto |
Memarlıq | |
Üslubu | keçmiş presviterian kilsəsi |
|
|
Saytı | |
isnacanada.com/locations/jami-mosque-toronto |
Məscid binası 1930-cu ildə presviterian kilsəsi kimi tikilmişdir.[2] 1969-cu ildə Torontonun alban və boşnaklardan ibarət müsəlman icması binanı satın almış[2] və burada şəhərin ilk islam mərkəzini qurmuşdur.[3]
Məscidin camaatı 1961-ci ildə qurulmuşdur və ilk görüşü bir dəri mağazasında baş tutmuşdur. Məscidin yerləşdiyi tikili 1930-cu ildə Con Frensis Braun tərəfindən Hay-Park Presviterian Kilsəsi kimi tikilmişdir. 1969-cu ildə Toronto Müsəlman Cəmiyyəti Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz Əl Səudun ayırdığı qrant sayəsində tikilini satın almış və Torontonun ilk daimi məscidinə çevirmişdir.[4]
İlk dövrlərdə məsciddə ibadət edənlər arasında bir çox Təbliğ camaatı üzvləri olsa da, Qucarat müsəlmanlarının Torontonun şərqinə axın etməsindən və 1981-ci ildə Mədinə məscidinin qurulmasından sonra onların sayı azalmışdır.[5]
Məscidin imamı olmuş İbrahim Hüseyn Malabarinin 2004-cü ildə Əbdülrəhman Əl-Sudeysi Şimali Amerika İslam Cəmiyyətinin konfransına dəvət etməsi mübahisəyə səbəb olmuş, Bney-Brit bu barədə narahatlığını bildirmişdir. Belə ki, Əl-Sudeys daha əvvəllər yəhudilər haqqında "insan irqinin çirkabı, dünyanın siçavulları, peyğəmbərlərin qatilləri, meymun və donuzların nəvələri" kimi ifadələr işlətmişdi.[6]
2017-ci ildə məscidin Kəşmirdə hindlərlə döyüşən pakistanlı militanlara dəstək üçün pul toplama kampaniyası apardığı üzə çıxmışdır. Nəticədə, kampaniyanı təşkil edən Şimali Amerika İslam Cəmiyyəti xeyriyyə təşkilatı statusunu itirmiş və 500.000 dollar məbləğində cərimə olunmuşdur.[7][8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.