From Wikipedia, the free encyclopedia
Btooom! (ブトゥーム!, Butūmu!?, azərb. Btuuum!) – Cunya İnoe tərəfindən yazılan və çəkilən manqa seriyası. 2009-cu ildə "Weekly Comic Bunch" jurnalında nəşr olunmağa başlamışdır. Hazırda isə "Monthly Comic Bunch" jurnalında nəşr olunur. 2017-ci ilin mayına qədər 23 cildi nəşr olunmuşdur. Manqa seriyası Ryota Sakamoto adlı gənc, tənha, "Btooom!" adlı video oyunun mahir oyunçularından birinin başına gələn macəralardan bəhs edir. Bir gün Ryota istəmədən "Btooom!" oyununun real versiyasını oynamağa məcbur edilir və uzaq tropik adada Himiko adlı gənc qızla sağ qalma mübarizəsinə başlayır. Onlar öz dünyalarına qayıtmaq üçün yol tapmalıdırlar.
Btooom! | |
Birinci cildin üzlüyü. Personaj: Ryota Sakamoto. | |
ブトゥーム! (Butūmu!) azərb. Btuuum! | |
---|---|
Janr | döyüş, psixoloji, romantika |
Manqa | |
Manqaka | Cunya İnoe |
Nəşriyyat | Shinchosha |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Weekly Comic Bunch (iyun 2009 – avqust 2010) Monthly Comic @BUNCH |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 19 iyun 2009 – hazırda |
Cildlər | 23 (cild siyahısı) |
Anime | |
Rejissor | Kotono Vatanabe |
Ssenarist | Yosuke Kuroda |
Bəstəkar | Keyci İnay |
Studiya | Madhouse |
Digər lisenziyalar | |
Kanal | Tokyo MX, AT-X, SUN, KBS, TVA, BS11 |
Digər kanallar | |
Buraxılış tarixi | 4 oktyabr 2012 – 20 dekabr 2012 |
Vaxt | 23 dəq. |
Seriyalar | 12 (seriya siyahısı) |
Manqa seriyasının ilk 50 fəsli əsasında Madhouse studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Anime 2012-ci ilin 4 oktyabrından 20 dekabrına qədər yayımlanmışdır. Manqa seriyası Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
Ryota Sakamoto 22 yaşlı işsiz yapon gəncdir və Yukie adlı anası ilə yaşayır. O, "Btooom!" döyüş oyununun top oyunçularından biridir. Bir gün Ryota özünü uzaq tropik adada oyanır, bura kim tərəfindən gətirildiyini və necə düşdüyünü xatırlamır. Nə baş verdiyini öyrənməyə çalışan Ryota ətrafda gəzir və bir nəfəri görüb kömək istəyir, lakin yad adam ona bombalar atır. Ryota tezliklə başa düşür ki, həyatı təhlükədədir və sevimli oyununun real versiyasını oynamalıdır. Oyunda Ryota digər "Btooom!" oyunçusu Himiko ilə qarşılaşır. İkisi güclərini birləşdirib adada sağ qalmağa çalışırlar.
Cunya İnoenin müəllifi olduğu manqa seriyası 2009-cu ildə Shinchosha nəşriyyatının "Weekly Comic Bunch" jurnalında nəşr olunmağa başlamışdır. 2011-ci ildə isə "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır.[2][3][4] Jurnalın 2014-cü ilin may buraxılışında (20 martda buraxılıb) 21 aprel 2014-cü ildə buraxılacaq iyun buraxılışında manqanın final arkına daxil olacağı açıqlanmışdır.[5]
Shinchosha nəşriyyatı tərəfindən 23 tankobon cildi buraxılmışdır.[6] Həmçinin manqa Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.[7]
Madhouse studiyası tərəfindən anime adaptasiyasının çəkiləcəyi 2012-ci ilin iyununda açıqlanmışdır.[2] 12 seriyalıq anime serialı Yaponiyada 4 oktyabr 2012-ci ildən 20 dekabr 2012-ci ilə kimi göstərilmişdir. Bundan əlavə anime Crunchyroll vasitəsilə Şimali Amerika, Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, Skandinaviya, Niderland və CAR-da yayımlanmışdır.[49] Anime 2013-cü ildə Sentai Filmworks tərəfindən Şimali Amerikada buraxılmışdır.[1] Açılış mahnısı Nano tərəfindən ifa olunan "No pain, No game" mahnısı, bağlanış mahnısı isə May'n tərəfindən ifa olunan "Aozora" (アオゾラ?) mahnısıdır. Anime manqa seriyasının ilk 50 fəslini əhatə edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.