Britaniya imperiyası
Çoxmillətli imperiya (1603-1997)- Birləşmiş Krallığın idarə etdiyi dövlətlər və dominionlar / From Wikipedia, the free encyclopedia
Britaniya imperiyası — Birləşmiş Krallıq və onun sələf dövlətləri tərəfindən idarə olunan dominion, koloniya, protektorat, mandat və digər asılı ərazilərdən təşkil olunan tarixi dövlət. Onun tarixi XVI əsrin sonu və XVIII əsrin əvvəlləri aralığında İngiltərə tərəfindən qurulan dəniz əraziləri və ticarət postları ilə başladı. Ərazisinə görə dünya tarixinin ən böyük imperiyası idi və yüz ildən artıq müddətdə dünyanın ən böyük qlobal gücü olmuşdu.[1] 1913-cü ilə qədər Britaniya imperiyasının hakimiyyəti altında olan ərazilərdə 412 milyon insan yaşayırdı — bu o dövrdə yer üzərində yaşayan ümumi əhalinin &&&&&&&&&&023004.&&&&&023.004%-i demək idi.[2] İmperiya 1925-ci il etibarilə 35,000,000 km2 (13,500,000 kv. mil) sahəsi ilə[3] dünya ümumi quru sahəsinin &&&&&&&&&&&&&024.&&&&&024%-ə hökmdarlıq edirdi. Nəticədə, onun konstitusiyon, hüquqi, linqvistik və mədəni irsi geniş şəkildə yayılmışdır. Gücünün ən pik olduğu dövrdə ərazilərindən ən az biri üzərində günəşin olduğu mənasına gələn "üzərində heç vaxt günəş batmayan imperiya" olaraq adlandırılırdı.[4]
İmperiya | |||||
Britaniya imperiyası | |||||
---|---|---|---|---|---|
British Empire | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | London | ||||
Dilləri | ingilis dili | ||||
Rəsmi dilləri | İngilis | ||||
Valyuta | funt sterlinq | ||||
Ərazisi | 37 200 000 km² | ||||
Əhalisi | 462 600 000 | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
XV və XVI əsrlərin Coğrafi kəşflər dövründə Portuqaliya və İspaniya yer kürəsinin Avropa tərəfindən tədqiq edilməsində qabaqcıl rol oynamış və bu proses ərzində geniş dəniz ərazilərinə sahib imperiyalara çevrilmişdilər. Bu imperiyaların əldə etdiyi böyük sərvətə paxıllıq edən[5] İngiltərə, Fransa və Niderland Amerika və Asiya qitəsində öz ticarət şəbəkələri və koloniyalarını yaratmağa başladılar. XVII və XVIII əsrlərdə Niderland və Fransa arasındakı ardıcıl müharibələr İngiltərənin (1707-ci il Şotlandiya ilə birləşmə aktından sonra Britaniyaya çevrilmişdi) Şimali Amerikadakı müstəmləkəçilik siyasətində əsas gücə çevirmişdi. Britaniya 1757-ci ildəki Plessi döyüşündə Ost-Hind şirkətinin Moğol Benqalını işğal etməsindən sonra Hindistan yarımadasında da üstünlüyü ələ keçirdi.
ABŞ İstiqlal müharibəsi Britaniyanın 1783-cü ilə qədər Şimali Amerikadakı ən qədim və ən çox məskunlaşılan müstəmləkələrinin bir hissəsini itirməsiylə nəticələndi. Britaniyalılar diqqətlərini Asiya, Afrika və Sakit okeana yönəltmişdilər. Fransanın Napoleon müharibələrində (1803–1815) məğlub olmasından sonra Britaniya XIX əsrin dəniz və imperiya gücünü ələ keçirdi və imperiya ərazilərini genişləndirdi. Nisbi sülh dövründə (1815–1914 – bu dövr daha sonralar "Britaniya Sülhü" mənasına gələn lat. Pax Britannica adlandırılmışdı) qlobal hegemona çevrildi. Britaniya keçmişdə idarə etdiyi ərazilərə yenidən nəzarəti ələ keçirmiş, o cümlədən Asiya və Latın Amerikası kimi bir çox bölgənin iqtisadiyyatına nəzarət edərək dünya ticarətində böyük üstünlüyə sahib olmuşdu.[6][7] Muxtariyyəti olan ərazilərin yüksəlmiş dərəcələri ağ məskunlaşan koloniyalara hədiyyə edilmiş, bəziləri isə dominion kimi yenidən sinifləşdirilmişdi.
XX əsrin əvvəllərində artıq Almaniya və ABŞ Britaniyanın iqtisadi liderliyinə meydan oxumağa başlayırdı. Britaniya və Almaniya arasındakı hərbi və iqtisadi təzyiqlər Birinci Dünya müharibəsinin əsas səbəbləri idi. Bu müharibədə Britaniya öz imperiyasına çox güvənirdi. Münaqişə onun hərbi, maliyyə və insan resursları üzərində böyük dağıntı yaratmışdı. İmperiya ən geniş sərhədlərinə Birinci Dünya müharibəsindən dərhal sonra çatsa da, Britaniya artıq hərb və ya sənaye cəhətdən dünyanın qabaqcıl ölkəsi deyildi. İkinci Dünya müharibəsində Britaniyanın Şərq və Cənub-Şərqi Asiyadakı koloniyaları Yaponiya tərəfindən işğal edildi. Müharibə Britaniya və onun müttəfiqlərinin ümumi qələbəsi ilə nəticələnsə də, Britaniyanın prestijinə dəyən zərər onun çöküşünü sürətləndirən faktorlardan biri oldu. İmperiyanın ən dəyərli və ən çox insanın yaşadığı mülkü olan Hindistan geniş dekolonizasiya hərəkatı nəticəsində müstəqillik qazanmışdı. Britaniya bu hərəkatların artmasından sonra bir çox ərazisinə müstəqillik vermişdi. Süveyş böhranı Britaniyanın qlobal gücünün zəiflədiyini təsdiqlədi, 1997-ci ildə Honkonqun Çinə verilməsi isə artıq Britaniya imperiyasının sonu mənasına gəlirdi.[8][9] 14 dəniz ərazisi Britaniya suverenliyi altında qalmaqdadır. Müstəqillikdən sonra bir çox keçmiş Britaniya koloniyası müstəqil dövlətlərin azad birliyi olan Millətlər Birliyinə qoşuldu. Bunlardan 16-ı, Birləşmiş Krallıq da daxil olmaqla ümumi monarx (hal-hazırda da III Çarlz) tərəfindən idarə olunur.