![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/65/Imperial_Federation%252C_Map_of_the_World_Showing_the_Extent_of_the_British_Empire_in_1886_%2528levelled%2529.jpg/640px-Imperial_Federation%252C_Map_of_the_World_Showing_the_Extent_of_the_British_Empire_in_1886_%2528levelled%2529.jpg&w=640&q=50)
Pax Britannica
From Wikipedia, the free encyclopedia
Pax Britannica (Paks Britannika; hərf. Britaniya sülhü) — böyük dövlətlər arasında nisbi sülh dövrü üçün istifadə edilən termin. Bu müddət ərzində Britaniya imperiyası qlobal hegemon gücə çevrilmiş, əlavə qeyri-rəsmi imperiya formalaşdırmış və "qlobal polis" rolunu qəbul etmişdir.[1][2]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/65/Imperial_Federation%2C_Map_of_the_World_Showing_the_Extent_of_the_British_Empire_in_1886_%28levelled%29.jpg/640px-Imperial_Federation%2C_Map_of_the_World_Showing_the_Extent_of_the_British_Empire_in_1886_%28levelled%29.jpg)
1815–1914-cü illərdə Britaniyanın "imperator əsri" adlandırılan dövrdə[3] [4] təxminən 10,000,000 kvadrat mil (26,000,000 km2) ərazi və 400 milyon insan Britaniya imperiyasına daxil olmuşdur. [5] Napoleon Fransası üzərində qələbə britaniyalıları Orta Asiyada Rusiyadan başqa heç bir ciddi beynəlxalq rəqibsiz qoymuşdur.[6] Rusiya Balkanlarda təsirini genişləndirməyə çalışmışdı, lakin britaniyalılar və fransızlar Krım müharibəsində onları məğlub etmiş, bununla da zəifləmiş Osmanlı imperiyasını qorumuşdular.
Britaniya tacirləri, yükgöndərənləri və bankirləri digər imperiyalara nisbətən o qədər böyük üstünlüyə malik idilər ki, onun müstəmləkələri ilə yanaşı, qeyri-rəsmi imperiyası da var idi.[7][8][9]