Breitbart News Network, daha çox Breitbart News, Breitbart və ya Breitbart.com olaraq tanınır — ABŞ konservativ şərhçi Endrü Breytbart tərəfindən 2007-ci ilin ortalarında[6][7][8] yaradılmış ifrat sağ[9][10][11][12][13][14][15] xəbər, məqalə və şərh saytı.[16][17] Ümumi olaraq, saytın jurnalistlərinin ideoloji cəhətdən hərəkət etdiyi düşünülür və məzmununun böyük bir hissəsi liberallar və ənənəvi konserativlər tərəfindən qadınsevməz, homofobik, ksenofobikirqçi adlandırılmışdır.[18] Saytda bir sıra konspirasiya nəzəriyyələri,[19][20][21][22] Çin əleyhinə ksenofobik nümunələr[23] və qəsdən yanıldıcı məzmun dərc edilmişdir.[24][25]

Cəld faktlar URL, Kommersiya ...
Breitbart News
Breitbart News
Thumb
Saytın rəsmi loqosu
URL breitbart.com
Kommersiya bəli
Tipi Siyasət
Xəbər və məqalə
Qeydiyyat qeyri-məcburi
Dilləri ingilis dili
Sahibi Breitbart News Network, LLC[1]
Müəllif (lər) Endrü Breytbart
Redaktor Aleks Marlou (baş redaktor)[2]
Vinton Holl (idarəedici redaktor)[3]
Açılma tarixi 2007[4]
Hazırkı statusu aktiv
Alexa reytinqi
  • 247 (28 noyabr 2017)[5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

"Breitbart News" keçmiş icraçı sədr Stiv Bennonun idarəsi altında alternativ sağın tərəfini tutmuşdur.[26][27][28] Bennon 2016-cı ildə saytı "alt-sağın platforması" adlandırmışdır.[29] "Breitbart News" 2016-cı ildə Donald Trampın prezidentliyə namizədlik kampaniyasını dəstəkləyənlərin virtual meydanına çevrilmişdi.[18] Şirkətin menecmenti keçmiş heyət üzvü Maylo Yannopulos ilə birlikdə neonasist, falunqunağdərili üstünlüyü fikirlərini qoruyan qrup və fərdlərdən ideyalar dərc və təbliğ etmişdir.[30][31] 2016-cı il ABŞ prezident seçkilərindən sonra saytın mübahisəli mövqelərini qınayan internet aktivizmi nəticəsində 2 mindən çox təşkilat "Breitbart News" saytını reklam alışlarından çıxarmışdır.[32][33][34]

Şirkətin baş qərargahı ABŞ-nin Kaliforniya ştatındakı Los-Anceles şəhərində yerləşir, lakin Texas, LondonYerusəlimdə büroları mövcuddur. Saytın həmtəsisçisi Larri Solov Endrü Breytbatrın dul yoldaşı Suzi Breytbart və Merser ailəsi ilə birlikdə şirkətin ortağı,[35] eləcə də icraçı direktorudur.[36]

Əhəmiyyətli hadisələr

COVID-19 qalmaqalı

"Breitbart News" 27 iyul 2020-ci il tarixində COVID-19 pandemiyası ilə əlaqəli şübhəli iddialar irəli sürən və hidroksixloroxini dərman olaraq reklam edən "Amerikanın Cəbhə Həkimləri" adlı bir qrupun iştirak etdiyi bir videonu birbaşa yayımlamışdır. Qrupa konservativ radiostansiyalarda və podkastlarda hidroksixlorokinin istifadəsini müdafiə edən, Tramp tərəfdarı olduğuiddia edilən Simon Qold rəhbərlik edirdi.[37] Prezident Donald Tramp video silinməzdən əvvəl onun bir çox versiyasını öz Tvitter hesabında paylaşmışdır. Video COVID-19 dezinformasiya siyasətini pozduğu üçün Feysbuk, Tvitter və "YouTube" tərəfindən silinmişdir. Prezidentin oğlu Donald Tramp kiçiyə videonu paylaşdığı üçün Tvitterdə 12 saatlıq blok verilmişdir. Video silinməzdən əvvəl Feysbukda 14 milyon izlənmə sayına malik idi və 600 min dəfə paylaşılmışdı.[38][39][40]

Seçki saxtakarlığı

2020-ci ilin avqust ayında "Breitbart" saytında yayımlanan bir məqalədə Miçiqan Ştat Katibi Cozelin Bensonun ştatın prezident seçkilərinin baş tutacağı tarixindən əvvəl mərhum seçicilərin 800-dən çox bülletenini rədd etdiyinə dair press-relizinə istinad edilmişdir. Məqalə bülletenlərin qanunsuz olaraq atıldığını və beləliklə seçkidə geniş miqyasda saxtakarlıq yaşandığını bildirən bir şəkildə yazılmışdır. Əslində, sözügedən seçicilər bülletenləri atdıqdan sonra vəfat etmişdir.[41]

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.