Benyamin İnqrosso
From Wikipedia, the free encyclopedia
Benyamin Daniel Volqren İnqrosso (isv. Benjamin Daniele Wahlgren Ingrosso; d. 14 sentyabr 1997, Danderüd, İsveç) — İsveç müğənnisi və bəstəkarı. O, uşaq yaşlarında bir çox müzikllarda əsas rolları canlandırmışdır. 2006-cı ildə İsveçin uşaqlar üçün təşkil etdiyi Lilla Melodifestivalen mahnı yarışmasında "Hej Sofia" mahnısı ilə qələbə qazanmışdır. 2014-cü ildə İsveçin tanınmış simalarının iştirak etdiyi Let's Dance rəqs yarışmasında İnqrosso qalib gəlmişdir. 2017 və 2018-ci illərdə İsveçin ən böyük musiqi festivalı olan Melodifestivalendə iştirak etmişdir. 2018-ci ildə o, "Dance You Off" mahnısı ilə Melodifestivalendə qələbə qazanmışdır. Həmin mahnı ilə İnqrosso İsveçi 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və finalda 7-ci yeri tutmuşdur.
Benyamin İnqrosso | |
---|---|
isv. Benjamin Ingrosso | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Benyamin Daniel Volqren İnqrosso isv. Benjamin Daniele Wahlgren Ingrosso |
Doğum tarixi | (26 yaş) |
Doğum yeri | Danderüd, İsveç |
Vətəndaşlığı | İsveç |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2006–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
Albom şirkəti | TEN |
benjaminingrossoofficial.com | |
Vikianbarda əlaqəli mediafayllar |