2018 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2018 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2018; fr. Concours Eurovision de la chanson 2018) — sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsidir. Salvador Sobralın ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2018-ci ildə Portuqaliya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Portuqaliyanın paytaxtı Lissabon şəhərində, Altice Arenada, "All Aboard!" (azərb. Hamı göyərtəyə!) şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2018-ci ilin 8 və 10 may, final isə 12 may tarixində baş tutmuşdur[2]. Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto müsabiqəyə aparıcılıq etmişdir.[3]
2018 Avroviziya Mahnı Müsabiqəsi "All Aboard!" "Hamı göyərtəyə!" | |
---|---|
I yarımfinal | 8 may 2018 |
II yarımfinal | 10 may 2018 |
Final | 12 may 2018 |
Aparıcı(lar) | Katarina Furtado Daniela Rua Filomena Kautela Silviya Alberto |
Direktor | Yon Ola Sand |
Kanal | RTP |
Keçirilən yer | Altice Arena, Lissabon, Portuqaliya |
Qalib mahnı | İsrail "Toy" |
Seçki sistemi | 50% telesəsvermə 50% münsif səsverməsi |
İştirakçıların sayı | 43[1] |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Rusiya |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2017 2019 ► |
17 noyabr 2017-ci il tarixində Avropa Yayım İttifaqı Lissabonda keçirilən Avroviziya 2018-də 43 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2017 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil etməli olan müğənni Yuliya Samoylovaya ev sahibi Ukraynanın ölkəyə giriş qadağası qoymasının ardınca Rusiya müsabiqədə iştirakdan imtina etmişdir. Bir illik fasilədən sonra 2018-ci ildə Rusiya müsabiqəyə geri dönmüşdür. Ölkəni Lissabonda məhz Yuliya Samoylova təmsil etmişdir.[4] Şimali Makedoniyanın ilk öncə maliyyə problemləri səbəbindən Avroviziya 2018-də iştirak etməyəcəyi bildirilsə də, daha sonra Avroviziyanın rəsmi saytı ölkənin müsabiqəyə qoşulacağını elan etmişdir. Bu müsabiqə Azərbaycan, Rusiya və Rumıniyanın Avroviziya tarixində ilk dəfə finala keçməməsi ilə yadda qalmışdır. Bu eyni zamanda 2005-ci ildən bəri ilk heç bir Qafqaz ölkəsinin iştirak etmədiyi Avroviziya finalı olmuşdur.
12 may tarixində baş tutan final şousunda İsrail təmsilçisi Netta Barzilay ifa etdiyi "Toy" mahnısı ilə 529 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə 1973-cü ildə qoşulan İsrailin Avroviziyada dördüncü qalibiyyəti idi.