1973 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1973 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1973; fr. Concours Eurovision de la chanson 1973) — sayca 18-ci Avroviziya Mahnı Müsabiqəsidir. Viki Leandrosun ifa etdiyi "Après toi" mahnısı ilə 1972 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1973-cü ildə Lüksemburq müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1973 ölkənin paytaxtı Lüksemburq şəhərində "Grand Théâtre" arenasında keçirilmişdir. Müsabiqə 1973-cü ilin 7 aprel tarixində baş tutmuşdur.
1973 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
![]() | |
Final | 7 aprel 1973 |
Aparıcı(lar) | Helqa Qitton |
Kanal | ![]() |
Keçirilən yer | Grand Théâtre, Lüksemburq şəhəri, Lüksemburq |
Qalib mahnı | ![]() "Tu te reconnaîtras" |
Seçki sistemi | Hər ölkədən 2 münsif var idi və hər bir münsif bütün mahnılara 1-5 arası xallar verirdi |
İştirakçıların sayı | 17 |
İlk dəfə iştirak edən ölkələr | ![]() |
İştirakdan imtina edən ölkələr | ![]() ![]() |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1972 ![]() |
1973-cü ildə İsrail Avroviziyaya ilk dəfə qoşuldu. Avstriya və Malta isə müsabiqədə iştirakdan imtina etdi. Ümumilikdə 17 ölkənin iştirak etdiyi müsabiqədə ev sahibi olan Lüksemburqun təmsilçisi Ann-Mari David ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə İspaniya təmsilçisindən cəmi dörd xalla irəli keçərək, Avroviziya 1973-ün qalibi seçilmişdir. Bu Lüksemburqun Avroviziyada dördüncü qalibiyyəti idi.