Beluxa dağı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Beluxa ("Üçbaşlı", "Katun zirvəsi", qaz. Мұзтау Шыңы[1][2]) — Altay dağlarında ən yüksək zirvə (4509 m), Rusiyanın ən yüksək zirvələrdən biri[3]. Zirvə Ust-Koksin rayonda yerləşir. Beluxa massivindən Rusiya və Qazaxıstan sərhəddi keçir. Dağ yamaclarından Katun çayı başlanğıcını götürür. Bir-birindən gədiklə ayrılan iki zirvəsi var: Qərbi Beluxa (hündürlüyü 4440 m) və Şərqi Beluxa (hündürlüyü 4506 m). Qranit, qneys və metamorfik şistlərdən təşkil olunmuşdur. Altayda müasir buzlaşmanın iri (ümumi sahəsi 70 km²) mərkəzlərindən biridir. Şimal yamacında 2000– 2500 metr hündürlüyədək enən Mönsu, Rodzeviç və Tronov Qardaşları; cənub yamacında 2000 metr hündürlüyədək enən dərə buzlaqları (Berel buzlağı və Katun buzlağı) var. "Beluxa" təbiət parkı Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Beluxa | |
---|---|
qaz. Мұзтау Шыңы | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Altay dağları |
Mütləq hündürlüyü | 4506 m |
Nisbi hündürlüyü | 3343 m |
İlk fəthi | 1914 |
Yerləşməsi | |
49°48′25″ şm. e. 86°35′23″ ş. u.HGYO | |
Ölkələr | |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bölgədə iki meteoroloji stansiya fəaliyyət göstərir. 2050 və 2600 metr hündürlükdə yerləşən məntəqələr Qebler buzlağı yaxınlığında yerləşir. Beluxa dağı bölgəsinin iqlimi sərt, uzun sürən soyuq qış və qısa yaya malikdir. İqlim dağ ətəyindən dağ zirvəsinə doğru qanunauyğun dəyişir. İyul ayının orta temperaturu dərələrdə — +8,3 °С, zirvələrdə isə — +6,3 °С-dir. Yayda Beluxa zirvəsində tez-tez temperatur −20 °С düşür. Qış ayları, (yanvar) temperatur — до −48 °С, mart ayında isə — до −5 °С olur. Bölgə üçün temeratur inversiyası xarakterikdir. İllik yağıntıların miqdarı meteoroloji stansiya ərazilərində 512–533 mm, zirvələrdə 3000–3200 mm (bərk halda) yağıntı düşür.
Beluxa dağının çayları Katun hövzəsinə daxildir. Əsasən Qebler buzlağından qidalanan çaylar cənub yamacı boyu axır. Bu yamacdan Kuçerla, Akkem, İdeqem çayları öz başlanğıcını götürür. Çaylar əsasən qar, buzlaq və yağış suları ilə qidalanır. Ən yüksək səviyyə yay aylarında, ən aşağı səviyyə soyuq aylarda müşahidə olunur. Göllər daha çox dərin kar və troq dərələrində yerləşir. Buzlaq mənşəli Kuçerlin və Akkem gölləri ərazidə ən böyükdür.
Beluxa dağı və ətraf massivlərdə 169 buzlaq mövcuddur. Ümumi sahəsi 150 km²-dir. Ərazidə Katun silsiləsində olan buzlaqların 50 % yerləşir. Əsas böyük buzlaqlar aşağıdakılardı: Sapojnik buzlağı (uzunluğu −10,5 km), sahəsi 13,2 km², Böyük və Kiçik Berel buzlağı (uzunluğu — 8–10 km), sahəsi 12,5 və 8,9 km².
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.