Dmanisi bələdiyyəsi
Gürcüstanda rayon From Wikipedia, the free encyclopedia
Gürcüstanda rayon From Wikipedia, the free encyclopedia
Dmanisi bələdiyyəsi[7], Başkeçid bələdiyyəsi[8] — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Başkeçid şəhəridir.
Rayon | |
Dmanisi bələdiyyəsi gürc. დმანისის მუნიციპალიტეტი (dmanisis munitsipaliteti) | |
---|---|
დმანისის მუნიციპალიტეტი | |
41°19′56″ şm. e. 44°12′16″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Dmanisi |
İcra başçısı | Tengiz Mirotadze[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1930 |
Sahəsi | 1 198.8[2][3] km² |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 28 900[4] nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (360)[5] |
Poçt indeksi | 1700–1799[6] |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Bələdiyyə ərazisi 1917-ci ilədək Tiflis quberniyasının Borçalı qəzasına, 1917-1930-cu illərdə birbaşa Tiflis quberniyasına daxil olmuşdur. 1930-cu ildə hazırkı bələdiyyənin ərazisini əhatə edən Başkeçid rayonu təşkil edildi. 18 mart 1947-ci il tarixində rayonun inzibati mərkəzi rəsmən Dmanisi şəhəri, rayonun özü isə Dmanisi rayonu adlandırıldı.[9]
Başkeçid bələdiyyəsi Borçalının ən hündür dağlıq regionu hesab olunur. Ərazisi təqribən dəniz səviyyəsindən 1000 mertdən başlayaraq Qaraxaç yaylasında hündüylüyü 3196 metrə çatan Ağçala dağınadək yüksək dağlıq relyefə malikdir. Digər hündür zirvələri Leyli (3154 m.), Yemlikli (3055 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.), Şindi dağı (1897 m.) və s.-dir. 2009-cu ilə olan məlumata əsasən ərazisinin 23.936 hektarı meşələrlə örtülüdür.[10]
1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Başkeçid rayonu 1204 km² ərazini, bu ərazidə yerləşən 8 kənd sovetliyinə daxil olan toplam 65 kəndi və bu kəndlərdə yaşayan 26.277 nəfər əhalini əhatə edirdi.
15 oktyabr 1938-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Başkeçid rayonu 1.2 min km² ərazini, bu ərazidə yerləşən 13 kənd sovetliyini əhatə edirdi.
1 may 1960-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Başkeçid rayonu 1223.1 km² ərazini, bu ərazidə yerləşən 1 qəsəbə və 12 kənd sovetliyini əhatə edirdi. Bu sovetliklərə 1 şəhər tipli qəsəbə və 58 kənd daxil idi.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən rayonda 28.9 min nəfər əhali yaşayır.[4] Onun 3.8 min nəfəri Başkeçid şəhərində, 25.1 min nəfəri isə kəndlərdə yaşayır.[11]
Etnik qrup | 1939 sa.[12] | Nisbəti | 1959 sa.[13] | Nisbəti | 1979 sa.[14] | Nisbəti[14] | 1989 sa.[15] | Nisbəti[15] | 2002 sa.[16][17] | Nisbəti[16] |
---|---|---|---|---|---|---|---|---|---|---|
cəmi | 33 975 | 100 % | 34 174 | 100 % | 44 574 | 100 % | 51 844 | 100 % | 28 034 | 100 % |
azərbaycanlı | 16 945 | 49.87 % | 19 666 | 57.55 % | 32 164 | 72.16 % | 33 107 | 63.86 % | 18 716 | 66.76 % |
gürcü | 6 536 | 19.24 % | 5 742 | 16.80 % | 5 774 | 12.95 % | 14 590 | 28.14 % | 8 759 | 31.24 % |
urum | 5 320 | 15.66 % | 4 499 | 13.16 % | 3 537 | 7.94 % | 3 174 | 6.12 % | 218 | 0.78 % |
rus | 1 663[18] | 4.89 % | 1 126 | 3.30 % | 691 | 1.55 % | 579 | 1.12 % | 156 | 0.56 % |
erməni | 2 719 | 8.00 % | 2 800 | 8.19 % | 2 308 | 5.18 % | 187 | 0.36 % | 147 | 0.52 % |
osetin | 34 | 0.1 % | 41 | 0.12 % | 24 | 0.05 % | 41 | 0.08 % | 12 | 0.04 % |
abxaz | ... | ... | ... | ... | ... | ... | ... | ... | 9 | 0.03 % |
ukraynalı | 138[18] | 0.41 % | 143 | 0.42 % | 22 | 0.05 % | 47 | 0.09 % | 7 | 0.02 % |
alman | 482 | 1.42 % | ... | ... | ... | ... | ... | ... | ... | ... |
kürd və yezidi | 27 | 0.08 % | 11 | 0.03 % | ... | ... | 4 | 0.01 % | ... | ... |
yəhudi | 4 | 0.01 % | 10 | 0.03 % | 1 | 0.00 % | ... | ... | ... | ... |
ləzgi | 25 | 0.07 % | ... | ... | ... | ... | ... | ... | ... | ... |
assuriyalı | 4 | 0.01 % | ... | ... | ... | ... | ... | ... | ... | |
digər | 78 | 0.24 % | 136 | 0.40 % | 53 | 0.12 % | 115 | 0.22 % | 10 | 0.04 % |
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən rayonun ümumi 28.034 nəfər əhalisinin 3.427 nəfəri Başkeçid şəhərində, 24.607 nəfəri isə kəndlərdə yaşayır. Kənd əhalisinin 74.4 %-ni azərbaycanlılar, 24.2 %-ni gürcülər, 0.7 %-ni urumlar, 0.3 %-ni ermənilər, 0.2 %-ni ruslar, 0.2 %-ni isə digər millətlərin nümayəndələri təşkil edir.[19] Yekunlara görə rayonda 1 şəhər, 59 kənd olmaqla 60 yaşayış məntəqəsi var idi və kəndlərdən 3-ündə əhali yaşamırdı.[19]
Bələdiyyə daxil olan yaşayış məntəqələrində gürcülərin məskunlaşması Qomareti kəndi istisna olmaqla XIX əsrin II yarısından başlamışdır. Belə ki, 1832-ci il kameral sayımı zamanı gürcülər bütün Borçalı distansiyası ərazisində yalnız Qomareti kəndində yaşayırdılar.[20]
No | Gürcücə rəsmi adı | Azərbaycanca əsil adı | Əhali | Rəsmi milli tərkib |
---|---|---|---|---|
57 | cəmi | cəmi | 28 034 | |
1 | ქალაქი დმანისი (kalaki dmanisi) | Başkeçid şəhəri | 3 427 | 82 %[21] gürcü, 12 %[21] azərbaycanlı |
2 | სოფელი ამამლო (sopeli amamlo) | Hamamlı kəndi | 1 596 | 97 % azərbaycanlı |
3 | სოფელი ირგანჩაი (sopeli irqançey) | Yırğançay | 2 678 | 97 % azərbaycanlı |
4 | სოფელი ზემო ყარაბულახი (sopeli zemo karabulaxi) | Yuxarı Qarabulaq | 1 114 | 99 % azərbaycanlı |
5 | სოფელი მამიშლო (sopeli mamişlo) | Məmişli | 908 | 99 % azərbaycanlı |
6 | სოფელი ზემო ოროზმანი (sopeli zemo orozmani) | Yuxarı Oruzman | 901 | 100 % azərbaycanlı |
7 | სოფელი დიდი დმანისი (sopeli didi dmanisi) | 871 | 96 % gürcü | |
8 | სოფელი მაშავერა (sopeli maşavera) | Qoruncuq | 864 | 97 % gürcü |
9 | სოფელი განთიადი (sopeli qantiadi) | Qalamşa | 816 | 96 % gürcü |
10 | სოფელი დიდი გომარეთი (sopeli didi qomareti) | 802 | 97 % gürcü | |
11 | სოფელი ყიზილქილისა (sopeli kizilkilisa) | Qızılkilsə kəndi | 774 | 99 % azərbaycanlı |
12 | სოფელი ბეზაქლო (sopeli bezaklo) | Bəzəkli kəndi | 763 | 97 % azərbaycanlı |
13 | სოფელი საფარლო (sopeli saparlo) | Səfərli | 738 | 99 % azərbaycanlı |
14 | სოფელი კამარლო (sopeli kamarlo) | Qəmərli kəndi | 713 | 100 % azərbaycanlı |
15 | სოფელი დაგარახლო (sopeli daqaraxlo) | Dağ Arıxlı kəndi | 711 | 100 % azərbaycanlı |
16 | სოფელი ბოსლები (sopeli boslebi) | 667 | 98 % gürcü | |
17 | სოფელი ქვემო ოროზმანი (sopeli kvemo orozmani) | Aşağı Oruzman | 660 | 99 % azərbaycanlı |
18 | სოფელი კაკლიანი (sopeli kakliani) | Gəyliyən kəndi | 640 | 100 % azərbaycanlı |
19 | სოფელი ჯავახი (sopeli çataxi) | 628 | 97 % gürcü | |
20 | სოფელი იაყუბლო (sopeli iakublo) | Yaqublu | 498 | 99 % azərbaycanlı |
21 | სოფელი იფნარი (sopeli ipnari) | İpnari kəndi | 481 | 96 % azərbaycanlı |
22 | სოფელი შინდილიარი (sopeli şindiliari) | Şindilər | 467 | 100 % azərbaycanlı |
23 | სოფელი ტნუსი (sopeli tnusi) | Dunus kəndi | 454 | 100 % azərbaycanlı |
24 | სოფელი პანტიანი (sopeli pantiani) | Armudlu kəndi | 410 | 99 % azərbaycanlı |
25 | სოფელი ვარდისუბანი (sopeli vardisubani) | 403 | 98 % gürcü | |
26 | სოფელი გედაგდაღი (sopeli qedaqdaği) | Gödəkdağ kəndi | 362 | 100 % azərbaycanlı |
27 | სოფელი კამიშლო (sopeli kamişlo) | Qamışlı kəndi | 355 | 99 % azərbaycanlı |
28 | სოფელი ყიზილაჯლო (sopeli kizilaclo) | Dağ Qızılhacılı | 341 | 100 % azərbaycanlı |
29 | სოფელი შახმარლო (sopeli şaxmarlo) | Şahmarlı | 341 | 100 % azərbaycanlı |
30 | სოფელი ქვემო ყარაბულახი (sopeli kvemo karabulaxi) | Aşağı Qarabulaq | 333 | 100 % azərbaycanlı |
31 | სოფელი ვაკე (sopeli vake) | Qarakilsə kəndi | 317 | 90 % azərbaycanlı |
32 | სოფელი დალარი (sopeli dalari) | Dəllər kəndi | 313 | 100 % azərbaycanlı |
33 | სოფელი ლოქჯანდარი (sopeli lokcandari) | Lökcandar kəndi | 258 | 100 % azərbaycanlı |
34 | სოფელი მთისძირი (sopeli mtisdziri) | Suqala kəndi | 243 | 98 % azərbaycanlı |
35 | სოფელი ორმაშენი (sopeli ormaşeni) | Ormeşən | 206 | 100 % azərbaycanlı |
36 | სოფელი გუგუთი (sopeli ququti) | 178 | 99 % gürcü | |
37 | სოფელი პატარა გომარეთი (sopeli patara qomareti) | 174 | 97 % gürcü | |
38 | სოფელი პატარა დმანისი (sopeli patara dmanisi) | 169 | 97 % gürcü | |
39 | სოფელი ანგრევანი (sopeli anqrevani) | Əngirəvan kəndi | 162 | 98 % azərbaycanlı |
40 | სოფელი ბახჩალარი (sopeli baxçalari) | Bağçalar kəndi | 149 | 100 % azərbaycanlı |
41 | სოფელი უსეინქენდი (sopeli useinkendi) | Hüseynkənd | 135 | 100 % azərbaycanlı |
42 | სოფელი ქარიანი (sopeli kariani) | Çopurallar kəndi | 108 | 98 % azərbaycanlı |
43 | სოფელი საჯა (sopeli saca) | 106 | 100 % azərbaycanlı | |
44 | სოფელი მამიშლარი (sopeli mamişlari) | Məmişlər | 102 | 100 % azərbaycanlı |
45 | სოფელი სალამალეიქი (sopeli salamaleiki) | Salamməlik | 98 | 100 % azərbaycanlı |
46 | სოფელი ახა (sopeli axa) | 93 | 99 % gürcü | |
47 | სოფელი მამულა (sopeli mamula) | 80 | 99 % gürcü | |
48 | სოფელი ჩათახი (sopeli çataxi) | 79 | 99 % gürcü | |
49 | სოფელი ველისპირი (sopeli velispiri) | Ergişoğlu | 64 | 56 % gürcü, 31 % urum |
50 | სოფელი სარკინეთი (sopeli sarkineti) | Dəmirbulaq kəndi | 63 | 43 % gürcü, 41 % urum |
51 | სოფელი ტყისპირი (sopeli tkispiri) | Boğazkəsən kəndi | 53 | 98 % azərbaycanlı |
52 | სოფელი საკირე (sopeli sakire) | Qaşqatala kəndi | 49 | 41 % urum, 37 % azərbaycanlı |
53 | სოფელი გორა (sopeli qora) | Canbağça kəndi | 38 | 47 % azərbaycanlı, 47 % urum |
54 | სოფელი განახლება (sopeli qanaxleba) | Anbarlı kəndi | 33 | 42 % urum, 36 % gürcü |
55 | სოფელი სოღუთლო (sopeli soğutlo) | Söyüdlü | 27 | 100 % azərbaycanlı |
56 | სოფელი პანტიანი (sopeli pantiani) | 11 | 100 % gürcü | |
57 | სოფელი უკანგორი (sopeli ukanqori) | 10 | 80 % gürcü | |
Başkeçid Gürcüstanın aqrar rayonu hesab olunur. 2006-cı ildə respublika üzrə süd istehsalının 2.3 %-i, taxıl və kartof istehsalının isə 2.4 %-i bu rayonun payına düşmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.