From Wikipedia, the free encyclopedia
Bavariya (alm. Bayern; Freistaat Bayern — Müstəqil Bavariya Dövləti) — Almaniyanın cənub-şərqində yerləşən və ərazisinə görə ölkənin ən böyük vilayəti. Vilayətin tərkibinə yeddi inzibati dairə — əyalət Yuxarı Bavariya, Aşağı Bavariya, Yuxarı Pfalts, Yuxarı Frankoniya, Mərkəzi Frankoniya, Aşağı Frankoniya və Şvabiya daxildir. Vilayətin paytaxtı Münhen şəhəridir. Əhalisi üç əsas etnik tərkibdən: bavarlar, frankonlar və şvablardan ibarətdir[3].
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bavariya | |
---|---|
Freistaat Bayern | |
49°04′43″ şm. e. 11°23′08″ ş. u. |
|
Ölkə | |
İnzibati mərkəz | Münxen |
İcra başçısı | Markus Zöder |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 12 yanvar 1919 |
Sahəsi |
|
Hündürlük | 503 m[2] |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | DE-BY |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
"Müstəqil Bavariya Dövləti" tarixi termini göstərir ki, Bavariya monarxiya əyaləti olmamışdan əvvəl respublika idi. Almaniyadakı ən böyük əyalət (ərazisinə görə) və onun on iki milyon əhalisi özlərinin VI əsrə gedib çıxan tarixləri ilə fəxr edirlər.
Adət-ənənələrin gündəlik həyatın ayrılmaz hissəsi olduğu buradan fərqli olaraq, Almaniyanın heç bir yerində ənənələr bu cür möhkəm saxlanılmayıb; insanlar rəngli ənənəvi paltarı hər il Münhendə keçirilən Oktoberfest festivalı kimi əsas xalq musiqisi festivallarından başqa, həm də gündəlik həyatda da geyinirlər. Bavariya özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Almaniyada ən hündür zirvə olan Zugspitze (2 962 metr) dağının yerləşdiyi Alp dağları — Çimsi və Köniqsi kimi heyrətamiz gölləri olan Alp yamacları, milli parkı olan Bavariya meşəsi, Frankonian Jura, Fiçtel təpələri, Steyqervald, Spessart və əyalət ətrafındakı digər mənzərəli yerlər istirahət, əyləncə və təbiətdən həzz almaq üçün turistlərə müqayisə olunmaz dərəcədə xoş imkanlar yaradır. Dağlar piyada səyahət edənlər üçün cənnətdir; Alp yamaclarındakı göllər və Meyn-Dunay Kanalı tikintisinin axını üzərində Frankoniyada yaradılmış yeni süni göllər istirahətə gələnləri su oyunlarında iştirak etməyə dəvət edir.
Əyalət geniş parklarla kifayət qədər zənginləşib. Bunlara Aşaffenburqdakı Şönbuş Parkını, Ansbakdakı Hofqarten və Münhendəki İngilis Bağını, o cümlədən gözəl sarayları, hər şeydən əvvəl "sehirli-nağıl kralı" olan II Lüdviqin nəhəng saraylarını: Lindeohof, Noyşvanştayn qəsri və Herrençimsi saraylarını aid etmək olar. Vürzburq və Bamberqdəki kral iqamətgahları, özünün zəngin mis həkkarlıq kolleksiyası olan Vestekoburq kimi, nəhəng gözəlliyə malikdir.
Bavariya Avropanın qədim dövlətlərindəndir. Hesab olunur ki, bavarların etnogenezində bu ərazilərdə yaşamış qədim romalılar, keltlər və gəlmə germanlar mühüm rol oynamışlar. Qədim bavar torpaqlarının ilk sakinləri keltlər və cənubda etrusklar olmuşlar. İlk yaşayış məskəni e.ə. 365-ci ildə Bohemiya hesab olunur. Qalliyanın barbarlardan daha müvəffəqiyyətlə müdafiə etmək məqsədilə Avqust öz sərkərdələri Druz və Tiberiyaya indiki Bavariya ərazilərini ələ keçirməyi və yerində iki, mərkəzi Avqusta olmaqla Resiya və Norik əyalətlərini düzəltməyi əmr edir. Onların arasındakı sərhəd İnna çayı olur. VI əsrdən Bohemiyadan bura yeni sakinlər — markomanlar, kvadlar gəlməyə başlamışlar və özlərilə Bajuwarii adını da gətirmişlər.
Dövlətçilik ənənələri eramızın VI əsrlərinə gedib çıxır. XIX əsrin əvvəllərinə kimi bu ərazidə, Alp dağlarının şimal ətəklərində VI əsrdə Agilolfinqlər hersoqluğu, X əsrdə Velflər daha sonra Vittelsbaxlar hersoqluğu höküm sürmüşdür. 1158-ci ildə Henrix Lev İzar çayı sahilində indiki Münhen şəhərini saldırmışdır. XVIII əsrin ortalarına kimi Regensburq hersoqluğun inzibati mərkəzi — paytaxtı olmuşdur.
Henrix Lev öldükdən sonra 1180-ci ildə Müqqəddəs Roma imperatoru I Fridrix Barbarossa əyalətin idarəsini Bavariyanın Pfalts qrafı Otton fon Vittelsbaxa tapşırır. Sonrakı dövrlərdə Vittelsbaxlar öz hakimiyyətlərini daha da möhkəmləndirdilər. İntibahın ən yüksək nöqtəsi kayzer bavar IV Lüdovikin zamanına təsadüf edir. Belə ki o, öz ərazilərinə Brabdenburq, Tirol, Hollandiya və Enonu birləşdirə bilmişdir. XX əsrə qədər Bavariya çoxsaylı şəhərlərə malik olmasına baxmayaraq aqrar ölkə olaraq qalmışdır. XIV–XV əsrlərdə Vittelsbaxlar hersoqluğu zəifləyərək vərəsəlik çəkişmələri nəticəsində parçalanır. Lakin Müdrik IV Albrext (1467–1508) ilk vərəsəliyə əsaslanaraq bavar hersoqluğunu öz hakimiyyəti altında birləşdirməyə nail olur.
Frankoniya və Şvabiyada Salerlər və Ştaufenlər dövründə, XII–XIII əsrlərdə Bamberq, Virzburq, Anzbax, Bayroyt kilsə malikanə və torpaqları birləşdirildi, Nürnberq, Auqusburq, Şvainfurt, Rotenburq və Nördlinqer kimi imperiya şəhərləri avropanın mədəni iqtisadi mərkəzlərinə çevrildilər. Bu dövrlərdə xristiyanlıqda reformasiya frankoniya və Şvabiyanı bürümüş olsa da qədim bavar əraziləri roma-katolik kilsəsinə sədaqətini saxlaya bilmişdir. V Albrextin (1550–1579) və mömin Vilhelmin (1579–1597) hakimiyyəti dövründə Bavariya əks reformasiya qalasına çevrililir. Martin Lüterin rəqibi Yohannes Ek İnqolştadtda 1472-ci ildə hersoq Lüdviq tərəfindən təsis olunmuş bavar universitetində aktiv fəaliyyət göstərməyə başlamışdır. V Albrextin zamanında Münhen elm və mədəniyyət mərkəzinə çevrilir. Otuz illik müharibə Frankoniya, Şvabiya və Bavariyaya müflüslük və kurfürşestlik (seçilmiş knyazlar, hakimlər) gətirmiş olur. İlk bavar knyazı I Maksimilyan (1597–1651) Yuxarı Pfaltsı birləşdirərək Bavariya torpaqlarını genişləndirir. Onun varisi Maks Emanuel (1662–1726) memarlığa və mədəniyyətə barok stilini gətirmiş olur. O, imperator Karl Albrextin (1742–1745) zamanında türklərə qarşı göstərmiş olduğu şücaiəti ilə məşhur olmuşdur. III Maks Yozefin (1745–1777) zanına qədər Bavariya mədəni çiçəklənmə dövrü keçir. Prussiyanın və Avstriyanın müşahidəçi mövqeyi sonuncu knyaz IV Maks Yozefin Napoleonun protektoratlığı altına düşməsinə səbəb olur.
1 yanvar 1806-cı ildə IV Maks Yozef I Maks kimi taxta çıxaraq Reyn ittifaqına daxil olur. Onun naziri Montgels sərt dövlət sistemini qurur. 1808-ci ildə konstitusiya ilk dəfə olaraq hamının qanun qarşısında eyni olduğunu, mülkiyyətin və şəxsiyyətin qorunması, vicdan azadlığı və məhkəmələrin sərbəstliyini təmin etmiş olur. Bu konstitusiya 1818-ci ildə Bavariyanın demokratik parlament idarəçiliyinin əsasını qoymuş olur. Bu dövrdən Bavariya parlamenti iki palatadan: deputatlar və dövlət şurası üzvləri palatasından ibarətdir.
II Lüdviqin zamanında (1864–1886)Bavariya Prussiya və Fransaya qarşı müharibələrdə iştirak etmişdir. 1866-cı ildə Avstro-prussiya müharibəsində Avsriya tərəfindən, 1870–1871-ci illərdə isə Fransaya qarşı Prussiya tərəfindən çıxış etmişdir. Fransa- almaniya müharibəsindən sonra bavariya yenidən Almaniya imperiyasına qatılmışdır. II Lüdviq "Nağıl kralı" kimi tanınan, siyasətdən uzaqlaşaraq öz malikanəsinin tikintisilə məşğul olur. Beləliklə əmisi şahzadə qəyyum Luitpold öz oğlu III Lüdviq ilə Bavariyanı 738 il idarə etmiş Vittelsbaxların sonuncu nümayəndələri olurlar.
Birinci dünya müharibəsinda Almaniya imperiyasının məğlubiyyətindən sonra Bavariyada kommunistlərin çıxışları çoxaldı və kommunistlər inqilab edərək 1919-cu ilin 6 aprelində Bavariya Sosialist Respublikasının qurulduğunu elan ediblər. Lakin alman ordusunun müdaxiləsindən sonra respublika bir ay sonra süqut etdi. 1923-cü ildə burada Pivə qiyamı baş verdikdən sonra Bavariyanın Münxen və Nürnberq şəhərləri Nasional-Sosialistlərin dayağına çevrildi. Sənaye mərkəzi olan Bavariya İkinci dünya müharibəsində müttəfiqlərin aviasiyası tərəfindən güclü bombardmana məruz qoyulmuşdu. Soyuq müharibə dövründə Bavariya Qərbi Almaniyanın tərkibinə daxil olmuşdu. Müharibədən sonra Bavariyada çox sürətli yenidənqurma işləri görülüb. 1972-ci ildə Bavariyada Yay Olimpiya oyunları keçirildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.