From Wikipedia, the free encyclopedia
Rəsmi olaraq iki Bavariya bayrağından biri — zolaqlı tip və romb tipli, hər ikisi ağ və mavi rəngdədir. Hər iki bayraq tarixən 1180–1918-ci illərdə Bavariya krallığını idarə edən Vittelsbax sülaləsi ilə əlaqəlidir.[1]
Bavariya bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadəsi | Mülki və dövlət bayrağı, mülki dəniz bayrağı |
Ləqəb | alm. Rautenflagge (Almaz bayraq) |
Proporsiya | 3:5 (adətən) |
Dizayn | 21 və ya daha çox mavi və ağ romblardan ibarət massiv, gerbli və ya gerbsiz |
Vikianbarda əlaqəli mediafayllar |
Zolaqlı bayrağın həm üfüqi, həm də şaquli variantı və ya üzərində gerb olmayan ağ və mavi romblar Bavariyada alm. Staatsflagge adlanan dövlətin rəsmi bayraqları hesab edilə bilər. Onlar mülki şəxslər və hökumət tərəfindən, o cümlədən dövlət avtomobillərində istifadə oluna bilər. Zolaqlı və romb tipli bayraqlar bərabər statusa malikdir və ofislər və ya istifadəçilər onlar arasında seçim etməkdə sərbəstdir.
Gerb əlavə edilmiş variantlar qeyri-rəsmidir və mülki şəxslər tərəfindən bu simvollardan istifadə qəti şəkildə qeyri-qanunidir, lakin laqeyd yanaşılır. Gerbli bayraq əsasən romb tipli olur.
Mavinin dəqiq tonu heç vaxt rəsmiləşdirilməyib, lakin ictimaiyyət tərəfindən istifadə edilən bayraqların əksəriyyəti təxminən RGB 0-204-255 kodlu tonlardadır; rəsmilər RGB 0-128-255-ə daha yaxın bir versiyanı istifadə edirlər. Rombların sayı ən azı 21 olmalıdır və yuxarı sol (natamam) tərəfdə olan romb mütləq ağ olmalıdır.[2]
Rombların dəqiq mənşəyi mübahisəlidir. Onların Bavariyanın göllərinin və çaylarının və ya bəlkə də səmanın simvolu olduğuna inanılır, məsələn, Bavariya himnindəki alm. die Farben Seines Himmels, Weiß und Blau sözləri (Onun səmasının/cənnətinin rəngləri, ağ və mavi) ilə əlaqələndirilir.
Bayraq | İstifadə tarixi | Hakimiyyət | Qeydlər |
---|---|---|---|
1255–1353 | Aşağı Bavariya hersoqluğu | ||
1353–1392 | Bavariya-Landshut hersoqluğu | Bavariya-Landshut 1353-1503-cü illərdə Müqəddəs Roma İmperiyası tərkibindəki hersoqluqlardan biri olmuşdur | |
1392–1505 | Bavariya-Münhen hersoqluğu | Bavariya-Münhen 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyası tərkibindəki hersoqluqlardan biri olmuşdur | |
1505–1623 | Bavariya hersoqluğu | Bavariya hersoqluğu VI-VIII əsrlərdə Merovinqlər dövlətinin uc regionlarından biri olmuşdur. | |
1623–1806 | Bavariya elektoratlığı | Bavariya elektoratlığı 1632-1806-cı illərdə Müqəddəs Roma İmperiyası tərkibindəki müstəqil elektoratlıqlardan biri olmuşdur. | |
1806–1918 | Bavariya krallığı | Bavariya krallığı 1806-cı ildə Müqəddəs Roma İmperiyasının dağılması nəticəsində yaradılmış, 1918-ci iləcən davam etmişdir. | |
1918–1919 | Bavariya Xalq Ştatı | 1918-1919-cu illərdə Bavariyada qurulmuş sosialist dövləti. | |
1919 | Bavariya Sovet Respublikası | 1919-cu ildə Bavariyada qurulmuş sosialist dövləti. | |
1919–1933 | Azad Bavariya ştatı | Veymar Respublikasının ştatlarından biri | |
1933–1945 | Münhen-Yuxarı Bavariya qausu | Münhen-Yuxarı Bavariya qausu 1933-1945-ci illərdə Nasist Almaniyasının qaularından biri olmuşdur. | |
1945–1949 | İşğal Almaniyası | Bavariya İşğal Almaniyasının Amerikan sektoruna aid idi. | |
1949–present | Bavariya | Müasir Almaniya Federativ Respublikasının tərkib hissəsi. Hər iki bayraq rəsmidir. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.