From Wikipedia, the free encyclopedia
Bakı məscidi və ya Kriuşi məscidi — 1907-1909-cu illərdə Həştərxanda tikilmiş məscid. Sovet hakimiyyəti dövründə məscidin minarəsi dağıdılıb və müxtəlif illərdə onun binası anbar və mədəniyyət evi kimi istifadə edilib. 2002-ci ildə Həştərxandakı Azərbaycan diasporunun səyi ilə məscid yenidən restavrasiya edilib və Azərbaycan icmasının istifadəsinə verilərək Bakı məscidi adlandırılıb. Məscid Həştərxanda Bakinskaya küçəsində yerləşir[1].
Bakı məscidi | |
---|---|
rus. Мечеть «Бакы» | |
46°20′29″ şm. e. 48°02′35″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Həştərxan |
Yerləşir | Həştərxan |
Tikilmə tarixi | 1907-1909 |
Vikianbarda əlaqəli mediafayllar |
Arxiv məlumatlarına əsasən 1903-cü ildə 238 nəfər Həştərxan sakini toplaşaraq Kriuşi bölgəsində 1897-ci ildən fəaliyyət göstərən və yerli sakin Nijemetdinovun ərazisində yerləşən dua evinin yerində məscid tikmək qərarına gəlirlər. 1907-ci ildə Həştərxan quberniya idarəsi 2-ci Bakaldinskiy küçəsində Nijemetdinovun vəsiyyət etdiyi ərazidə daş məscidin tikintisinə icazə verir. May ayında məscidin mollası da təyin edilir. 1907-ci ilin iyun ayında başlanan tikinti 1909-cu ildə yekunlaşır. Məktəbin nəzdnində qadın və kişi məktəbləri fəaliyyət göstərib. 1938-ci ildə sovet hakimiyyəti dövründə məscid bağlanır və binadan anbar kimi istifadə edilir. 1940-cı ildə məscidin minarəsi dağıdılır. 1950-ci ildə binadan idman zalı kimi istifadə etməyi düşünürlər. Buna görə də binanın daxilində olan ikinci yarus sökülür. 1987-ci ildə binada baş vermiş yanğında onun döşəməsi və daxili interyeri zədələnir[1].
2002-ci ildə Həştərxan vilayətinin Azərbaycanlı icmasının səyi ilə məscid təmir edilib. Təmirdən sonra məscid "Bakı" adlandırılıb və Azərbaycan icmasının istifadəsinə verilib. Məsciddə azərbaycanlılardan başqa digər müsəlmanlar da ibadət edirlər[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.