From Wikipedia, the free encyclopedia
Baba Fiqani (? — ö. 1519) — Fars ədəbiyatında "səbk-i Hindi"nin qurucusu sayılan İran şairi.[1]
Baba Fiqani Şirazda dünyaya gəlmişdi. 925-ci (1519-cu) ildə öldüyü sırada altmış yaşını keçmiş olduğuna görə 860–865 (1456–1461) illər arasında doğulduğu söylənilə bilinir. Gəncliyində ata-baba məsləyi olan bıçaqçılıqla məşğul oldğundan bu sıralarda yazdığı şeirlərdə "bıçaqçı" anlamına gələn Səkkaki təxəllüsünü işlədirdi. Ancaq divanında bu təxəllüsü ilə yazılmış hərhansı bir şeirinə rast gəlinmədi. Fiqani otuz yaşına qədər Şirazda yaşadı, daha sonra Xorasana getdi. Bir müddət qaldığı Heratda başda Əbdürrəhman Cami olmaq üzərə bəzi şairlərlə görüşdüysə də onlardan gözlədiyi münasibəti görə bilmədi. Təbrizə gedərək burada tanış olduğu şairlər vasitəsiylə Ağqoyunlu hökmdarı Sultan Yaqub bəyin sarayına daxil oldu. Sultan Yaqub bəy ona "Baba-yi şüəra" ləqəbini verdiyi üçün Fiqani nisbəsinin ara-sıra Baba ləqəbi ilə də anıldı. Sultan Yaqub bəyin ölümündən (896/ 1490) sonra sırasıyla onun oğlu Baysunqur mirzə ilə Rüstəm mirzə, Uğurlu Məhəmməd bəy oğlu Əhməd bəy və Əlvənd bəy kimi hökmdar və dövlət adamları haqqında mədhiyələr yazdı.
Baba Fiqani Təbrizdə bəzi qarışıqlıqların çıxmasına görə Şiraza döndü; bir müddət burada qaldı, ancaq Şah İsmayılin ortaya çıxmasına görə təkrar Xorasana getdi. Bir müddət Əbivərddə iqamət etdikdən sonra Məşhədə keçdi və oraya yerləşdi. 925-ci (1519-cu) ildə burada öldü.
Baba Fiqani Möhtəşəm Kaşani, Ürfi Şirazi, Vəhşi Bəfeqi kimi tanınmış şairlər üzərində təsirli olmuşdur.
Təzkirə müəllifləri, çox gözəl şeirlər yazdığını bildirdikləri Fiqani Hafiz Şiraziyə bənzədərək ona Hafiz-i Kiçik ləqəbini verirlər, fəqət çox şərab içdiyini, getdiyi meyxanalarda lağ mövzusu olduğunu, ömrünün sonlarına doğru isə içkini tərk etdiyini qeyd edirlər.
Fiqaninin divanı günümüzə çatmış olub qəsidə, tərkibibənd, tərciibənd və qəzəllərdən ibarətdir. Qəsidələrinin çoxu özəlliklə Həzrət Əli, şia imamları, Ağqoyunlu hökmdarları Sultan Yaqub bəy, Sultan Baysunqur bəy, Rüstəm mirzə ilə Şah İsmayıl haqqındadır. Divan Kamal Məthur Dəhləvi (Lahor, ts.) və Süheyli Xansari tərəfindən nəşr edilmişdir. Hüseyn Azad divandan seçdiyi bəzi şeirləri "Les peries de la couronne, choix de poesies de Baba Feghani" adıyla fransız dilinə çevirmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.