Uğurlu Məhəmməd (?-1477) — Ağqoyunlu şahzadəsi, Şiraz və Sivas valisi, Uzun Həsənin ən böyük oğlu, II Mehmedin kürəkəni.
Uğurlu Məhəmməd | |
---|---|
| |
Şiraz valisi | |
1473 – 1474 | |
Sivas valisi | |
1474 – 1477 | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Ərzincan |
Atası | Uzun Həsən |
Həyat yoldaşı | Gövhərxan sultan |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1473-cü ildə Şiraz hakimi təyin olunmuş Məhəmməd, əmisi Üveysin köməyi ilə üsyana başladı. İsfahan ələ keçirildi, xalq Uğurlu Məhəmmədə dəstək oldu.[1] Əslində Xəlil bəyin anası Səlcuqşah bəyim Uğurlu Məhəmmədin öldürülməsini daha çox istəyirdi və Uzun Həsəni qızışdırırdı.[2] Kontarini özünün "Səyahətnamə"sində yazmışdı:
"Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardı. Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınanasına vermiş, Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi. Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir. Ona görə də həmin karvansarada qalmağa məcbur oldum. Karvansara sahibi də müvəqqəti olaraq çıxmağımı məsləhət görmədi. Bu zaman Uzun Həsənin oğlanlarından biri (Maqsud bəy) min nəfər atlı ilə Təbrizə, atasının köməyinə gəldi. Mən də xeyli zəhmətdən sonra onunla görüşə bildim və gətirdiyim hədiyyələri verdim. Uzun Həsənin yanına getmək üçün məni minik vasitəsi ilə təmin etməsini ondan xahiş etdim. Maqsud bəy hədiyyələri qəbul etdi, lakin başqa sözlərimə əhəmiyyət vermədi. Şəhərin vəziyyəti çox pis idi. Maqsud bəy qoşun hazırlamaq üçün camaatdan pul tələb edirdi. Lakin camaat onun bu tələbini rədd etdi və dükan-bazarı bağladı. Çörək, su tapılmadı".[3]
Lakin Uzun Həsən qiyamı yatırtdı və Uğurlu Məhəmməd Məmlüklər dövlətinə sığındı. Axtardığı köməyi burda tapmadığı üçün, Osmanlıya getdi. II Mehmed onu yaxşı qarşıladı və qızı Gövhərxan sultanı ona ərə verdi. Uğurlu Məhəmməd atasının ölüm xəbərini aldı amma xəbər yalan çıxdı. 1477-ci ildə Ərzincanda qardaşı Sultan Xəlil tərəfindən öldürüldü.[4] Ərzincanda "Uğurlu Məhəmməd zaviyəsi" ucaltdırmışdı.[5]
Ailəsi
Gövhərxan sultanla Gödək Əhməd bəy adlı oğlu olmuşdur.
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.