From Wikipedia, the free encyclopedia
Ağboğaz susamuru (lat. Hydrictis maculicollis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin hydrictis cinsinə aid heyvan növü. Hydrictis cinsinə daxil olan yeganə növdür.
Ağboğaz susamuru | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Arctoidea Fəsiləüstü: Musteloidea Fəsilə: Yarımfəsilə: Cins: Hydrictis Növ: Ağboğaz susamuru |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Aşboğaz susamurları 44-68 sm uzunluğa sahib olurlar. Onların quyruqları 13,5-19,0 sm arasında dəyişir. Çəkiləri isə 3-5 kq arasındadır. Erkəklər bir qayda olaraq dişilərdən böyük olur. Bədəni şux və uzunsov formadadır. İri başa və enli boyuna sahibdir. Xəzinin rəngi tünd qəhvəyidən qırmızı-qəhvəyi arasında dəyişir. Qulaqları qısa və yumrudur. Boğazda və ağız ətrafında ağdan krem rəngi aralığında olan ləkələr vardır. Fərdlər arasında rəng fərqliliyi müşahidə edilir. Nadir də olsa albinos fərdlərə rast gəlinir.
Ağboğaz susamurları Afrikanın Böyük səhrasından cənubdakı ərazilərində rastlanılır. Qərbdə Qvineya-Bisaudan, Efiopiyanın cənub-qərbinə, Namibiyanın cənub-qərbindən şimal sərhədlərinə, Botsvana və Zimbabvenın şimal-qərbindən Keniya, Malavi və Tanzaniyanın şərqinə, Mozambikdən Cənubi Afrikanın şərqinə kimi olan ərazilərdə yayılmışdır.
Ağboğaz susamurları əsasən balıqlar (Barbus, Clarias, Haplochromis, Micropterus salmoides, Salmo trutta, Tilapia) və qurbağalarla (Xenopus laevis, Rana) qidalanır. Təbiətdə olar timsahların şikarına çevrilə bilirlər. Balaları isə sahil qartallarının yeminə cevrilə bilir.
Viktoriya gölündə (Tanzaniya) çütləşmə iyulda baş verir. Balalar isə sentyabrda doğulur. 1-3 arası bala doğa bilirlər. Bala doğularkən kor olur. Bir il müddətində anasının yanında qalır. Erkəklər onların böyüdülməsində iştirak etmirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.