From Wikipedia, the free encyclopedia
Azərbaycan–Kanada münasibətləri — Azərbaycan Respublikası ilə Kanada arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Kanada münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Kanadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Vasif Abutalıbov | ||||
Ünvan | Ottava, Slater küç., 275 Suite 1203 Ontario K1P 5H9 | ||||
Türkiyədəki Kanadanin səfirliyi | |||||
Səfir | Kevin Hamilton[rus.][1] | ||||
Ünvan | Ankara, Çankaya, Cinnah küç., 58 | ||||
Digər | |||||
Quruluş tarixi | 10 iyul 1992 | ||||
Dövriyyə | 0,013 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kanada Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır[2].
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin avqust ayının 10-da qurulmuşdur[2][3].
Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi 2004-cü ilin sentyabr ayında açılmışdır[4]. Kanadanın Türkiyə Respublikasındakı səfiri həmçinin Azərbaycana akkreditə olunmuşdur[4]. Hazırda səfir Kris Kuterdir[5].
2006-cı ilin noyabr ayında Kanada Parlamentində Kanada–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilmişdir[2]. Qrupun sədri 2013-cü ilin məlumatlarına görə Kanada Parlamentin Mühafizəkarlar partiyasından olan üzvü Barri Devolindir[2].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[6]. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Samur Novruzov olmuşdur[7]. 4 mart 2016-cı il tarixindən Fuad Muradov işçi qrupunun rəhbəridir[6].
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 4 sənəd imzalanmışdır[4].
2015-ci ildə Kanadadan Azərbaycana idxal 16632,1 min ABŞ dolları, ixrac əməliyyatları isə 223722,6 min ABŞ dolları məbləğində olmuşdur[8].
Bakıda Kanada şirkətlərinə məxsus beşulduzlu iki otel – "Four Seasons" və "Fairmont" otelləri fəaliyyət göstərir[9].
2006-cı ildən etibarən Kanadada keçirilən Niaqara Beynəlxalq Musiqi Festivalında Azərbaycan mütəmadi iştirak edir. Festival çərçivəsində Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri keçirilmişdir[2].
Müxtəlif vaxtlarda Kanadada Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin – Müslüm Maqomayev, Çingiz Sadıqov, Alim Qasımov və başqalarının yaradıcılığına həsr olunmuş tədbirlər keçirilmişdir[2].
2010-2011-ci illərdə azərbaycanlı məcburi köçkünlərin həyatından bəhs edən və İzabel Hüberin müəllifi olduğu "Gülnarənin donu" (fr. La robe de Gulnara) adlı tamaşa Kanadanın müxtəlif şəhərlərində nümayiş etdirilmişdir[2].
12-14 sentyabr 2014-cü il tarixlərində Kanadanın Monreal şəhərində "Azərbaycan film festivalı" keçirilmişdir[4].
24-25 oktyabr 2015-ci il tarixlərində Kanadanın Toronto şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin "Oyan!" adlı konserti təşkil olunmuşdur[4].
Azərbaycan Respublikasının Hökuməti tərəfindən qəbul olunmuş “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində 100 nəfərə yaxın azərbaycanlı gənc təhsil almaq üçün Kanadanın müxtəlif universitetlərinə göndərilmişdir[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.