1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir. Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi.[6] 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı.[6]
Cəld faktlar 1995 Azərbaycanda hərbi çevrilişə cəhd, Tarix ...
1995 Azərbaycanda hərbi çevrilişə cəhd |
Tarix |
13–17 mart 1995[2] |
Yeri |
Azərbaycan |
Nəticəsi |
Uğursuzluq
• Rövşən Cavadov öldürüldü. |
|
|
500 nəfər
|
Naməlum 27 hərbi qulluqçu, 11 XTPD qulluqçusu və 7 mülki şəxs həlak olmuş, 117 nəfər yaralanmışdır.
|
|
11 XTPD qulluqçusu həlak olmuş, 710 nəfər həbs edilmişdir[5]
|
27 hərbi qulluqçu həlak olmuşdur
|
|
7 mülki şəxs həlak olmuş, 117 nəfər yaralanmışdır
|
|
|
Bağla