Azercell
From Wikipedia, the free encyclopedia
Azercell — GSM, UMTS və LTE texnologiyaları üzrə xidmət göstərən Azərbaycan mobil rabitə şirkəti. "Azercell Telekom" MMC ən çox bazar payı və 4.5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatorudur.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azercell | |
---|---|
Azercell Telecom Məhdud Məsuliyyətli Cəmiyyəti | |
Ümumi məlumatlar | |
Tipi | Mobil rabitə |
Sənaye | Telekommunikasiya |
Təsis tarixi | 15 dekabr 1996 |
Baş qərargahın yeri | Bakı Bakı |
Struktur | |
İşçi sayı | ~1000 nəfər |
Ana şirkət | Azerbaijan International Telecom |
Rəhbərlik | |
Prezident | Zərinə Zeynalova |
Azercell Telekom | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkətin ilk təsisçiləri Türkiyənin "Türkcell İletişim Hizmetleri A. Ş." şirkəti və Azərbaycan Respublikasının Rabitə Nazirliyi olub. "Azercell Telekom" BM 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu.
1 aprel 2008-ci ildən etibarən "Azercell Telekom" MMC adlanmağa başlayıb.
Azercell beynəlxalq Telia Company şirkətlər qrupunun tərkibində olub. Telia Company-nın Avrasiyada mobil rabitə sahəsində telekommunikasiya holdinqlərindən biri olub.
2008-ci ildən Azercell şirkətinin sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A. Ş," şirkəti olub.[1]
Payları tam olaraq Azərbaycan dövlətinə məxsus olan "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderland qanunvericiliyinə əsasən yaradılmış "Fintur Holdings B. V." şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyədə təsis edilmiş və "Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisi olan "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A. Ş." ("Azertel") şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır.[2][3][4]
Azercell Telekom MMC ISO 9001:2008, ISO 10002:2014, IIP (Investors In People) — İnsanlara Sərmayədar (İS) və EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartlarına sahibdir.