AzInTelecom

Data Mərkəzi From Wikipedia, the free encyclopedia

AzInTelecom

AzInTelecom — Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən İKT şirkətlərdən biri.

Cəld faktlar AzlnTelecom, Ümumi məlumatlar ...
AzlnTelecom
Ümumi məlumatlar
Təsis tarixi 1 mart 1994[1]
Rəhbərlik
Təsisçilər Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
www.azintelecom.az
Bağla

Ümumi məlumat

Rabitə Nazirliyinin 7 fevral 1994-cü il tarixli əmrinə əsasən, 1 mart 1994-cü il tarixində Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikamızın ilk müstəqil qurumu olan Beynəlxalq Hesablaşma Mərkəzi (BHM) “Aztelekom İB”-nin tərkibində struktur vahidi kimi yaradılmışdır. Rabitə Nazirliyinin (RN) 17 yanvar 1995-ci il tarixli əmrinə əsasən, BHM “Aztelekom İB”-nin tərkibindən çıxarılmış və birbaşa RN-ə tabe edilmişdir. RN-in 6 dekabr 1996-cı il tarixli əmrinə əsasən, 1 yanvar 1997-ci il tarixindən BHM - Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi (BƏHM) adlandırıldı. 2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdir. 2005-ci ilin sentyabr ayında Nizamnamənin bir neçə bölməsində dəyişiklik edilərək yeni redaktə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış və müəssisə Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi adlandırılmışdır.

22.06.2015-ci il tarixdə Mərkəzin təşkilati-hüquqi forması dəyişdirilərək “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdir.

Xidmətlər

Azərbaycanın ən böyük bulud provayderi olan AzInTelecom müasir Data Mərkəzləri vasitəsilə dövlət və özəl qurumlara çeşidli bulud xidmətləri təqdim edir. Eyni zamanda kiçik və orta qurumlar, eləcə də fərdlər üçün AzInCloud platforması üzərindən bulud xidmətləri göstərilir.

AzInTelecom-un Data Mərkəzləri xüsusi mühafizə zolağı altındadır və son dərəcə dayanıqlıdır. Mərkəzlər beynəlxalq nüfuzlu TIER III sertifikatına malikdir.

“AzInTelecom” tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platforması rəqəmsal xidmətləri əlçatan edir. Platformaya daxil olan SİMA yeni nəsil rəqəmsal imza mobil tətbiq vasitəsilə tez və rahat əldə edilir, əlavə sənədlər və növbələrə ehtiyac yoxdur.

SİMA KYC – Rəqəmsal dünyada şəxsiyyətin eyniləşdirilməsi üçün lazımdır. SİMA Access Üztanıma ilə binalara təhlükəsiz girişi təmin edir. SİMA Pay – Üztanıma sayəsində ödəniş etmə imkanı yaradır.

SİMA Token (Token) – USB disk şəklində gücləndirilmiş elektron imzadır.

AzInTelecom həmçinin şirkətlərə informasiya təhlükəsizliyi üzrə xidmətlər təklif edir, təhlükəsizlik yoxlamalarını həyata keçirir, kiberhücumlar zamanı boşluqları aşkarlayır və onların aradan qaldırılmasına dəstək verir.

AzInTelecom, dünyanın aparıcı telekommunikasiya operatorları ilə birbaşa kanallar üzərindən yüksək keyfiyyətli və etibarlı səs trafik mübadiləsi həyata keçirir. Bundan əlavə, telekommunikasiya cihazlarının beynəlxalq uyğunluq sertifikatlaşdırılmasını təmin edir.

Ölkəyə gətirilən mobil cihazların qeydiyyatını həyata keçirir və İMEİ kodların klonlanmasına qarşı mübarizə aparır. AzInTelecom mobil operatorlar tərəfindən vətəndşalara mobil nömrələrin satılması prosesini tənzimləyir. Vahid nömrə satışı adlanan bu xidmət çərçivəsində satılan mobil nömrələrlə bağlı məlumatlar vahid bazada toplanır.

Mobil operatorlar tərəfindən vətəndaşlara göstərilən mobil nömrədaşıma xidmətinin də tənzimləyicisi məhz AzInTelecom-dur. Bu xidmət sayəsində vətəndaşlar öz mobil nömrələrini dəyişmədən digər operatorun şəbəkəsinə qoşula və xidmətlərdən istifadə edə bilir.

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.