![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/25/Azerbaijani_khanates_in_the_18th-19th_centuries.png/640px-Azerbaijani_khanates_in_the_18th-19th_centuries.png&w=640&q=50)
Azərbaycan xanlıqları
Azərbaycan xanlıqları haqqında / From Wikipedia, the free encyclopedia
"Xanlıqlar" bura istiqamətləndirilir. Dövlət idarəetməsi üçün Xanlıq səhifəsinə baxın. Digər istifadə formaları üçün Xanlıqlar (dəqiqləşdirmə) səhifəsinə baxın
Azərbaycan xanlıqları,[1] Qafqaz xanlıqları,[2] Xanlıqlar və ya Xanlıqlar dövrü — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla, digər xanlıqlar məhz sırf 1747-ci ildə Nadir şah Əfşarın qətlindən və Əfşar imperiyasının parçalanmasından sonra meydana gəlmişdir. Beləliklə, Azərbaycanın dərin siyasi parçalanma və daxili müharibə şəraitində də olsa, yarıməsrlik müstəqillik dövrü başladı.[2] XIX əsrin əvvəllərində xanlıqlar mərhələ-mərhələ İran dövlətinin və Rusiya imperiyasının işğalına məruz qalmışdırlar.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/25/Azerbaijani_khanates_in_the_18th-19th_centuries.png/640px-Azerbaijani_khanates_in_the_18th-19th_centuries.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/66/G%C3%BCney_Kafkasya_1801-1878.svg/640px-G%C3%BCney_Kafkasya_1801-1878.svg.png)