Azərbaycan dili
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dili / From Wikipedia, the free encyclopedia
Azərbaycan dili[2][3] (Cənubi Azərbaycanda: Türk dili — تورک دیلی[4][5]) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının[6] rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir.
Azərbaycan dili | |
---|---|
Orijinal adı | Azərbaycan dili |
Ölkələr | Azərbaycan |
Regionlar | Cənubi Azərbaycan, Borçalı, Dərbənd |
Rəsmi status |
Azərbaycan Dağıstan Respublikası |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Yazı | latın əlifbası, fars əlifbası[d], kiril əlifbası, ərəb əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | азе 025 |
ISO 639-1 | az |
ISO 639-2 | aze |
ISO 639-3 | aze |
Dilin strukturlarının dünya atlası | aze |
Ethnologue | aze |
ABS ASCL | 4302 |
IETF | az |
Glottolog | azer1255 |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur.
Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır:
- Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
- Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri
- Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
- Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri[7]
Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırmaq olar. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir.