Ayalon (ivr. מערת איילון) — İsrailin Ramla (Tel-ƏvivYerusəlim arasında) şəhəri yaxınlığında mağara. Mağaranın uzunluğu 2700 metrdir. Bu göstəriciyə görə Ayalon ölkənin ikinci ən böyük karst mağarası hesab olunur[1].

Cəld faktlar Ümumi məlumatlar, Uzunluğu ...
Ayalon
ivr. מערת איילון‎
Thumb
Ümumi məlumatlar
Uzunluğu 2700 m
Kəşf tarixi 2006
Yerləşməsi
31°54′37″ şm. e. 34°55′39″ ş. u.
Ölkə  İsrail
Thumb
Ayalon
Ayalon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Mağara öz adını Ayalon çayı vadisindən götürmüş. Ayalon sözü isə ilk dəfə olaraq Əhdi-Ətiq kitabında xatırlanmış[2]. Mağara 24 aprel 2006-cı ildə sement zavaoduna məxsus karxanada iş aparılan zaman aşkarlanmış[3]. Mağaranın unikal faunasını (6 endemik buğumayaqlıların növü) qorumaq məqsədi ilə ictimayi girişə qadağa qoyulmuşdur.

Yerləşməsi və kəşfi

Thumb
Mağaradan karxana ərazisinin görünüşü

Mağara Ramla şəhərinin cənub-şərqində, Aralıq dənizinin 21 km-də yerləşir. Ölkənin mərkəzi hissəsində yerləşən Ayalonun kordinatlar belədir: 31° 54′ 37″ şimal enliyi, 34° 55′ 39″ şərq uzunluğ[4][5]. Mağara Nesher Israel Cement Enterprises Ltd şirkətinin əhəngdaşı karxanası ərazisində yerləşir. Sahəsi təxminən 1300 × 600 metrdir[3]. 2006-cı ildə mağara aşkar olunan zaman karxananın səthi ilkin səthdən 100 metr aşağıda idi. Həmçinin səthin səviyyəsi qrunt sularının səviyyəsindən xeyli aşağıda idi.[6] Mağaranın tam öyrənilməsi geniş tədqiqat işləri nəticəsində mü mkün olmuşdur[3] Könüllülərin və Yerusəlim Yəhudi Universitetinin araşdırmaları nəticəsində mağara uzunluğu sona qədər öyrənildi[4][7].

Mağaranın quruluşu

İsrail ərazisi kiçik olsa da mağaralarla çox zəngindir. Əksər mağaralar karst mənşəlidir.[8]. Yaşayış məskənləri yaxınlığında, eləcədə karxana ərazisində yerləşməsi nəticəsində mağarada tez-tez dağılma halları qeydə alınmış. 1997-ci ilin dekabrında sement zavodu karxanasında böyük qəza baş vermişdir. Qazma işləri nəticəsində nazikləşmiş mağara tavanı buldozerin ağırılığı nəticəsində uçmuş və sürücü həlak olmuşdur. Buldozer 40 metr hüdürlükdən yerə düşmüş.[3]. Ərazidə tapılan bu kiçik mağaralar Ayalon kəşf olunan qədər aşkarlanmış, ancaq əksəriyyəti dağılmışdır.

Mağara gec təbaşirdə formalaşmış və bir neçə ensiz, bəzən vertikal olan dəhlizlərdən təşkil olunmuş. Ümumi uzunluğu 2780 metr olan mağara əsas iki mərtəbədən ibarətdir. Sahəsi 100 x 140 metr olan bu yaruslar dəniz səviyyəsindən 11,30 m və 49 m yüksəklikdə yerləşirlər. Yuxarı mərtəbə dəniz səviyyəsindən 40 - 49 metr yüksəklikdə yerləşir.[9] Bu mərtəbə ensiz, bir biri ilə kəsişən labirint şəkilli dəhlizlərdən ibarətdir. Bu ensiz, boruya bənzər dəhlizlərin ümumi uzunluğu 2000 metrdir. Bəzi keçidlər süxurlarla dolmuş, dağılmış və yararsız hala düşmüş.

Xarici keçidlər

Istinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.