From Wikipedia, the free encyclopedia
Ayalon çayı — İsraildə yerləşən çaydır. Çay şimaldan cənuba axır, yayda isə quruyur. Bu səbəbdən hal-hazırda Ayalon çayı çox dayazlaşmışdır. XX əsrin başlanğıcında çay yazda alman koloniyasının sərhədlərinə çataraq templer qəsəbələrinə keçirdi. Yəni, Menaxem Beqin prospektini bugünkü zamanda doldururdu. İndi templerlərin yerində Kirya adlı erməni bazası yerləşir.[1]
Ayalon çayı | |
---|---|
ivr. נחל איילון | |
| |
Ölkə | İsrail |
Mənbəyi | Yəhadi dağları |
Mənsəbi | Yarkon |
Uzunluğu | 50 km |
Hövzəsinin sahəsi | 815 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çayın ümumi uzunluğu — 50 kilometr, hövzəsinin sahəsi isə 815 km²-dir. Çay öz mənbəyini Yəhudi dağlarının qərb yamacından götürür. Çay Şoreş və Neve-İlan moşavları ilə axır. Loda ətrafından və Ayalon vadisindən axıb keçir. Aralıq dənizinə tökülənə qədər 1,5 kilometr məsafədə Yarkon çayı ilə birləşir. İki çayın birləşditi ərazi Təl-Əvivdədir. Çayın yaxınlığında Ariel Şaron parkı yerləşir.
Ərəb dilindən çayın tərcüməsi əl-Masrara vadisidir (ərəb. وادي المصرارة). Daha əvvəl çay rəsmən bu adı daşıyırdı. Yəhudi dilində isə əsas şəhərlərdən olan Dan — Ayalonunun adını daşıyır. Çay axdığı vadinin adı ilə adlandırılmışdır. Ayalon Danın əsas şəhəri idi. Fələstinlər o dövrdə bu tayfanı sıxışdırdılar. Onları şimala köçürülməyə məcbur edirdilər. Hal-hazırda onun yerində müasir şəhər olan Kiryat-Şimon yerləşir. Ayalon adı həm Tanaxda, həm də qədim diplomatik sənədlərdə — Amarna yazılarında rast gəlinir. Yazının sonunda Het dövləti və Misir dövlətlərinin arasında sərhəd haqqında söhbət gedir. Ayalon İsa Navinin günəşinin bağlanması ilə əlaqəlidir: "Günəş dur, Qavaon üzərində, Ayalon vadisinin üstündə!" (Nav. 10:12). Yəhudi dağlarından xanaaneyanı atıb Saronski vadisi vasitəsilə qovmağa başaldı və Ayalona qədər təqib etdi.
Yarkon çayıyla birləşmədən əvvəl əhəmiyyətli ərazidə Ayalon çay yatağı 20-ci şosesi ilə "Ayalon şosesi"-ni əmələ gətirir. Çay Jabotinskinin dörd yol ağızından Yarkon çayıyla birləşməyə qədər Təl-Əviv və Ramat-Qan şəhərləri arasında bələdiyyə sərhədi əmələ gətirir. Bu hissədə çay yol zolaqlarının arasında beton vasitəsilə yolla əlaqələnib. Şose vasitəsilə hər iki istiqamətdə, yəni həm şimal, həm də cənub istiqamətində hərəkət etmək mümkündür.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.