Avstraliya dolları
Avstraliya İttifaqının pul vahidi / From Wikipedia, the free encyclopedia
Avstraliya dolları ($, kod: AUD 036) — Avstraliya İttifaqının pul vahididir. Milad adası, Kokos adaları və Norfolk adası, eləcə də müstəqil Sakit okean hövzəsi dövlətləri: Kiribati, Nauru və Tuvalu daxil olmaqla bu ölkələrin milli valyutası. Bir dollar 100 sentə bölünür. Adi halda dollar işarəsi "$" ilə qısaldılır, lakin digər qeyd variantları: A$, $A, AU$ və $AU var.
Avstraliya dolları | ||||
---|---|---|---|---|
| ||||
Kod və simvol | ||||
ISO 4217 kodu | AUD (036) | |||
Simvol | $ | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | Avstraliya | |||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | sent (1⁄100) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Sikkələr | 5, 10, 20, 50 sent | |||
Əsginas | 1, 2, 5, 10, 20, 50, 100 dollar | |||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 14.02.1966 | |||
Əvvəlki valyuta | Avstraliya funtu | |||
Sikkə və əskinasların buraxılması və istehsalı | ||||
Mərkəzi bank | Avstraliya Ehtiyat Bankı | |||
rba.gov.au | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Avstraliya dolları dünyada ən çox satılan altıncı valyutadır (ABŞ dolları, avro, yen, funt sterlinq və İsveçrə frankından sonra)[1] dünya valyuta əməliyyatlarının 5% -ni təşkil edir. Valyuta ticarətçiləri arasında populyarlıq Avstraliyadakı yüksək faiz dərəcəsi, valyuta bazarının hökumətin müdaxiləsindən nisbi azadlığı, Avstraliya iqtisadiyyatı və siyasi sisteminin ümumi sabitliyi ilə əlaqədardır.[2]
1988-ci ildən bəri əskinas hazırlamaq üçün kağızdan yox, xüsusi nazik plastikdən istifadə olunur.