Pul emissiyası
From Wikipedia, the free encyclopedia
Pulların emissiyası (ing. Money creation) — bu tədavülə əlavə pul buraxmaqdır ki, bu da tədavüldə olan pul kütləsinin artımına gətirir çıхarır. Emissiya (ing. issue) — bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası bir qayda olaraq dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən həyata keçirilə bilər. Məhz bu cəhətinə görə qiymətli kağızları 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri dövlət [1].