Aslan Ağahüseyn oğlu Hüseynov (7 noyabr 1916, Salyan, Cavad qəzası – 19 avqust 1991) — Azərbaycan dövlət, siyasi və təsərrüfat xadimi, Salyan və Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi.[1] (1970–1975), SSRİ Ali Sovetinin VII, VIII və IX çağırış, Azərbaycan SSR Ali Sovetinin VI və X çağırış deputatı.
Aslan Hüseynov | |
---|---|
mart 1970 – 28 dekabr 1975 | |
Əvvəlki | Hacıağa İbrahimov |
Sonrakı | Kamran Rəhimov |
1961 – 1970 | |
Əvvəlki | Səfər Verdiyev |
Sonrakı | Nəriman Əliyev |
1957 – 1961 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 1991 (75 yaşında) |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | podpolkovnik[d] |
|
|
Təltifləri |
Həyatı
Aslan Hüseynov 1916-cı ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır.
1931–1947-ci illərdə Salyan Rayon Prokurorluğunun nəzarət komitəsinin katibi, Salyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin məsul katibi olmuş, Sov. İKP yanında Ali Partiya Məktəbində təhsil almış və Sovet Ordusunda xidmət etmişdir.
1947–1949-cu illərdə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin inspektoru, şöbə müdiri, tikinti-quraşdırma təşkilatlarının siyasi şöbə rəisinin müavini və rəisi olmuşdur.
Siyasi fəaliyyəti
1957-ci ildə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibi təyin olunmuşdur. 1961-ci ildə isə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1970-ci ildə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi təyin olunmuşdur.
Aslan Hüseynov 1976–1980-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında partiya komissiyasının sədri olmuşdur.
Aslan Hüseynov SSRİ Ali Sovetinin VII, VIII, IX və Azərbaycan SSR Ali Sovetinin VI, X çağırışlarının deputatı olmuşdur.
Təltifləri
- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni (1944)
- "Qırmızı Ulduz" ordeni (1944)
- 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni (1945)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı (1945)
- "Belqradın azad edilməsinə görə" medalı (1945)
- "Vyananın alınmasına görə" medalı (1945)
- "Lenin" ordeni (30 aprel 1966)
Mənbə
- Аслан Ағаһүсејн оғлу Һүсејнов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 420.
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.