From Wikipedia, the free encyclopedia
Araukariyakimilər (lat. Araucariaceae) i̇ynəyarpaqlılar dəstəsinə aid çılpaqtoxumlu bitki fəsiləsi. Həmişəyaşıl ağaclardır. Hündürlüyü 70 m-ədək, gövdəsinin diam. 3 m-ədəkdir. Yarpaqları (iynələri), əsasən, xətvarı, yaxud enlidir; tək-tək iri qozaları olur. Dişi qozalarda toxum pulcuqları tamamilə və ya qismən ötürücü pulcuqlara bitişmişdir.Toxum pulcuğunun üst tərəfində bir ədəd yeməli toxum inkişaf edir. Digər iynəyarpaqlılardan fərqli olaraq Araukariyakimilərin tozcuqları toxum başlanğıcına deyil, dişi qozanın pulcuq qoltuğuna düşür və burada başlanğıcına doğru hərəkətsiz spermilər çatdıran tozcuq borusu kimi inkişaf edir. İki müasir cinsi var: aqatis və araukariya. Araukariya meşələri oduncaq, həmçinin yüksək keyfiyyətli qatran almaq üçün əsas mənbədir.İynəyarpaqlı bitkilərin qədim fəsiləsindən olan Araukariyakimilər Yura dövründə meydana gəlmişdir.[3]
Araukariyakimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Gymnosperms Şöbə: Pinophyta Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Araukariyakimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.