Antikitera mexanizmi
From Wikipedia, the free encyclopedia
Antikitera mexanizmi (yun. Μηχανισμός των Αντικυθήρων) — təqvim və astroloji məqsədlərə görə tutulmaları, həmçinin Olimpiyadaları, Qədim Olimpiya oyunlarının mərhələlərini, astronomik vəziyyətləri proqnozlaşdırmaq üçün nəzərdə tutulmuş qədim analoq kompüter.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tarix ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın. |
Yunanıstan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Tapıntı 340 mm × 180 mm × 90 mm taxta qutuda yerləşirdi. Bu qurğu bir-birinin üstünə geydirilmiş ən azı 30-a yaxın tunc dişli çarxdan yaradılmış mürəkkəb saat mexanizmidir. Onun qalıqları 82 ayrı-ayrı fraqmentlər şəklində tapılıb, onlardan yalnız yeddi hər hansının dişli çarxları və əhəmiyyətli yazıları olduğu müəyyən edilib. Ən böyük dişli çarxın diametri təxminən 140 mm-dir və ilkin olaraq 223 dişi var idi.
Artefakt Andikitira[en] adasının kənarında eramızdan əvvəl birinci əsrin 2-ci yarısında baş vermiş gəmi qəzasının 1900–1901-ci illərdə kəşf olunması ilə bərpa edilib. Cihazın Yunan alimləri tərəfindən işlənib hazırlanması və qurulması və tarixinin eramızdan əvvəl 100–150-ci illərə və ya son araşdırmalara görə eramızdan əvvəl 205-ci ilə aid olması güman edilir.[1][2]
Bu texnologiyaya aid biliklər çox qədim zamanlarda müəyyən hadisələr zamanı məhv olub. On dördüncü əsrdə Avropada mexaniki astronomik saatların inkşafına qədər, onun mürəkkəbliyinə və ustalığına yaxınlaşan texnoloji artefaktlar mövcud olmayıb.
Antikitera mexanizminin bütün məlum fraqmentləri Afina Milli Arxeologiya muzeyində saxlanılır.[3]