Antakya
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Antakya[1] və ya tarixi azərbaycancada Əntakiyə[2] — Türkiyənin cənubunda, Suriya sərhədinin yaxınlığında olan Hatay ilində şəhər və onun inzibati mərkəzi.
Şəhər | |
Əntakiyə | |
---|---|
Antakya | |
36°12′09″ şm. e. 36°09′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 67 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 326 |
Poçt indeksi | 31000 |
Nəqliyyat kodu | 31 |
Digər | |
antakya.bel.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Əntakiyəni e.ə. 300-cü ildə Makedoniyalı İsgəndərin sərkərdəsi I Selevk Nikator salmış və atası Antioxun adını vermişdir. 1516-cı ildə türklər Əntakiyəni alandan sonra Əntakiyə adlandırılmışdır. Roma tikililərindən stadionun, yaşayış evlərinin, şəhərkənarı mozaikalı mülklərin, Asi çayı üzərindəki körpünün, 5 darvazalı Bizans divarlarının qalıqları saxlanılmışdır. Şəhərkənarı Dafnada teatr (2 əsr), qəbiristanlıq (381), Müqəddəs Pyotr mağara məbədi (4–5 əsrlər) qalmışdır. Əntakiyənin ətraf yerlərində erkən xristian xarabalıqlarından müqəddəs Semyon (541–565), Müqəddəs Varlaam (6 əsr) monastırları, islam abidələrindən Ulu Came (16 əsr), Həbib Nəcar məscidi saxlanılmışdır. Hatay arxeoloji muzeyi var. Əhalisi 352 min (2007). Asi çayı sahilindədir. Avtomobil yolları qovşağı. Yeyinti, toxuculuq sənayesi, müəssisələri var.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.