From Wikipedia, the free encyclopedia
Anna Stüart (ing. Anne Stuart) (6 (16) fevral 1665[1] və ya 6 fevral 1665[2][3], Sent-Ceyms sarayı, Böyük London regionu[d] və ya London[2] – 1 (12) avqust 1714[4] və ya 1 avqust 1714[2][3], Kensinqton, Midlseks[d] və ya London[2]) — İngiltərə, Şotlandiya və İrlandiyanın, 1 may 1707-ci ildə bağlanan uniyanın ardından Böyük Britaniya krallığının kraliçası.
Anna Stüart | |
---|---|
ing. Anne Stuart | |
Şotlandiya monarxı[d] | |
8 (19) mart 1702 – 1 (12) may 1707 | |
Əvvəlki | III Vilhelm |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 (16) fevral 1665[1] və ya 6 fevral 1665[2][3] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 (12) avqust 1714[4] (49 yaşında) və ya 1 avqust 1714[2][3] (49 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Atası | II Ceyms[5][6][…] |
Həyat yoldaşı |
|
|
|
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Anna və bacısı Mariya qatı protestant olan əmisi II Karlın səltənətində dünyaya gəldi. Əmisinin övladı olmadığı üçün ataları Ceyms İngiltərə taxtının vəliəhdi elan edilmişdi. Ancaq onun katolik inancına mənsub olması ölkədə tərəfdar itirməsinə səbəb olmuşdu. Bu səbəblə hər iki qız əmiləri II Karlın himayəsində əsl anqlikan-protestant olaraq böyüdüldülər. Yenə əmisinin istəyilə Mariya 1677-ci ildə protestant olan bibisi oğlu Oranjlı Vilhelmlə, Anna isə 1683-cü ildə yenə protestant-lüteran olan Danimarka kralı III Fridrixin oğlu Corcla evləndirildi. 1685-ci ildə II Karl vəfat etdi və varisi olan qardaşı Ceyms taxta çıxdı. Ancaq cəmi 3 il sonra baş tutan Şanlı inqilabla taxtdan devrilərək Fransaya qaçdı. Kralın böyük qızı Mariya və əri Oranjlı Vilhelm İngiltərənin ortaq monarxları olaraq taxta çıxarıldılar. Anna və bacısının münasibətləri yaxşı olsa da, Mariyanın taxta çıxmasının ardından yaranan vəliəhdlik və saradakı sosial status məsələləri iki bacının münasibətlərini korladı. Oranjlı Vilhelm və Mariyanın övladı olmadı. Bacısının 1694-cü ildə vəfatının ardından Oranjlı Vilhelm 1702-ci ildəki vəfatınadək İngiltərədəki hakimiyyətini təkbaşına davam etdirdi. Onun ölümündən sonra isə Anna Stüart İngiltərə, İrlandiya və Şotlandiya taxtlarına sahibləndi.
Anna Stüart səltənəti boyunca anqlikan dini ünsürlərini daha qabrıq təbliğ edən tori siyasi partiyasını dəstəklədi. Belə ki, İspaniya mirası uğrunda gedən mübarizə əsnasında güclənən viq siyasilərinin bir çoxu kraliçanın əmriylə 1710-cu ildə vəzifədən alındılar. Həssas səhhəti olan Anna Stüartın sağlamlığı 30 yaşlarından etibarən daha da pisləşdi və ifrat kökəlməyə başaldı. 17 dəfə hamilə qalmasına baxmayaraq həyatda qala bilən övladı olmadı və Stüart sülaləsinin son monarxı olaraq tarixə düşdü. Bütün katoliklərin taxt hüquqlarını əlindən alan 1701 tarixli andlaşmaya əsasən, onun yerinə Hannover sülaləsindən I Corc taxta çıxdı. Belə ki, Anna Stüartın atası ilə I Corcun anası İngiltərə kralı I Ceymsin nəvələri idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.