From Wikipedia, the free encyclopedia
Stüartlar sülaləsi (ing. House of Stuart; şot.kelt Hoose o Stuart) — İngiltərə, Şotlandiya, İrlandiya və Böyük Britaniya krallığında hökmran olmuş monarx ailəsi.
Stüartlar | |
---|---|
Ölkə |
İngiltərə krallığı Şotlandiya krallığı İrlandiya Böyük Britaniya krallığı |
Banisi | II Robert |
Sonuncu hökmdar | Anna Stüart |
Əsası qoyulub | 22 fevral 1371 |
Soyun kəsilməsi | 13 iyul 1807 |
Vikianbarda əlaqəli mediafayllar |
Ailənin adı banisi olan Volter Fitzalanın əlində tutduğu və Şotlandiya siyasi tarixindəki ən yüksək vəzifə olan Şotlandiya Yüksək Vəkili (ing. High Steward of Scotland) ünvanından alınmışdır. Sülaləyə mənsub ilk monarx 1371-ci ildə Şotlandiya kralı olan II Robert oldu. Onun şəcərəsindən olan Şotlandiya kralı IV Ceymsin 1503-cü ildə İngiltərə kralı VII Henri Tüdorun qızı Marqaritayla evlənməsiylə iki krallıq arasında qohumluq əlaqəsi yaradıldı və onların gələcəkdə birləşdirilməsinə yol açdı. Belə ki, Marqaritanın qardaşı qızı olan I Elizabetin 1603-cü ildə geridə varis qoymadan vəfat etməsinin ardından, taxt-tac Marqaritanın nəticəsi olan Şotlandiya kralı VI Ceyms sahibləndi. Beləliklə, Şotlandiya, İngiltərə və İrlandiya eyni monarxın hakimiyyəti altında birləşdi və 1714-cü ildə kraliça Anna Stüartın vəfatınadək hər krallıq da Stüartların hakimiyyəti altında qaldı.
Kraliça Anna Stüartın geridə rəsmi varis qoymadan 1714-cü ildə vəfat etməsiylə, taxt-tac Hannover sülaləsinin əlinə keçdi. Üstəlik, taxta çıxarılan I Georq da VI Ceymsin qızı Bohemiya kraliçası Yelizavetanın nəvəsi idi.
Taxtdan devrilməsinin ardından Fransaya qaçan II Ceymsin şəcərəsindən olanlar uzun illər taxt iddialarını davam etdirsələr də, 1807-ci ildə ailənin bu qolunda kişi şəcərəsinin soyu kəsildi. Yakobitizm hərəkatı olaraq bilinən bu taxt iddiaları da bu tarixdən etibarən sona çatdı.
Sıra | Monarx | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|
1. | II Robert
1316-1390 (74 yaş) |
22 fevral 1371
– |
| |
2. | III Robert
1337-1406 (69 yaş) |
19 aprel 1390
– |
| |
3. | I Ceyms
1394-1437 (42 yaş) |
4 aprel 1406
– |
| |
4. | II Ceyms
1430-1460 (29 yaş) |
21 fevral 1437
– |
| |
5. | III Ceyms
1451-1488 (36 yaş) |
3 avqust 1460
– |
| |
6. | IV Ceyms
1473-1513 (40 yaş) |
11 iyun 1488
– |
| |
7. | V Ceyms
1512-1542 (30 yaş) |
9 sentyabr 1513
– |
| |
8. | Mariya Stüart
1542-1587 (44 yaş) |
14 dekabr 1542
– |
| |
9. | VI Ceyms
1566-1625 (58 yaş) |
24 iyul 1567
– |
|
Sıra | Monarx | Səltənət illəri | Taxt hüququ | |
---|---|---|---|---|
1. | I Ceyms
1566-1625 (58 yaş) |
24 mart 1603
– |
| |
2. | I Karl
1600-1649 (48 yaş) |
27 mart 1625
– |
| |
3. | II Karl
1630-1685 (54 yaş) |
2 may 1660
– |
| |
4. | II Ceyms
1633-1701 (67 yaş) |
6 fevral 1685
– |
| |
5. | II Mariya
1662-1694 (32 yaş) |
13 fevral 1689
– |
| |
6. | III Vilhelm
1650-1702 (51 yaş) |
13 fevral 1689
– |
| |
7. | Anna Stüart
1665-1714 (49 yaş) |
8 mart 1702
– |
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.