bir Vikimedia layihəsinin əsas səhifəsi (Vikipediya, Viki və digər layihələr üçün ümumi) From Wikipedia, the free encyclopedia
Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan
Hal-hazırda Azərbaycanca Vikipediyada 200.232 məqalə mövcuddur.
Nikola Tesla — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan Serbiya əsilli ABŞ futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı. Tesla 1884-cü ildə ABŞ-nin Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb. Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksəkgərginlikli və yüksəktezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etmişdir. |
Cavad bəy Şıxlinski — Çar ordusunun zabiti, Azərbaycan Cümhuriyyəti Ordusunun general-mayoru, Qacar ordusunda Ərdəbil qarnizonunun komandiri.
Birinci Dünya müharibəsində iştirak edib. "Müqəddəs Anna", "Müqəddəs Stanislav", "Müqəddəs Vladimir" ordenlərinin müxtəlif dərəcələri ilə təltif olunub. Azərbaycan Cümhuriyyəti dövründə Qafqaz İslam Ordusunun tərkibində döyüşlərdə iştirak edib, Birinci piyada diviziyasının komandiri olub. Zəngəzur ekspedisiyasına rəhbərlik edib, Gəncə üsyanının təşkilatçılarından biri olub. |
Türkiyənin qadın nazirlərinin siyahısı — İlk dəfə 26 mart 1971-ci ildə qurulan 33-cü Türkiyə hökuməti başçısı Nihad Erim Türkan Akyolu hökumətə Səhiyyə və Sosial Yardım naziri kimi təyin edir. Akyol nazir olduğu gündən indiyədək Türkiyə hökuməti kabinetində 43 dəfə 28 fərqli qadın yer alıb. Ən çox qadın təyin olunan nazirlik 15 təyinatla Dövlət Nazirliyi olduğu halda, 2011-ci ildə Dövlət Nazirliyinin ləğvi ilə Səlma Aliyə Kavaf sonuncu qadın dövlət naziri olub. Dövlət Nazirliyini 10 təyinatla müxtəlif adlar altında fəaliyyət göstərən Ailə və Sosial Xidmətlər Nazirliyi əvəz edib. Kabinetdəki ilk iki qadın nazir parlamentdən kənar seçildiyi halda, Aysel Çelikəl, Beril Dedeoğlu, Ayşən Gürcan, Zəhra Zümrüd Səlçuq, Ruhsar Pekcan və Dərya Yanıq istisna olmaqla qalan qadın nazirlərin hamısı parlament daxilindən seçilib. Ən çox qadın naziri olan hökumət 4 qadın nazirlə 54-cü hökumət olub. Bu hökumətdə Tansu Çillər həm baş nazir, həm də xarici işlər naziri, Meral Akşenər daxili işlər naziri, Ayfər Yılmaz və İşılay Sayqın isə dövlət naziri vəzifələrində olublar. |
Aktual hadisələr: HƏMAS–İsrail müharibəsi • İsrail–Hizbullah münaqişəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.